Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övlad həsrəti
Övlad həsrəti
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 4404
Səs ver:
Ailə cəmiyyətin çəyirdəyidirsə, övlad da o çəyirdəyin çiçəyi, meyvəsidir. Əlbəttə, hər ailə istər ki, onun yuvası uşaq qığıltısı, uşaq gülüşləri ilə şənlənsin. Amma bəzən bizim ağlımızın dərk edə bilmədiyi səbəblərdən bəzi ailələr bu sevinci yaşaya bilmirlər. Bəzən illər keçir, yaşanmış hadisələr yavaş-yavaş öz sirrini açır, qədərimizdə yeni səhifələr vərəqlənib oxunur və bu zaman həmin ailələr "yaxşı ki, uşağım olmayıb, demək, hər şeydə bir xeyir varmış" deyib, öz taleləri ilə barışır, razılaşırlar. Kimsə Allahın hikmətini bilməz və onu sorğu-suala tuta bilməz, ağıl dediyimiz tərəzi hər yükü çəkə bilməz. Bir insan olaraq boynumuza düşən vəzifə odur ki, işimizi layiqincə yerinə yetirək və sonra da Allah-Təalanın bizə yazdığı tale yazısı ilə razı olaq. Konkret olaraq bu məsələdən bəhs edərkən övlad sahibi olmaq üçün həmin ailələr həkimə müraciət etməli, əgər bu vəziyyət müalicə ediləcək bir xəstəlik üzündən ortaya çıxıbsa, müalicə olunmalı, sonrasını da Allahdan gözləməlidirlər. Bir çox ailələr bu cür müalicədən sonra uşaq sahibi olub, "əskik" qalan səadətlərini tamamlaya bilirlər. Amma bəzən də elə olur ki, ailə hər cür müalicəni qəbul etdikdən sonra da övlad sevincini yaşaya bilmir. Üzülərək söyləyək ki, bu vəziyyət bəzi ailələrdə münaqişəyə səbəb olur, ailə üzvlərindən bəziləri, yaxın qohumlar bu vəziyyətdə gəlini günahkar sayır, ona "sonsuz" damğası vuraraq, bütün yükü onun belinə yükləməyə çalışırlar. Nə qədər də arzuolunmaz bir mənzərədir. Tibb elminin bu qədər inkişaf etdiyi bir dövrdə araşdırmadan, həqiqəti üzə çıxarmadan birini ittiham eləmək, əgər dedikləriniz doğru olsa belə, özündən asılı olmayan səbəblərə görə kimisə ittiham eləmək nə qədər ədalətlidir? Bu gün tibbi cihazlarla insanın daxili orqanları açıq-aydın görünür, hansı orqanda nə kimi problemlərin olması qısa zamanda təsbit edilir. Amma cahillik görün nə həddə çatıb ki, uşaq sahibi olmağın və ya olmamağın Allah-Təalanın bizə yazdığı alın yazısı olduğunu unuduruq. Əgər Allah-Təala vermədisə, üsyan edərək, özümüzü oda-közə vuraraq, övlad nədir, heç bir çöpə də sahib ola bilmərik. Bir uşağa sahib olmaq ixtiyarı hansı ananın və ya hansı atanın iradəsindədir ki? Əgər bir qadının iradəsi daxilində olsaydı, o körpə yavrusunu bağrına basıb qoxlamağı və ətrafında cahil insanların artıq-əskik danışmasının qarşısını almağı istəməzdimi? - Əlbəttə, istərdi, özü də çox istərdi. Uşağı olmadığı üçün qadına təsəlli vermək, üzülməməsi üçün dəstək olmaq lazım gəldiyi halda, dünyaya övlad gətirməmisən deyə onu suçlamaq, qəlbini qırmaq, boşamaqla hədələmək hansı vicdan sahibinə yaraşar? Həm qadın, həm də kişi belə ağır bir imtahanda bir-birinə dəstək olmalı, evlənərkən bir-birinə verdikləri "xəstəlikdə, sağlıqda, varlıqda və ehtiyac içində olanda" da bərabər olmaq sözünü əsla unutmamalıdırlar. Yoxluq deyəndə, övlad yoxluğunu deyil, maddi imkansızlığımı anlayırdınız indiyə qədər? Niyə? Övlad da Allahın bizə daddırdığı maddi nemət deyilmi? Bir əmanət, bir dünya şirinliyi deyilmi? Evlilikdən umulan mənfəət, sadəcə, dünyalıq olarsa, övladı olmayan ailələrdə bu cür problemlər getdikcə böyüyür. Halbuki evlilik dediyimiz sözləşmə, müqavilə, sadəcə, dünyada deyil, axirətdə də davam edəcək bərabərlikdir. İnsan elə yaradılmışdır ki, bir almanın iki yarısı kimi qadın və kişi bir-birilərini tamamlayır, dünya adlanan bu yolçuluqda bir-birilərinə yar və yardımçı olurlarsa, gediləcək əsl məkana, varılacaq əbədi mənzilə sağlıqla, səlamətlə yetişirlər. Övlad isə bu səfərdə hələ yolun başında bizə daddırılan bir ləzzət, bir ön ödəmədir. Heç kim öz ixtiyarı və diləməsi ilə bu ləzzəti ala bilməz, övlad sahibi ola bilməz. Övladı insana ancaq Allah verir. Bu çətin imtahanda ailə quran tərəflərin ümidə ehtiyacları var. Lazımdırsa, müalicə də etdirməlidirlər, dua etməkdən də yorulmamalıdırlar. Amma qədərə də boyun əyməlidirlər. Bizim hər birimiz yardıma möhtac olduğumuz halda, qapımızı döyən bir dilənçiyə də mərhəmət göstərir, onun ovcuna bir şey qoya bilirik. Bildiyimiz kimi, dualar iki cür olur: əməllə və sözlə. Müalicə əməli duadır. Övlad sahibi olmaq istəyən ailə həm əməli duanı, həm də sözlə dualarını kəsməməlidir. Və inanmalıdır ki, Allah-Təala istəməyi bacaranları əliboş qoymur. Həqiqətən də, hər iki dua ilə əllərini açıb israrla "xeyirli bir övlad" istəyən bəndəsinin əlini Allah-Təala boş qoyarmı? Çoxumuz şahid olmuşuq ki, 6-7 il, bəzən də 10 il sonra uşaq sahibi olan ailələr var. Onlar, bəlkə də, bir-birilərinə olan sevgilərini isbat eləmək üçün belə bir imtahandan keçirilirlər. Deyək ki, yenə olmadı, hər cür müalicəyə baxmayaraq, onların övlad həsrətinə çarə tapılmadı, o zaman boşanmağı düşünmədən öncə, bir yetim uşağı övlad kimi götürüb, bütün mərhəmət hissi ilə, sevgi ilə ona bağlanmaq daha xeyirlidir, daha doğru olanıdır. Çünki sizə kimsə zəmanət vermir ki, boşanıb başqası ilə ailə qursanız, bu dəfə oğul-uşaq sahibi olacaqsınız. Qayğıya, sevgiyə möhtac birisini isə Allah rizası üçün evinə götürüb qayğısını çəkməkdə, əziyyətinə qatlanmaqda böyük xeyirlər var. Kim bilir, bəlkə də, elə o yetimə göstərdiyiniz sevgi, mərhəmət hörmətinə Allah-Təala sizə övlad qismət edəcək. Yanlış bir qərar verib yuva dağıtmaq asandır, amma o qərarın ağır nəticəsinə qatlanmaq çox ağırdır. İnsan oğlu ağlını həyatın bu cür mühüm sınaqlarında işlətməyib, bəs harada işlədəcək görəsən?


Şərhlər:
Baxılıb: 4404
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz