Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
+++++++++Narkomaniyaya qarşı birgə mübarizə apararaq
+++++++++Narkomaniyaya qarşı birgə mübarizə apararaq
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1751
Səs ver:
Mövzuma dövrümüzün şablon bir cümləsi ilə başlamaq istəyirəm. "Bu həyatda heç kim heç nədən sğortalanmayab". Bəli-sğortalanmadığımız problemlərdən biridə narkomaniyadır. İlk öncə bir düşünək; Bir insan niyə karkotik aludəçisinə çevrilər?
Kim öz həyatını zəhərli bir tozun bağlılığına buraxmaq istər? Bir zamana kimi normal yaşayan bir insan belə bəzən niyə bu bəlanın öndə gedən iştirakçısına çevrilər?
Ümümiyyətlə bu haqda çox oxumuşam, maraqlanmışam bu zamana kimi. Gənclərin əksəriyyəti narkotikaya umumiyyətlə maraq hisslərini içlərində basdıra bilməmələri səbəbiylə başlayır. "Bir dəfə dadına baxmaqla heç nə olmaz","görəsən onun həzzi nədən ibarətdir" kimi cümlələrlə başlayan maraq bir ömürü heçə çevirir.
Digər tərəfdən gənclərin özümə doğru ətrafı və dostları seçə bilməməsidir. Təsəvvür edin sizin ətrafınızda narkotik aludəçisi olan dostalırınız var. Və hər dəfə siz onların yolunu getmirsiz deyə təzyiqlərə məruz qalır və qinanırsız onlar tərəfindən. Və bu halda gec-tez iradəsi zəif olan bir insan onların təsiri altına düşəcək. Onlara sübut etməyə çalışacaqki məndə bacararam.
Bu vəziyyətin digər bir halı insanın əzablı və çətin həyat yaşamasıdır. Bir gənc problemlərdən çıxış yolu tapmadıqda son həll olaraq narkotikaya sarılır.
Bir gənci bu vəziyyətlərdən uzaq tutmağın ən böyük vəzifəsi ailənin üzərinə düşür. Çünki bəzi gənclərdə mənəvi boşluq, daxili dünyasının zədələnməsi, heyatında yaşadığı böyük bir sarsıntı, insanlara olan etibarsızlıq duyğusu ən əsası valideynlərlə arasındakı o görünməz uzaqlıq pərdəsi narkotikdən asılılığa gətirib çıxarır. Hər bir valideyn işindən, probləmlərindən azda olsa başını ayırıb o uzaqlıq pərdəsini aradan götürməlidir.
Narkotik aludəçisi olan insan: Bəlkədə bir həvəslə başlar bu həzzə, sonra yavaş-yavaş o həzz bir bağlılığa çevrilər. İlk öncə pulunu xərcləyərsən onu əldə etmə üçün, sonra qiymətli əşyalarını satarsan ona qovuşmaqcun, sonra namusunu satarsan həyatda qalmaq üçün, sonra şərəfini satarsan bir gün daha çox yaşamaq üçün, sonra valideynlərini əzib keçərsən ağrılara döz bilmək üçün. Bütün gözəl dostlarını ancaq o zibili əldə etməyə pulun olmadığında yada salarsan. Gün gələr artıq nə satmağa nə namusun qalmaz, nə xərcləməyə varın-dövlətin. Bir zamanlar ağlınızın ucundan keçməyən dəhşətli cinayətlərin ən öndə gedən iştirakçısı olarsız. Hələ bir qadınsansa onda itirmək üçün daha çıx səbəbin vardır. Bir zamanlar gecələr qorxuyla baxdığınız küçələrin daimi kimsəsiz sakininə çevrilərsiz. İndi siz deyin dəyərmi?? Allahin bizə bəxş etdiyi bir həyatı iradəsizliklərə qurban verməyə dəyərmi. Yaşadığımız hər problem, içimizə axan hər əzablı gün bir zəhərli tozla ya damara yeridilən ölümcül iynəylə həll olunsadı onda yer öz oxu ətrafında tərsinə fırlanardı. Hər ağıllı bir düşüncə, hər doğru seçilmiş bir yol,hər düşünələrək atılmış bir addım, arxası mənəvi cəhətdən sağlam olan hər bir gənc bizi bu bəladan bir addim uzaq tuta bilər. Gəlin bu bəlaya düçar olan insanları bu bəladan qurtarmmağa birgə səy göstərək. Onlar bizlərdən imtina etmiş ola bilər, amma biz imtina etməyək onlardan. Hər kəsin ikinci bir şansa və qurtuluşa ehtiyacı vardır.

Müəllif: NİGAR_CAVAD


Şərhlər:
Baxılıb: 1751
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz