Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Depressiyanın idmanla müalicəsi..
Depressiyanın idmanla müalicəsi..
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1312
Səs ver:

 

http://imgs.su/tmp/1314333663-656.jpg



Fiziki sağlamlığı qorumaq məqsədi ilə həftənin 5 günü, gün ərzində 30 dəqiqə idmanla məşğul olmaq çox faydalıdır. Amma çox təəssüflər olsun ki, idmanla məşğul olan insanlara, xüsusilə qadınlara çox az təsadüf olunur.
İdmanla məşğul olmaq insandakı yorğunluğu, əzginliyi, tənbəlliyi aradan qaldırır və ona şən əhval-ruhiyyə bəxş edir. İdman həmçinin insanı şəxsi və ictimai işləri görməyə ruhlandırır, onda cəsurluq, fədakarlıq, zülmə qarşı mübarizə, məzlumu müdafiə etmə kimi gözəl insani sifətləri dərinləşdirir və iradəni möhkəmləndirir.
Fizioloji sağlamlığın əhəmiyyəti hamıya məlumdur. Həzrət Peyğəmbərimiz (s) bədənin insan üzərindəki haqqı barəsində buyurmuşdur: «Yaradanın sənin üzərində haqqı vardır, bədəninin sənin üzərində haqqı vardır və ailənin sənin üzərində haqqı vardır».
Həzrət Peyğəmbərimiz (s) cismin sağlamlığına o dərəcədə dəyər və əhəmiyyət vermişdir ki, bədənin haqqını Allah-Taalanın haqqından sonra və ailə haqqı ilə paralel olaraq bəyan etmişdir. İnsan Allah-Taalanın və ailəsinin haqqını o zaman daha yaxşı şəkildə ödəyər ki, sağlam və güclü bədənə sahib olsun.
İdmanın fizioloji və psixoloji sağlamlığa göstərdiyi köməklik hədsizdir. Bu da məlumdur ki, düzgün şəkildə idman edən və ya aktiv həyat tərzi keçirən şəxslər daha sağlam və daha uzun ömürlü olurlar. Gündəlik şəxsi və ictimai işləri yerinə yetirmək üçün idman insana fiziki güc verir. Hətta namaz, oruc, həcc və cihad kimi bir sıra ibadətlər sağlam və güclü bədənin köməkliyi ilə daha rahat yerinə yetirilir. Bundan başqa idman fərdi və ictimai əlaqələrin səmimi və gözəl şəkildə yaranması üçün münasib şərait də yaradır.

 

http://imgs.su/tmp/1314333724-656.jpg


İdman insanı aktivləşdirir. İdmanla məşğul olmaq (əsasən də uşaqlıqda) insanın yaxşı şəkildə inkişaf etməsi üçün olduqca zəruridir. Misal üçün, hər hansı bir idmançının fəal bədən üzvlərindən birini gibsə salaraq bir müddət saxlasaq, çox keçmədən həmin şəxsin zəifləyərək arıqladığının şahidi olarıq. Əgər fiziki fəaliyyət azalarsa, təbii ki, bədənin xəstəliklər qarşısındakı dözümlülük sistemi də zəifləyəcəkdir. Elə bu baxımdan da, idman və aktiv həyat tərzi fiziki sağlamlığa və uzun ömrə səbəb olduğu kimi, fəaliyyətsizlik də ömrün qısalmasına gətirib çıxarır. Aparılan son tədqiqatlar göstərir ki, idman zehni fəaliyyətin güclənməsində və psixoloji xəstəliklərin (stress, depressiya kimi) müalicəsində əvəzsiz rol oynayır. Gündəlik edilən idman hərəkətləri depressiyanın müalicəsində olduqca təsirli gücə malikdir. Bu səbəbdən də psixoloqlara bu tip xəstələrin müalicə proqramına idmanı da əlavə etmək tövsiyə edilmişdir.

Aparılan tədqiqatların birində çox maraqlı bir nəticə əldə olunmuşdur. İdman nəinki depressiyanın müalicəsində, hətta həmin xəstəliyin yenidən baş verməməsində çox güclü təsirə malikdir. İdman hərəkətlərini dayandırmaq gərginlik, nigarançılıq və həyəcan hisslərinin gözə çarpacaq dərəcədə çoxalmasına səbəb ola bilər. Psixoloqlardan birinin qeyd etdiyi kimi, depressiyalı insanların nə dərəcədə idman etməsi deyil, gündəlik, davamlı olaraq idmana vaxt ayırması önəmlidir. Əlbəttə, bunu da qeyd edək ki, güclü depressiya keçirən insanlara dərman preparatlarının qəbulunu dayandırıb ancaq idman etmək məsləhət görülmür. Amma bununla belə, bu kimi şəxslərə idmanla məşğul olmağın güclü təsiri olacaq və onların sağalma ehtimalı maksimum dərəcədə artacaqdır.

Depressiyanin müalicəsində idmanın təsiri
Tədqiqatçıların nəzərincə, idman şən əhval-ruhiyyənin yaranmasına səbəb olur, özunəgüvən hissini artırır. Çünki depressiyalı insanlarda özünəinam hissi ya çox zəifdir, ya da ki, tamamilə yox dərəcəsindədir. İdman fərdin özünəgüvən hissini yüksəldir və onda uğurlar qazanma fikrini formalaşdırır. Burda qeyd olunmalı önəmli məsələ bundan ibarətdir ki, depressiyalı şəxs bu kimi xəstəliklərlə mübarizədə kifayət qədər enerjiyə sahib olmalıdır. Bunun üçün də ən yaxşısı budur ki, idman edərkən orta həddi qorusun. Yaxud daha yaxşı nəticə əldə etmək üçün idman üzrə mütəxəssis ilə məsləhətləşsin. Çünki psixoloji sağlamlıq üçün idman düzgün yerinə yetirildikdə faydalı olur.


Depressiyanın idmanla müalicəsində əldə olunacaq faydaları aşağıdakı şəkildə sadalayırıq:


• qəm-qussənin gözə çarpacaq dərəcədə azalması;
• özünəgüvən hissinin çoxalması;
• uğur hissi;
• fərdi qabiliyyətlərin çoxalması və s.

Bunu da qeyd edək ki, depressiyanın idmanla müalicə üsulu ən ucuz müalicə növüdür.

 



Şərhlər:
Baxılıb: 1312
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz