Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən pozan olmaq istəyirəm
Mən pozan olmaq istəyirəm
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1830
Səs ver:

Həyat hec də gördüklərimizdən ibarət deyil.Hər gün qarşılaşdığımız hadisələr və fərqinə varmadığımız gərcəklər.Metro,avtobus və yaxud yolda bir piyada.Sadəcə bir nəzər salmaq kifayət edər istədiyimizi görməyə və fərqinə varmağa. Metro....hər stansiyada növbəylə dilənən valideyinli körpələr..Dilənçinin övladı dilənçi.Üzü,üstü-başı çirk içində,əynində ölçüsünə görə olmayan geyim.Saçlari qıvrım,daranmamış halda olan,ama sifətinin çirkliliyindən iki cüt gözləri görünən 5-6 yaşlə dilənçi qız. Belində əskiyə bürünüb,sallaşa qalan balaca qardaşı. O da bacısı kimi:dilənçi bacinin dilənçi qardaşı.Əlində yuyulmamış çirkli alma dilimi,gah dişləyir,gah da almaya baxir.Dilənçi bacı yalvarır.Balaca əlləri dilənməyə uzanır.Özü boyda yük daşıyır belində,məktəb çantası əvəzinə.Bunları görüb pozan olmaq istəyirəm.Silib bu doğruları yox eləmək istəyirəm.

Açılan metro qapıları,düşən dilənçi balaları.Əlində yığdığı pulla qaçır ana sorağına.Odur gəldi ana,əlində su dolusu butulka.Pullar anaya təslim edilir,pul yığıldı söyləyir.Körpə tər içində bacısını yumruqlayır.Suyu görüb ağlayır.Bapbalaca əllərini suya tərəf uzadır.Ananın gözü puldadı.Ona nə ağlayan körpəsi nə də su istəyi maraqlıdır.Körpə dayanmır ağlamaqdan bağrı çatlıyır.Elə bu an partlayış səsinə oxşar bir səs esitdim.Arxaya çevrildim və görüdüyüm ağzı qanla dolu olan körpə və ona vurulan butulka.Dilənçi bacı geriyə çəkilir,ana bir zərbəni də ona vurur.Körpə su əvəzinə qan işir.Bax bunu görüb pozan olmaq istəyirəm.Silib bu dəhşəti,əvəzinə su istəyən körpəyə qucaq açan ananı görmək istəyirəm.
Səhər işə tələsən insanlar,tələbə və şagirdlər.Yolla irəliləyirəm.Bir sürü qoyun,yol kənarı və əlində çubuğu olan balaca çoban.Anasının əlindən tutub dərsə gedən həmyaşıd uşaq,çobanı görcək dayanır.Lağlağı baxışlarla ona tərəf boylanır:"Çoban ay çoban.Qoyuna oxşayırsan"deyib,anasına yaslanır.Və bu kimi günah sözlər tərif kimi çobana ünvanlanır.Ana fərəh hissi ilə övladına baxır,sanki qiymətləndirirmiş kimi başını sığallayır uşağın.Yazıq balaca çoban başını aşağı salır.O da məktəbli ola bilərdi.Əlində çubuq yox məktəb çantası,əynində çoban geyimi yox məktəbli geyimi ola bilərdi.Ama bu onun günahı deyildi.Günah onu dünyaya gətirən ananın,atanın idi.Gözləri doldu çobanın,və gözündən axan hər göz yaşı damlası,sanki fəryad edirdi....Bu fəryadı görüb,silmək,yerinə sevinc,gülüş qoymaq istəyirəm. Pozan olmaq istəyirəm

Hər gün gördüyüm dəhşətli doğruları görməmək,ya da görməməzlikdən gəlmək istəyən insanlar.Metro,yol kənarında dayanan yaşlılar.Ağzı dişsiz,üzü qırışmış,gözləri yaşlı,əlləri dilənməkdə olan qocalar.Mən yaşlıların dişsiz agızlarından xeyir-dua kəlimələrinin çıxmasını görmək,əllərinin dilənmək üçün yox övladlarına sığal çəkməsini görmək,küncdə-bucaqda deyil,hər kəsdən başda durmaqlarını görmək istəyirəm.Mən bu gərcəyi görməkdənsə kor olmaq istəyirəm.Mən pozan olmaq istəyirəm

Nə metroda dilənən körpə nə məktəbə getməkdənsə qoyun otaran balaca çoban,nə də övladları tərərfindən dilənməyə məhkum edilən yaşlılar.Mən bu doğruları görüb,silmək istəyirəm.Qaranlıq zülmətə qərq olmuş bu həyatı,beyinlərini bəzək əvəzi daşıyan insanları silmək,dilənçilik etməyə məruz qalan körpələri,qocaları layiq olduqları yerə qoymaq istəyirəm.Budursa insanlıq,o zaman insan yox,sadəcə Mən pozan olmaq istəyirəm.

/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1830
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz