Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maraqlı Hekayə
Maraqlı Hekayə
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1949
Səs ver:
Bir kral xalqı üçün çox geniş və rahat yol çəkdirdi. Yolu istifadəyə verməzdən öncə bir yarış təşkil etdi. Bu yarışda istəyən hər kəs iştirak edə bilərdi və yarışın məqsədi yoldan ən gözəl şəkildə keçən insanı müəyyən etmək idi. 
Yarış günü xeyli insan toplaşmışdı. Bəzi insanlar ən gözəl atlarını gətirmiş, bəziləri ən gözəl paltarlarını geyinmiş, bəziləri saçlarını çox gözəl formaya salmış, bəziləri özləri ilə birlikdə ən dadlı yeməkləri gətirmişdi.
Nəhayət bütün yarışçılar yoldan keçdilər. Lakin hamı yolu keçib yenidən kralın yanına qayıdanda eyni şikayəti bildirirdi. Yolun bir hissəsi böyük daş və çınqılla dolu idi. Bu isə yolu keçməyi çətinləşdiridi.

Maraqlı hekayə

Günün axırında təkcə bir yarışcı yolu keçməmişdi. Uzaqdan həmin şəxsin yorğun vəziyyətdə gəldiyini gördülər. Gəlib çatan kimi əlində olan qızıl kasanı krala tərəf uzadaraq dedi: "Yoldan keçən zaman orada olan daşları və çınqılları təmizləmək üçün dayanmışdım. Bu qızıl kasanı da onların altından tapdım. Yəqin ki, sizindi.”
Kral təbəssümlə cavab verdi:
"O qızıl kasa sənindir, cavan oğlan.”
"Xeyr, mənim deyil. Mənim heç vaxt belə gözəl əşyam olmayıb.”
"Bəli, bu qızıl kasa sənindir. Ona görə ki, bu yarışın qalibi sənsən. Yəni sən yoldan ən gözəl keçən insansan. Çünki, bir yoldan ən gözəl keçən insan, özündən sonra gələnlər üçün yoldakı maneələri aradan qaldıran insandır.”



Şərhlər:
Baxılıb: 1949
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz