Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zavallı Qızcığaz
Zavallı Qızcığaz
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 896
Səs ver:
O gün çox isti idi. Həmişəkindən də isti. Göydən od yağırdı sanki...
Bir kişi və bir qız uşağı… Qızcığazın iki yaşı olar bəlkə də. 
Bəlkə də heç olmaz. Bütün uşaqlar kimi şirindir o da...
Bir məchulluğa doğru gedirdilər. Atası dartır əllərindən tez-tez. Ağrıyır əlləri.
Ürkək baxışlarla atasına baxır. Görəsən günahı nədir? Atası onu hara aparır?
Axşam anası çox ağlamışdı, niyə görəsən? Hər dəfə hıçqırıq səsinə 
oyananda anası ona şəfqətlə baxıb oxşamışdı yaşlı gözləri ilə...
Kim bilir, nə baş verirdi? Halbuki " bazara gedirik " deyə çıxmışdılar evdən. 
Anası ağlayır, atası isə qəzəblənirdi. Bu cür də bazara getmək olmaz ki?...
Getdilər, getdilər. Nəhayət, kimsəsiz bir yerə çatdılar. 
Qız atasının əlindən çıxıb, ətrafdakı kiçik daşları yığmağa başladı. Bu da onun üçün bir oyun idi yəqin ki… 
Atası tələsik bir çuxur qazmağa başladı. 
Zavallı qızcığaz nə baş verəcəyindən xəbərsiz maraqla ona baxırdı.
Ata artıq xeyli qazmışdı. Balaca qız maraqla çuxurun yanına gəldi.
Atası beli kənara qoyub, çuxurdan çıxdı. Göz-gözə gəldilər. Ancaq ata tez gözlərini çəkdi. 
Bu körpə və məsum gözlərə baxmağa cəsarəti yox idi çünki...
Adətlər belə tələb edirdi və mərhəmətə yer yox idi bu adətlərdə.
Buna görə də baxa bilmirdi qızının gözlərinə. 
Hər yerdə gücü ilə öyünən bu adamın kiçik bir qızın, həm də öz qızının gözlərinə
baxmağa cəsarəti çatmırdı. Haqq nahaqq qarşısında güclüdür həmişə...
Bir az da geciksə, bəlkə də, əli " soyuya " bilərdi. 
Odur ki, işi bitirib tez qayıtmalı idi daşürəkli dostlarının yanına. 
Qızının əlindən tutub, bir göz qırpımında çuxurun içinə atdı.
Sonra da tələsik üstünü torpaqla örtməyə başladı. 
Qızcığaz bir tərəfdən ağlayır, bir tərəfdən də " Ata, atacan ", -deyib çuxurdan 
çıxmağa çalışırdı. Ancaq bacarmadı. Bir azdan səsi kəsildi qızcığazın. 
Günahı isə qız doğulmaq idi onun!...
O bütün bunları danışdıqdan sonra hönkür-hönkür ağlamağa başladı.
Ağladı, ağladı. Yanındakılar da ağladılar.
Sonra gözlərindəki o dərin kədərlə: " İndi, belə atanı necə bağışlamaq olar?"- deyə soruşdu.
Yanındakı adam isə " Allah bilməyərək etdiyiniz və sonra da peşman 
olduğunuz hər şeyi bağışlayar", — deyərək, az da olsa, ona təsəlli verməyə çalışdı...

Zavallı qızcığaz


Şərhlər:
Baxılıb: 896
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz