Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ey özünü insan bilən insan, özünü oxu! (S.N)
Ey özünü insan bilən insan, özünü oxu! (S.N)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1678
Səs ver:
İnsan ən xariqə bir sənət əsəri və ən mükəmməl bir kitab kimidir. İnsanın ən önəmli vəzifəsi, özünü oxuması və özünü tanımasıdır.
Elə isə özümüzü çox yaxşı oxuyaq və çox yaxşı tanıyaq.
İnsan vücudu, xariqələrlə dolu möhtəşəm bir bütündən ibarətdir. İnsanın daxili və xarici orqanları, bir-birini qoruyan, mühafizə edən, yardım edən müdhiş bir alış-veriş sistemi üzərinə qurulmuşdur. Belə ki, insan vücudu ən tez və səmərəli nəticə əldə edə biləcək bir planlaşdırma ilə tərtib edilmişdir. Hər şey çox müntəzəm və hikmətli bir şəkildə yerləşdirilmiş, birləşdirilmiş və tənzim edilmişdir.
Əgər insan vücudunu gəzmək mümkün olsaydı, o qədər təəccüblü və ibrətli hadisələrlə qarşılaşardıq ki, "bu varlığın möhtəşəm incəliklərindən” xəbərsiz olduğumuz üçün heyfsilənərdik. 
İnsan vücuduna daxil olub səyahət etmək mümkün deyil, ancaq bir bənzətmə texnikası ilə daha yaxından tanımaq imkan daxilindədir.
İnsan vücudunu bir şəhər həyatına oxşadan dəyərli bir tərbiyəçinin verdiyi misalla hərəkət edərək insan möcüzəsini daha yaxından tanımağa çalışaq:
Vücudumuz milyonlarla evdən meydana gələn möhtəşəm bir şəhər kimidir. Bu şəhərin işçiləri olan atomlar, heç dincəlmədən çalışaraq şəhərciklər, fabriklər və məhəllələr qurur.
Şəhər çox mükəmməl bir yol və kanal şəbəkəsi ilə təchiz edilmişdir. Bu yol və kanallarda hərəkət edərək hər an vücudu gəzən ərzaq məmurları hər getdikləri evə qida paketləri qoyurlar və onların zibil və artıqlarını götürürlər.
Bu şəhərdəki evlərin hamısı canlıdır. Hər ev bir müddət yaşayıb çalışdıqdan sonra ölür. Ölənlərin əvəzinə yeniləri gəlir. Şəhər daxilində hər an minlərlə dağılma və yenidən qurulma baş verir. Buna baxmayaraq şəhərdə ən kiçik bir intizamsızlıq görülmür. 
Şəhərdəki həyatın və evlərdəki fəaliyyətlərin davamı üçün lazımlı qida maddələri, xaricdən alınıb böyük bir qazanda bişirilir və paylama şəbəkəsi ilə şəhərə göndərilir. Qida artıqları və zibil xüsusi fabriklərdə süzülüb çölə atılır. 
Şəhərin qida anbarı və deposu, mikrofon və səs kolonkası təchizatı, telefon kabelləri, müdafiə təşkilatı və həyəcan siqnalı tərtibatı, istilik sistemləri və məzarlığı da mövcuddur.
Şəhər daxilində mükəmməl bir rabitə sistemi qurulub. Sistemin idarəsindən məsul kompüter, vücud şəhərinin harasında nə baş verdiyini dərhal xəbər alır və qərar verir. Bir bölgədə meydana gələn nasazlıq barədə dərhal əlaqədar mərkəzləri hərəkətə keçirir və lazımi tədbirlərin yerinə yetirilməsini təmin edir. 
Şəhərin xaricə açılan qapıları, xarici müşahidə və dinləmə cihazları var. Bu cihazlar şəhərin ən üst qismində olan böyük kompüterə bağlı çalışır. 
Şəhəri xaricdən gələ biləcək təhlükələrə qarşı qorumaq üçün hər an keşik çəkən əsgərlər qoyulub. Bu əsgərlər şəhərin içində quş uçmağa icazə vermirlər. İçəri daxil olan hər hansı bir düşmən əsgərini dərhal məhv edirlər.
Bundan başqa şəhərdə çalışan hər xidmətçi, təyin edildiyi yerdə vəzifəsini yerinə yetirir. Yanılıb ya da üsyan edib başqa bir yerə getmir. Hər kəs son dərəcə diqqət və itaətlə öz məsul olduğu vəzifəsini mükəmməl şəkildə yerinə yetirir. Ən xırda bir itaətsizliyə və ya intizamsızlığa rast gəlinmir.
Bu hikmətlərlə dolu ehtişamın, təsəvvür edilməz incəliklərin, qüsursuz işləyən sistemin və mükəmməl hazırlanmış vücud proqramının ustası kimdir?
Bu insan möcüzəsinin göz qamaşdıran görüntüsü qarşısında insanın vəzifəsi nədir?
İnsan vücuduna yerləşdirilən və xariqə işləyən bütün orqan və cihazlar, kainatdakı bütün gözəlliklər, nemətlər və imkanların hamısı insanın əmrinə və xidmətinə təqdim edilmişdir... Hər şey insanın məmnun və rahat olması üçün tənzim edilmişdir...


Şərhlər:
Baxılıb: 1678
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz