Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
+++++++++++Getmək Gözəldir
+++++++++++Getmək Gözəldir
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 594
Səs ver:
Getmək gözəldir. Qalıb bir sirk meymununa çevrilməkdənsə həyatınızda, qalıb sifətimizi rəngləməkdənsə, qalıb "geridə qalan hər şeyə" dözməkdənsə; gedilməlidir. Getmək gözəldir.
Gözəldir bütün rənglərini yer üzünün, bütün dadlarını, bütün səslərini, bütün iqlimlərini, bütün sözlərini, onları bir büt bəlləyənlərin masasına ataraq, belirsiz, tərifsiz və kifayətsiz bir 'gedişə getmək. Bütün bu rənglər, bu dadlar, bu səslər, bu iqlimlər bir yerə gəlsə doldura bilməz, gedərkən qumda buraxdığımız ayaq izlərini.
Biz ayaq izlərinin vətəndaşıyıq və ağılımızı atıb dünyanın uclarına və o ağıl divarlar içində səkib dayanarkən, bir cüt ayaq halına gəlirik...
Sənə xatırlamaq düşər, birdən-birə, qəflətən, məsələn bir kazaka toxunarkən, məsələn bir şey yazarkən, məsələn kreslonun kənarlarıyla oynayarkən, xatırlamaq düşər mənə aid bir xatirə. Lakin mən, "mənə aid anlar"dan da getmiş olacağam. Sən "əylən", dünyanın dadlarıyla, səsləriylə, rəngləriylə. Sən başqa adamlarda əylən.
Və qarşına çıxan bütün yolları get. Sənin yolların getmək üçün deyil, gedilmək üçündür. Biz bir tək, kürəyimizi tanıyan yolları bilərik. Getmək gözəldir.

Getmək gözəldir.

Sizə "həyat" deyə təqdim edilən və sizin "həyat" deyə bəllədiyiniz hər şey, amma hər şey, bizim zehinimizdə yaşıllaşdırdığımız, ən murdar anlarda belə, qırılmasınlar deyə üzərinə əyilib bədənimizi sipər etdiyimiz "xəyallarımız" yanında bir oyuncaq də ola bilməzlər.
Oyuncaqlarınızı sevinik qadın. Oyuncaqlarınızla xoşbəxt olunuq. Bu "tənəkə trampetler" sizin üçün çıxarıldı və siz "trampetler"in dünyasında, iki daşın bir-birinə çarparkən çıxartdığı can yandırıcı səslərə həsrət, bir kişinin ürəyini çıxardıb göyə doğru təyin edərkən atdığı nərəyə xarici olaraq, yaşayın yaşaya bilirsinizsə. Bu boyalı həyatlar, bu kuklalar, bu maskalar bizə gəlməz. Biz, maskaları tutub qopartmaq və onların arxasındakı sifətləri elan etməklə öhdəçilikliyik. Biz öhdəçilikliyik. Biz hökmlüyük. Və kəsildi hökm. Kəsilən hökm getməmizi tələb edir. Və getmək gözəldir.

Getmək gözəldir.

Ayaqlarımızdan öyrəndik getməyi. Sən qaçmağı, hoppanıb tullanmağı öyrənərkən, biz nəsildən nəsilə, atadan oğula, anadan qıza, səssizcə, nəfəssizcə, üsul üsul öyrəndik, "yolları çəngəllənən bağça"ları. Və hər daim, bizi bağçanın xaricinə atan çəngəli seçdik. Başını, getməkdən qorxan bir çiyinə yaslayaraq, gəz mərmər fəvvarələrin kölgəsində gəzə bilsən. Biz böyütdük, qorxaqlar kiçiltsin səni. Kiçiltsin səni təqlidlərimiz. Söz bizdədir, sözümüzün altına kopiya kağızı qoyanların dünyasında yat sən. Yat sən sakit yuxularda. Yat sən nağılların dalbadal. Burada qal və yat. Biz gedirik. Getmək gözəldir.

Getmək gözəldir.

Ayırdım ipək xışıltılarıyla yolumu. Quş tükü yataqlar atılmışdır zehinimdən. Zehinimizdə, minlərlə göyərçinin uclarından tutaraq havalandırdığı məscidlər xışıldar bizim. Zehinimizdə, bir qan, qan olmanın bütün hallarıyla axar. Zehinimiz güllələrin qardaşıdır və ölüm yaraşar ölməyi bilənə. Ürək yaraşar sevməyi bilənə. Bilməyən üçün orqanlardan bir orqandır ürək. Al ürəyini bir qorxunun içinə sər. Zəmanətli həyat reklamlarında gəz bir az. Sərinlə bir az.

Biz qiyamətə gedirik.
Biz cəhənnəmə gedirik.
Getmək gözəldir.

Tərcümə etdi:
PRETTY_GİRL



Şərhlər:
Baxılıb: 594
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz