Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı diş məcunlarının tərkibində sidik turşusu var?
Hansı diş məcunlarının tərkibində sidik turşusu var?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2350
Səs ver:
 
"Propilen glikol”, "sodyum bikarbonat”, "sodyum payrofosfat”, "fosfat” və "dioctyl sodyum sulfosuccinate”- bütün bunları ağzınıza qoymaq istəyərsiz? Nə işə yaradıqları bir tərəfə, adlarına düzgün tələffüz edə bilmədiyimiz bu maddələr gündə ən azı bir dəfə ağzınıza daxil olur desək necə?
Üstəlik, bununla da qalmayıb, bir çox hallarda ağız suyu vasitəsilə mədəmizə qədər yol tapan bu maddələr diş məcunlarının əsas tərkibidir. Türkiyəli alimlər məcunların tərkibində rast gəlinən sodium florun ağıldankəmlik, xərçəng kimi bir sıra ağır xəstəliklərə səbəb olduğu bildirir. Amma iddialar bununla bitmir.
Dişlərimizi təmizlədiyimizi düşündüyümüz bu məcunların tərkibində sidik turşusu var.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov diş məcunları ilə bağlı fikirlərin birmənalı olmadığını deyir: 
"Azərbaycandakı bütün diş məcunlarının saxta variantı var. Distribitorlar da bazarı həmin məhsullardan təmizləmək üçün heç bir iş aparmır. Bu məcunların tərkibində ağır metallar tədrici zəhərlənmələr, turşu komponentləri isə diş qatının zədələnməsinə gətirib çıxara bilər. Xüsusən də tez təsiri olan diş məcunlarına diqqət etmək lazımdır.  Onların tərkibində ağız boşluğu vasitəsilə sorulan  arzuolunmaz maddələr ola bilər”.
Tibb elmləri namizədi Rəşid Mahmudov bir neçə il əvvəl saqqızın tərkibində karbomid-sidik cövhəri adlı maddədən istifadə edildiyini demişdi.  Diş məcunlarına gəldikdə isə, o, bu  məsələni araşdırmalı olduğunu bildirdi:
"Karbomid güclü ağartmaq xüsusiyyətinə malik maddədir, amma o, çox zəhərlidir. Əvvəllər bu maddə bəzi saqqızların tərkibinə qatılırdı. İndi karbonid əvəzinə onlara  müxtəlif meyvə tərkibli maddələr əlavə edildiyi bildirilir. Hər hansı diş məcunun da tərkibində karbomid olduğu yazılıbsa, demək onun tərkibində sidik turşusu var. Bu maddə ammokyakın parçalanması nəticəsində  qaraciyərdə əmələ gəlir, bədəndən xaric edilir. Kənardan bədənə həmin maddə daxil olsa, böyrəklərin fəaliyyətini poza,  ciddi zəhərlənmələrə səbəb ola ola bilər”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı diş məcunlarının təhlükəsizliyi diqqət mərkəzində olduğunu dedi:
"Xüsusən də, onların  tərkibindəki mikrobioloji, fiziki, kimyəvi, bakterioloji göstəricilər yoxlanılır. Təxminən iki il əvvələ qədər məşhur diş məcunu brendləri adı ilə saxta məcunlar satılırdı. Xüsusən, bölgələrdə bu faktlara daha çox rast gəlinirdi. Bizim qurum tərəfindən həmin şirkət ifşa olunduqdan sonra problem  aradan qalxdı”.
F.Talıblı tərkibində sidik cövhəri olan məcunların idxal edilmədiyini dedi. O, məcunların tərkibində adıçəkilən maddənin olmasını əsassız adlandırdı:
"Bu fikirlər düzgün deyil. Məcunların tərkibində olan bütün maddələr onun üzərində yazılır. Sidik cövhəri ilə bağlı iddiaların əsası olsaydı, bununla bağlı bizə şikayət daxil olardı”.
İnkar etmirik
Hazırda ölkəyə idxal edilən diş məcunlarının tərkibinin yoxlanmasını Respublika Sanitariya Karantin Müfəttişliyi həyata keçirir. Qurumun rəis müavini  Cəfər Əhmədov diş məcunlarının yoxlandıqdan sonra gigiyenik sertifikat verildiyini bildirdi. Amma o, bazarda saxta məhsulların olmasını inkar etmədi:
"Bütün diş məcunları mikrobioloji cəhətdən tələblərə uyğun olması da yoxlanıır. Tərkibində zərərli maddələr olanların satışına icazə verilmir. Məcunun tərkibində florun miqdarı çox olanda uşaqlarda oynaq ağrıları müşahidə edilir. Əlbəttə, bazarda yararsız diş məcunları var. Amma istehlakçılar məhsul alarkən onun gigiyenik sertifikatını tələb etməli, tərkibi ilə tanış olmalıdır”.
Qurum rəsmisi diş məcunlarının tərkibində sidik turşusundan istifadə edilməsi qəbul edilməz olduğunu dedi:
"Ən azından ölkəyə qanuni yolla gətirilən məcunlarda bu hallar müşahidə edilmir. Qanunsuz yolla gətirilən məcunlarda istənilən qədər nöqsan tapmaq olar. Hər hansı məcunun tərkibində sidik turşusu olması onun təhlükəli olduğunun əsas göstəricisidir”.
"Dişdəki qanamaların  səbəbi məcunlardır”
Ekspertlər qəbul etməsə də, həkim-stomatoloq Arzu Əskərov  məcunların tərkibində sidik turşusunın qatılmasının mümkün olduğunu dedi. Onun sözlərinə görə, son vaxtlar diş əti xəstəlikləri ilə bağlı müraciətlərin artması da, məhz məcunların tərkibi ilə bağlıdır: 
"Əvvəllər bu problem 40 yaşdan sonra yaranırdı. Amma son zamanlar çox gəncləşib. Hətta 18-20 yaşlı gənclərdə də diş əti qızartıları, qanamaları ilə müraciət edirlər. Hər 10 xəstədən 5-i diş əti xəstəliyi ilə müraciət edir. Səbəblərdən biri də diş məcunlarının tərkibi ilə bağlıdır.  Bu gün ölkədə keyfiyyətli diş məcunu tapmaq çətindir. Stomatoloq olaraq mən də xəstələrimə dişlərini, diş ətlərini qorumaq üçün hansı məcundan istifadə etmələrini məsləhət görə bilmirəm.
Bazarda lisensiyasız, rəsmi distributeri olmayan məcunlar satılır. Bu sahəyə nəzarət olmadığına görə, tərkibi standartlara uyğun olmayan məcunların sayı artır”.
Həkim diş məcunlarının tərkibində sidik cövhərindən də istifadə olunmasına aydınlıq gətirdi. O bunun mümkün olduğunu dedi: 
"Diş məcunları ümumi istifadə, xüsusi xəstəliklərin müalicəsi üçün istifadə edilir.  Məcunların tərkibi də buna görə dəyişir. Diş ətində parodontaj, sümük toxumasındakı bəzi problemlər zamanı  sidik turşusundan hazırlanmış məcunlardan istifadə edirlər. Bu məcundan axşam yatmazdan əvvəl istifadə olunur.
Ümumi istifadə üçün nəzərdə tutulmuş diş məcunların tərkibində sidik cövhərindən istifadə etmək olmaz. Bu zaman diş ətində problem yaradar, dişin rəngini dəyişər, emalını nazikləşdirə, turşuluğu artıra bilər. Bu həmçinin  daxili həzm üzvlərinə təsir edir”.
Həkimin sözlərinə görə, diş məcunun tərkibində turşuların miqdarı çox olarsa, ağız, qarın və döş boşluğunda qələvi  və turş mühiti dəyişir: 
"Ağız boşluğunda qələvi mühitin miqdarı çox olarsa, dişin rəngi saralır.  Dişin örtük qatı nazikləşir, kariyesə qarşı davamsız olur, nəticədə diş çürüyür”.
Bu gün diş məcunlarının reklamı zamanı onun yüksək ağardıcı xüsusiyyətə malik olmasının qabardılması şübhələri bir az da artırır. Əslində birmənalı olaraq qəbul edilməsə də, məcunların tərkibində bu maddədən istifadə edilməsi inkar edilmir. Bunun müəyyən edilməsi üçün isə alıcının laboratoriya müayinəsi aparması mümkünsüzdür. Məsuliyyət rəsmi qurumların üzərindədir. Onlar isə sadəcə " yoxdur deməklə kifayətlənirlər.



Şərhlər:
Baxılıb: 2350
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz