Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gecikdim.(8-ci hissə)
Gecikdim.(8-ci hissə)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1502
Səs ver:

 Aynur: (Nə olduğunun fərqinə varmadan) nə olub?

Günay: Emin səndən söz soruşur.
Emin: Gülərək - dəyəsən qrup yoldaşınız həmişə fikri havalarda gəzir, nə qabağına baxır, nə deyilən sözü eşidir.
Aynur tutuldu. Utandığından qızardı. Toqquşmaları hələdə unudulmamışdı.
Aynur: Mən. Şey. Yox. 
Emin: Aydındır. 
Günay: Ay qız nə olub sənə??
Aynur: Heçnə, heçnə olmayıb.
Seminar başladı. Aynur nə danışılanrı eşidir, nə də seminar iştirakçılarını görürdü. Fikri Emində, onun bir dəfəlik getməsində idi. 
Fasilə zamanı onları çay süfrəsinə dəvət etdilər. Aynurgil gedənə qədər Emin onların çaylarını almışdı. Çay süfrəsi ətrafında Günay yenə dil boğaza qoymur, bildiyi bilmədiyi şeylər haqqında Emini sorğu-suala tuturdu. Aynur yenə dinməz durub yerə baxırdı.
Emin: Deyəsən rəfiqənizin problemi var, kefi yoxdur.
Günay: Yəqin dəryada gəmiləri batıb.
Emin: Aynur əgər gəmi batıbsa de kömək eləyim çıxarmağa.
Aynur: Şey. Yox
Emin: Sən başqa söz bilmirsən??
Aynur (nəhayət özünü toplayıb): Başım ağrıyır ona görə kefim yoxdu.
Günay: A gərək bəyaqdan deyəydin dərman tapardıq. Seminar başlayacaq indi. Eybi yox evə gedəndə alarıq dərman.
Qızlar seminar otağına qayıdır. Emin isə gəlməmişdi. Seminar başlayır. Bu arada qapı döyülür. Emin içəri girir. Seminar təşkilatçısı məzəmmətlə Eminə baxır.
Emin: Üzr istəyirəm, gecikdim.
Emin gəlib yerinə oturanda cibindən dərman çıxarıb Aynura verir.
Aynur Eminin bu hərəkəti qarşısında nə edəcəyini bilmir. Hətta təşəkkür etməyi belə unudur.
Emin: Dəyməz, buyur.
Aynur yenə utandığından pis vəziyyətə düşür. Yenə Emin onu utandırmışdı.
Seminar bitdikdən sonra Emin onları metroya qədər ötürür. Aynur hələdə olanlara inanmırdı. Eminlə bu gün danışmış, hətta başı ağrıdığına görə onun üçün dərman almağa getmişdi. Ürəyi bir tərəfdən bu irəliləyişə sevinir, digər tərəfdən Eminin seminarda dediklərini, xaricə getmək istəyi onun qol qanadını qırırdı. 
1 ay keçdi.
İlahə yenə sevgilisindən ayrılmışdı. Hələ yeni birini tapmamışdı.
Emindən əsər-əlamət yox idi. 
Evdəki qızlarla həyat eynən davam edirdi.
Kənan yenə futbol oynayırdı.
Yenə hər axşam eyni vaxtda telefon səslənir, Rafetin həzin mahnısı otağa yayılırdı. Qızlar artıq buna adət etmişdilər. Zəng vuranın kim olmasıyla bağlı heç birinin bir fikri yox idi. Çünki heç birinin sevgilisi yox idi.
Ramazan ayı olduğuna görə Aynur oruc tutmağa başlamışdı. Qızlarıda oruc tutmağa sövq etsədə bir gün oruc tutmuş, iftara qədər güclə dayana bilmişdilər. Aynur iftar vaxtı azan səsini eşitmək üçün həmişə pəncərədə gözləyirdi. Bu zamanlarda Kənanda pəncərədən baxar, azan səsi eşidilən kimi çəkilərdi. Demək Kənan da Allahın əmrindən qaçmır, orucunu tuturdu. Bu Kənanı Aynurun gözündə yüksəldirdi. 
Artıq dərs ili bitmək üzrə idi. Yenə imtahanların ağırlığı başlamışdı. Qızlar bəzən olurdu ki, evdə yemək bişirməyə vaxt tapmırdılar. Bu vaxt kolbasa, yumurta, pendir çörəklə günü yola verirdilər.
İlahə yenə təhsil haqqı probleminə görə imtahana buraxılmırdı. Bu onun heç vecinə deyildi. Hələdə özüyçün geyinib gəzməyində idi.
Aynur Emin haqda düşünməməyə çalışırdı. Artıq demək olar ki, çoxdan bəri Emini görmürdü. Hətta eşitmişdi ki, sevgilisi var. Buna görə özünə söz vermişdi ki, onu qəlbindən atacaq.
İmtahanları müvəffəqiyyətlə verib rayona qayıtmışdılar. Hər şey normal idi. Hərdən İlahə ilə danışır, hal-əhval tuturdu. İlahə rayona qayıtmamış, qohumlarının bir şirkətindən işə düzəlmişdi. Söz arası yeni sevgilisi haqqında deməyi də unutmamışdı Aynura.
Aynur isə daha sevgi haqqında düşünmür, düşünsə belə heç vaxt qarşılıqlı sevgisi olacağına inanmırdı. 
P.S: Ardı var.

Müəllif: Aynur(M.R) 



Şərhlər:
Baxılıb: 1502
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz