Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Iki dost
Iki dost
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1689
Səs ver:
Səhərə qədər yuxuda görür köhnə dostunu. Oyanar-oyanmaz onu aramağı düşünür. Görən hardadı, necədi... Yuxuda görürdü ki, hansısa yad bir şəhərdədi. Böyük bir binanın içində gəzişir. Pilləkənlərlə qalxır yuxarı. Çoxlu otaqlar var hər qatda. Oteləbənzər nəhəng bir köşkdü. Qatlardan birində dayanır. Otaqlardan birinin qapısını açır. Dostu çarpayıda halsız uzanıb. "Nə olub ona?” – fikirləşir həmin dəqiqə – "nə olub ona?” Tanımadığı bir səs yandan deyir: 
– Naxoşlayıb. Özünü yaxşı hiss eləmir.
Yaxınlaşır dostuna: 
– Necəsən?
Dost gözünü zorla açıb baxır: 
– Nəsə halım çönüb.

Iki dost

Ayrı sual vermir. Yanında oturur. Əlindən tutur dostunun.
Köhnə günləri xatırlayırlar danışmadan. Heç kim cınqırını çıxarmır. Hər ikisi də ürəyində birgə anları yada salır. 
Yuxunu görən dost ürəyində danışır. "Yadındadı, bir gün yaman kefliydin, restorandan çıxdıq. Qarşıdan tanımadığımız bir qız gəlirdi. Yanımızdan keçəndə qəfildən qışqırdın üstünə. "Gecə vaxtı nə işin var küçələrdə?” Qız yazıq sarısını uddu.
Halsız dost ürəyində danışır. "Yadındadı, bir gün yaman kefliydim. Restorandan çıxmışdıq. Bir qız keçirdi təm-təkcə. Birdən birə qışqırdım yazıq qızın üstünə. " Gecə vaxtı nə itin azıb küçələrdə, cəhənnəm ol xarabana”. Nə tərbiyəsiz adam idim... 
Başı işlərinə qarışır. Bir az keçir. Telefon zəng çalır. Nömrəyə baxıb heyrətlənir. Əvvəlcə çaşır. Bu nömrə..bu nömrə.. bu onun nömrəsidi səhv eləmirəmsə. Dostunun az qala 10 ildi yığmadığı nömrəsinə bənzəyir bu nömrə.
–Alo
–Aaloo
–Dəhşətdi. Səhərə qədər yuxuma girmisən. Fikirləşirdim bu gün necə olur-olsun səni tapacam.
–Nə danışırsan?
–Doğrudan. İkimiz qəribə bir yerdəydik (xəstəydin demir), çoxlu adam gəlib gedirdi. Ürəyimizdə dərdləşirdik. 
– Kövrəldim inan. Necəsən?
–Yaxşıyam. Ailə, iş, ev ... Başımı qaşımağa vaxt tapmıram. Sən necəsən?
–Çox şükür. Hər şey əladı. 
–Nə gözəl. Əla olsun. Balan necədi?

Iki dost

–Çox şükür, o da yaxşıdı. Balam day yekə kişi olub. Day bala deyil, əmidi. 
Onun hər sözün əvvəlinə "çox şükür” deməsindən dalağı sancır. 
Bəlkə tərzini unutmuşam düşünür.
– Nə işlə məşğulsan? Danış görək.
– Otel işlədirdim, verdim qardaşıma. Namaz qılandan işimi dəyişdim. Alınmır o işdə içki-filan var. 
– Sən namaz qılırsan?
– Hə. Xeyli vaxtdı. Axırıncı dəfə ad günümdə ölənə kimi içmişdim. Yenə dava salmışam kefin istəyən qədər. Ağlıma gələni eləmişəm. Gecəni harda keçirmişəm, neynəmişəm, yenə xəbərim olmayıb. Özümnən iyrəndim, inanırsan? Üç gün ayıla bilmirdim. Ayılanda güzgüyə baxdım, dedim, adam kişi olar. Bu nə sir-sifətdi ə, ağzın yerə dəyir. Elə o gündən qüsul aldım, namaza başladım. 
– Hmm.. Necədi? 
– Çox gözəl. Çox yaxşıyam. Dünyaya münasibətim dəyişib. Bütün həyatım dəyişib. İndi hər şeyə tamam ayrı cür baxıram. Əvvəlki vaxtlarım yadıma düşəndə ətim ürpənir. Səhər durandan gecəyə kimi iç, iç. Nə xəbərdi?! Özümnən xəbərim olmurdu. Sənin yadındadı da. Əşşi. Nə axmaq həyat idi. Çox şükür, keçib getdi. Sən necə, qılırsan hələ? Sən o vaxt yaman bağlanmışdın dinə.
– Yox. Mən tamam uzaqlaşmışam. 
– Zarafat eləyirsən? Sən bizim namazqılanımız idin axı. 

Iki dost

– Yoruldum. Bir gün ayıldım ki, din qanunlarıynan yaşamaqdan yorulmuşam. Özüm olmaq istədim. Özümü tapmaq istədim. Hər addımımı ölçüb-biçməkdən, dini göstərişlərlə yaşamadan sıxıldım. Son vaxtlarda çox fikirləşirdim bu barədə. Nəsə özümü gərgin hiss eləyirdim. Fikirləşirdim: görəsən, din mənim həyatımda olmasa necə olaram, kim olaram. O vaxtdan başladım fərqli kitablar oxumağa. Dinə dəxli olmayan şeylərlə maraqlandım. Özümü axtarmağa çalışdım. Xeyli düşündüm, depressiyalar keçirdim. Nə qədər olar axı, qəza orucları, qəza namazları... Bezdim sözün düzü. Hiss elədim ki, özümü zorlayıram. Əslində, içim yorulur. Başqa cür yaşamaq istəyirəm. Oruc tutmaq istəmirəm, namaz qılmağa vaxtım olmur. Axırda qərara gəldim ki, sakitcə öz həyatımı yaşayım.
– Necədi?
– Çox gözəl. Rahatladım. Ailəm, xanımım, uşaqlarım mənim dinimdi. Çox xoşbəxtəm. Özümü elə hey allahın qarşısında borclu, günahkar saymaqdan təngə gəldim düzü. Belə yaxşıdı. Hər halda mənə belə yaxşıdı. Bu dünyada mənə xoşdu, qardaş, o biri dünya olacaqsa, gedib hesabatımızı verərik. Heç kimin pulunu yemirəm, babalını yumuram, balasına şər atmıram. Öz həyatımı yaşayıram. 
– Hm... Çox gözəl. 
– Düzdü, bir az çətinlik yaradır. Ətraf nə deyər, adamlar səni bu cür qəbul edir, dəyişsən necə qarşılanarsan, nə bilim nə. Ancaq mənim ürəyim sakitdi. 
– Mənim də. Mənə də belə yaxşıdı. 
– Çox yaxşı. Görüşək bu günlərdə.
– Mütləq görüşək.



Şərhlər:
Baxılıb: 1689
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz