Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++Əlin var olsun, xanım!
++++++++Əlin var olsun, xanım!
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 546
Səs ver:
Bədən üçün sağlamlıq nə deməkdirsə, ruh üçün xoşbəxtlik və əmin-amanlıq o deməkdir. Hətta bu ikisini bir-birindən ayrı təsəvvür etmək belə, mümkün deyil. Bir yerimiz ağrıyırsa, ruhumuz da rahatlığını itirir, ya da əsəblərimiz yerində olmayanda daha tez xəstələnirik. Ailə cəmiyyəti təşkil edən ən kiçik nüvə olduğuna görə cəmiyyətin də sağlamlığı və əmin-amanlığı ailədəki əmin-amanlıqdan asılıdır. Bir blokda ən azı 10 ailə yaşayır. Beş ailədə dava-dalaş olduğunu düşünün, küçəyə yayılan səs-küyü təsəvvür edin. Bir də, bu dava-dalaşdan, bu səs-küydən o biri beş ailənin də rahatlığını itdiyini nəzərə alın. Görürsünüzmü, ortaya necə mənzərə çıxır? Yəni biz ailəmizdə ən kiçiyindən tutmuş, ən böyüyünə qədər hər hansı bir problemi aradan qaldırırıqsa, deməli, əslində məhəlləmizin, oradan vətənimizin, oradan bəşəriyyətin əmin-amanlığına və səadətinə xidmət etmiş oluruq. Ailəsində rahatlıq tapmayan bir insan qalan bütün işlərində də, sosial həyatında da səmərəsiz olur. Belə bir adam, peşəsi nə olursa-olsun, içində gərginlik olduğu üçün diqqətini gördüyü işə istiqamətləndirə bilmir, işini lazım olduğu kimi yerinə yetirə bilmir. Ona görə də ailəmizdəki problemləri həll etmək üçün nə etsək, dəyər. Əgər ailəmizdə əmin-amanlıq istəyiriksə, inadı, qüruru, təkəbbürü, saxta göz yaşlarını, ucuz xəstəlik bəhanələrini, ən kiçik problemimizi belə, ata-anamıza çatdırmaq xəstəliyini bir kənara qoymalıyıq. Əks halda, sevginin yerini bu hisslər tutur və bədbəxtlik bir kabus kimi ailəmizin üstünə çökür. Buna görə də əgər qadın hirslənirsə, kişi, kişi hirslənirsə qadın danışmamalıdır. Bir-birilərinə sakitləşmək üçün vaxt verməlidirlər. Və hər iki tərəf hirsləri soyuyandan sonra, necə deyərlər, şüurları yerinə gələndən sonra problemlərini həll etməyə başlamalıdır... Gözəl bir hərəkət qarşı tərəfdən də rəğbətlə qarşılanmalıdır. Halbuki biz çox vaxt şikayət mövzularını daha tez "şərh etməyə" çalışırıq... Məsələn, bir bəy hər axşam evinə gəlir, xanımının gözəl yeməklərini yeyib süfrədən "tısıldaya-tısıldaya" durur, ancaq iki kəlmə gözəl sözlə xanımına təşəkkür etmək belə, ağlına gəlmir. Çünki yemək bişirmək qadının vəzifəsidir və qadın yemək bişirmək məcburiyyətindədir. Ancaq bir axşam hazır yemək tapmayanda da qiyamət qoparır. Sən demə, bəyimizin səsi çıxırmış, lal da deyilmiş... Odur ki, həyat yoldaşınıza haqsızlıq etməyin. Çünki gözəl bir hərəkətinin qiymətini görən bir insan bu qiymətə layiq ola bilmək üçün canla-başla çalışır. Necə deyərlər, gözəl hərəkətlərini davam etdirir... Əgər "tərifə nə ehtiyac var, onsuz da bu onun vəzifəsidir" desəniz, deməli, onda siz də vəzifənizə daxil olan işləri görəndə tərif eşitməyəcək, üstəlik, görmədiyiniz işlərə görə də tənqidlə qarşılaşacaqsınız. Artıq subaylıq günlərində olduğu kimi, evə gələr-gəlməz yeməyinizi yeyib televizorun qarşısında yatıb qalmamalısınız. Çünki səhərdən bəri yolunuzu gözləyən, sizdən qayğı, diqqət gözləyən insanlar var ətrafınızda. Əgər ailə bir yuvadırsa, siz də o yuva üçün məsuliyyət daşıyırsınızsa, vəzifənizə daxil olan işləri yerinə yetirməlisiniz. Alınmayanda da vəziyyəti izah etməlisiniz. Həyat yoldaşınıza qarşı da olduqca səbirli davranmalısınız. Bağışlamağı bacarmalı, bacarmırsınızsa, öyrənməlisiniz. Bəzi səhvləri görməməzliyə vurmalısınız. Çünki qarşınızdakı insan hərəkətinin səhv olduğunu onsuz da bilir. Əgər siz də hər səhvi ucundan tutsanız, hər səhvin üstünü açmağa çalışsanız, həyat yoldaşınız artıq onları düzəltməyə çalışmaz, ruhdan düşər. Çünki artıq gizləyəcəyi heç bir şeyi yoxdur... Hər insan dəyər verilməyə layiqdir. Əgər bu insan həyat yoldaşımızdırsa, ona dəyər vermək artıq bizim vəzifəmizdir...


Şərhlər:
Baxılıb: 546
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz