Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Keçmişinizdən alacağınız həyat dərsi
Keçmişinizdən alacağınız  həyat dərsi
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 461
Səs ver:


Gənclikdə bəzi səhvlər etmiş ola bilərsiniz amma əslində zənn etdiyin qədər bir səhvlər silsiləsindən ibarət dəyil həyatınızın keçmiş dövrləri. Olğunluq çağınız ən doğruları etdiyin zamanlar olmaya bilər.

Gəlin, birlikdə keçmişimizdən həyat dərsi çıxaraq.

Pul vermədən də əylənə bilərsiniz

İndilərdə evlə iş arasında qalmısız deyilmi? Bir az əylənmək sizin də haqqınızdır. Amma bir dəqiqə! Əyləncə deyincə dərhal ağılınıza ovuc dolusu pul xərcləmək gəlir? Bir az geriyə dönün və məktəb çağlarınızda heç pul xərcləmədən ya da çox az pul xərcləyərək necə əylənərdiniz, xatırlayın.

Dostlar puldan daha əhəmiyyətlidir

Şagirdlik illərində necə də əhəmiyyətli idi yoldaşlarınız sizin üçün, deyilmi? Artıq iş həyatına girdiniz və pul qazanmağa mərkəzləndiniz. Amma pul heç bir zaman yoldaşların yerinə keçə bilməz. Kariera pillələrini dırmaşmaq, sizə prioritetin dostlarınız olduğu gerçəyini unutdurmamalıdır, onlara zaman ayırıb lazım olan dəyəri verməlisiniz.

Günorta yeməyi üçün qidalanma çantası hazırlamaqdan qaçmayın. Eynilə uşaqkən etdiyin kimi günorta yeməkləriniz üçün yanınızda bir qidalanma çantası daşımağa nə deyərsiniz? məktəb zamanları ananız sizə mətbəxdə nə varsa hazırlayıb verərdi ya, siz də bunu yetişkinlik həyatınızda tətbiq edə bilərsiniz. Beləcə həm evdə bişmiş, möhkəm yeməklərlə qidalanarhəm də çöldən yemək almaq üçün çoxpul xərcləməmiş olarsınız.

Yollar yerimək üçün sizi gözləyir

Necə də gözəl yeriyərdiniz yolları əvvəllər… Taxardınız qulaqlarınıza qulaqcığı… Nə dərd, nə yorğunluq… Yaxşı, indi nə oldu sizə? Hər yerə avtomobilinizlə ya da taksiylə getməyə başladınız? Sonra da qarnınıza sıxlaşan yağlardan şikayət edərsiniz. Keçmişi xatırlayın və o günlərdən əslində bir şeyinizin əskik olmadığını,hələ şagirdlik çağındakı qədər güclü olduğunuzu düşünün, özünüzü yerimənin azadlığıyla bir dəfə daha tanış edin.

Bir yerdən başlamalısınız

Karieranızı dəyişdirmək istəyirsiniz? O halda ən başdakı sizi düşünün. O ilk məzun olduğunuz zamanlardaki sizi… Baxışınızı, kariera xəttini tamamilə dəyişdirmək niyyətindəsinizsə, hər şeyi sıfıra endirin və nə etmək istədiyinizi düşünməyə başlayın.

Ən yaxşı hədiyyələr hər vaxt mağazalarda satılmaz

Keçmişdə sahib olduğunuz pul məhdud idi. Xərcləmə edərkən çox daha incə ələyib sıx toxuyardınız bəlkə də. O səbəblə sevdiklərinizə hədiyyə almaq lazım olduğunda pul xərcləmədən bu işin necə öhdəsindən gələcəyinizə diqqət yetirin. İndi sizi nə tutar? Hədiyyə almaq üçün mağaza mağaza gəzməkdən,həmişə eyni markalardan hər kəslə eyni hədiyyələri almaqdan sıxılmadınızmı? O halda sevdiklərinizə əl işləməsi hədiyyələr təqdim etməyə nə deyərsiniz?

Bağlayın televizoru

Ən çox oxuduğunuz və kitablarla özünüzü qidalandırdığınız vaxtlar, böyük ehtimalla şagirdlik illəriniz idi. İndi isə iş həyatında oxumağa fürsət tapa bilmədiyinizdən şikayətlənə bilərsiniz. Şagirdlik dövründə, televiziya qarşısında ömür keçirdiyiniz üçün kiçik hesab etdiyin yetkinlərin vəziyyətinə özünüz düşdünüz? Sizi bu vəziyyətdən ancaq siz qurtara bilərsiniz! Bir az bağlayın televizoru, keçmiş günlərdə kitablar arasında nə qədər xoşbəxt olduğunuzu xatırlayın və özünüzü oxuma macərasına həsr edin.


Tərcümə Etdi: NİGAR_CAVAD

 

 

 



Şərhlər:
Baxılıb: 461
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz