Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
+++++++++Gözdən axmayan göz yaşı
+++++++++Gözdən axmayan göz yaşı
Göndərən: Nuray
Şərhlər:
Baxılıb: 558
Səs ver:

Gözdən axmayan göz yaşı, içəridə qanayar” - Christian Nevell Bovee.

Yas dərin itki duyğusudur. Birbaşa ölümlə əlaqəli olsa da, təkcə fiziki ölümü əhatə etmir. Məsələn, sizin üçün əhəmiyyətli bir münasibətin ölümü, fikirlərin ölümü, dərin bağlılıqların ölümü, xəyanət nəticəsində güvənin ölümü və s. də ola bilər.

Yas nədir?! Yas -əsla geri dönməyəcək itkinin ardından hiss edilən böyük acılı kədərdir. Bu  geri dönməyən sağlamlıq, güc, zənginlik , gözəllik , inam da ola bilər, sizin üçün çox vacib məqsədlər, ideyalar , arzular  və xəyallar da ola bilər.

Yasın verdiyi acı duyğular  "zaman dərmanının” təkbaşına məlhəm ola bilməyəcəyi duyğulardır. Sadəcə danışmaqla da bu dərin duyğunun öhdəsindən gəlmək mümkün deyil. Çünki düşüncələr hisslərin yanında zəif qalır, dərinə enə bilmir.

Hamı yasdan hürkür, çəkinir amma biz bu gün bu yazıda yas saxlamanın faydalarından söz açmaq istəyirik. Bilirsiz, Psixologiyada psixoloji zədə sonrası stress sindromu var. Bu sindromu yaşayan insanlar gərəkli olan yası tutmadıqları üçün bu hala gəlirlər. Qəribə olsa da, ana- atasının, həyat yoldaşının , hətta ölən uşağının ardından göz yaşı axıda bilməyən çox insan var. Aradan illər ötsə də, bu göz yaşları onların içində qalaraq irəlidə fəsadlara yol aça bilir. Yas tutulmadığı müddətdə  insanlar onlara acı verən münasibətləri özlərinə doğru çəkirlər. Ruhumuz haqlı olaraq, acılarımızın xatırlanmasını, yasının tutulmasını və azad olmasını istəyir. Ona imkan verək.

Yasın verdiyi acı duyğular  "zaman dərmanının” təkbaşına məlhəm ola bilməyəcəyi duyğulardır. Sadəcə danışmaqla da bu dərin duyğunun öhdəsindən gəlmək mümkün deyil. Çünki düşüncələr hisslərin yanında zəif qalır, dərinə enə bilmir.

Hamı yasdan hürkür, çəkinir amma biz bu gün bu yazıda yas saxlamanın faydalarından söz açmaq istəyirik. Bilirsiz, Psixologiyada psixoloji zədə sonrası stress sindromu var. Bu sindromu yaşayan insanlar gərəkli olan yası tutmadıqları üçün bu hala gəlirlər. Qəribə olsa da, ana- atasının, həyat yoldaşının, hətta ölən uşağının ardından göz yaşı axıda bilməyən çox insan var. Aradan illər ötsə də, bu göz yaşları onların içində qalaraq irəlidə fəsadlara yol aça bilir.Yas tutulmadığı müddətdə  insanlar onlara acı verən münasibətləri özlərinə doğru çəkirlər. Ruhumuz haqlı olaraq, acılarımızın xatırlanmasını, yasının tutulmasını və azad olmasını istəyir. Ona imkan verək.

Saxlanılmayan yasın, axmayan göz yaşının əvəzi isə çox böyükdür. Ümumiyyətlə ağlamaqdan qorxmayın, axı Allah bunu yaradıbsa ,demək nəsə hikməti var. Dərdinə ağlamamaq, içinə qapanmağın təhlükəsi haqda sizə bir nümunə  danışım.

Demək, körpə zamanından  ata-anası tərəfindən əmisinə övladlığa verilən bir gənc 22 yaşına çatdıqda əmisinin ikinci həyat yoldaşının təzyiqi ilə miras səbəbindən övladlıqdan rədd edilir.İkiqat zədə yaşanır. Bir tərəfdən ata-anası tərəfindən tərk edilmiş uşaq,digər tərəfdən ona ata kimi olan əmisi tərəfindən rədd edilən bir gənc. Həmin gənc uzun illər boyu onlara qarşı nifrətini ,qəzəbini ifadə etmir.Gizlədir, içində boğur. Uşaqlıqda gördüyü şiddətə, acılara görə yas tutmağı rədd edir. Polyannaya (Eleanor Porterin "Polyanna” əsəri) çevrilir. Hətta ona pislik edənlərə belə ürəyi yanan "rahib” olur.

Beləliklə, bədənində Multiple Sclerosis (MS. Sinir sistemi xəstəliklərindən biridir)  xəstəliyi yaranır.

Bəs ən doğru yol nədi?! Baxın, Elizabett –Kübler Ross yasdan təbii yolla qurtulmanın 5 mərhələdə mümkün olduğunu göstərir. Onun dediyinə görə, hər cür itkinin (ölüm, ayrılıq, sağlamlığın itirilməsi, gəncliyin itirilməsi və s.) acısı  5 mərhələdə tamamlanır.

1.İnkar mərhələsi 

Bu mərhələdə -qarşılaşdığımız şəraitlə üzləşmək əvəzinə qaçmağa çalışırıq.

a)Xeyr. O ölmədi. Ölə bilməz, məni buraxıb gedə bilməz.

b)Xeyr. Məni tərk edən sevgilim qayıdacaq. Başqasını sevə bilməz.

c)Xeyr. Yaşlanmamışam. Özümü hələ də gənc hiss edirəm.

d)Xeyr. Mən xəstə deyiləm. Səhv diaqnozdur.Testlərdə bir xəta vardır.

2.Qəzəb mərhələsi

Bu mərhələdə artıq vəziyyətin dəyişdiyini anlamağa başlayırıq.Özümüzü çarəsiz və qəzəbli hiss edirik.Bizim üçün çox əhəmiyyətli bir şeyin itirilməsi düşüncəsi bizi dəli edir, əlimizdən heç nə gəlmir, qəzəb bizə hakim olur.

Məsələn, xəstəyiksə, belə reaksiya verərik:

Niyə axı mən? Bu xəstəliyi haqq edəcək hansı günahı etdim? Niyə bütün uğursuzluqlar məni tapır? Mən nə talesiz insanam...

3.Danışıqlar mərhələsi 

Bu mərhələdə artıq günahkarlıq hissi ilə qarmaqarışıqlıq yaşayarıq. Bir az da olsun hələ də hər şeyi itirmə hissini yaşamamaq üçün Allahla, özümüzlə, başqaları ilə danışıqlara girərik.

a) Allahım, mənə səbr ver, ya da canımı al .

b) Yaxşı. bir ay daha gözləyim, sonra onun ağlını başına gətirəcəm.

c) Vaxtlı vaxtında idmanla məşğul olsam, pəhrizləri gözləsəm və s. əvvəlki görünüşümə dönə bilərəm.

d) Allahım, xəstəliyim  keçsin, artıq sağlamlığıma diqqət edəcəm.

4.Depressiya mərhələsi

Bu mərhələdə dəyişən şəraitin artıq geri dönməyəcəyini anlayarıq və kədər yaşayarıq. Bu hal  davranışlarımızda da təzahür edər. Məsələn, yuxularımız pozular, daxilimizə qapanarıq, yemək düzənimiz dəyişər, içkiyə, siqaretə aludə olarıq...Və ya nə bilim, "onsuz da bu həyatın bir mənası yoxdur, yaşasam nə olacaq,yaşamasam nə olacaq?” kimi fikirlər bizə hakim olar...

5.Qəbul etmə mərhələsi

Bu mərhələdə isə artıq yavaş-yavaş dəyişən şəraiti qəbul edəcək gücdə olarıq. Ehtiyaclarımızı qarşılaya bilən yeni yollar axtarmağa başlayarıq. Güclərimizi yenidən qazanmağa cəhd edərik. 

Fərdi inkişaf mütəxəssisi Nil Gün isə yasdan-üzüntüdən xilas olmanın 6-cı mərhələsini belə əlavə eddir: 

6.Ümid mərhələsi

Bu addımda yeni şəraitə uyğunlaşaraq həyata pozitiv baxarıq. Gələcəyi daha gözəl rəng çalarında xəyal edərik. Sözün gerçək mənasında yaşamağa davam edərik.

Demək, gördüyünüz kimi, yas saxlamaq keçmişdən azad olmaq üçün çox gərəklidir. Keçmişimizin yasını tutmadan nə sevdiyimizi söylədiyimiz insanları anlaya bilərik (bura uşaqlarımız da daxildir), nə də  sevə bilərik. Ağlamaqdan utanmayaq, eyib olan kimisə ağlatmaqdı.


 




Şərhlər:
Baxılıb: 558
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz