Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Yemək yeyəndə ayağınızı ərinizə toxundurun”
“Yemək yeyəndə ayağınızı ərinizə toxundurun”
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1869
Səs ver:

Qari Çapman ABŞ-da insan münasibətləri üzrə mütəxəssis və Bibliyanın mahir bilicilərindən sayılır. Onun ailə və insan münasibətlərindən bəhs edən, 1992-ci ildə qələmə aldığı "Beş sevgi dili” kitabı 5 milyon tirajla satılmış, 38 dilə çevrilmişdir.

Qadınlar.Biz "Beş sevgi dili” kitabından bir hissəni təqdim edir.

Siz sevgilinizlə oturub danışmaq istəyirsiniz, amma o sizə çiçək göndərir. Siz ev yeməyi yemək istəyirsiniz, amma o sizə sarılaraq doyur. Problem sevginizdə deyil, sevgi dilinizdədir. İnsanlar sevgilərini aşağıdakı şəkildə ifadə edirlər:

1. Tərifedici sözlər.

2. Keyfiyyətli zaman.

3. Hədiyyə alma.

4. Xidmət fəaliyyəti.

5. Fiziki təmas.

Sevgi dili fiziki təmas olanlara bəzi məsləhətlər:

1. Maşınınızla alış-veriş mərkəzinə gedərkən ərinizin əlindən tutun. (Əlbəttə, əgər yanınızda orta məktəb yaşlı üç uşağınız yoxdursa.)

2. Birlikdə yemək yeyərkən ayağınızı, ya dizinizi ərinizin dizinə söykəyin.

3. Ərinizə yaxınlaşıb belə deyin: "Sənə səni sevdiyimi söyləmişdim?” Onu qollarınızın arasına alın və sarılaraq bir neçə dəqiqə kürəyini oxşayın". "Sən mükəmməlsən!”- deyə davam edin. Yataq otağına gedən koridorun divarına söykənin. Sonra ondan ayrılın və öz işinizlə məşğul olun.

4. Əriniz oturanda arxasından yaxınlaşın və çiyinlərini masaj etməyə başlayın. Əriniz dayanmağınızı istəyənə qədər davam edin.

5. Kilsədə birlikdə oturan zaman rahib duaya çağıran vaxt ərinizin əlindən tutun.

6. intimə ərinizin ayağını masaj edərək başlayın. Ərinizə xoş gəldisə bədəninin digər bölgələrini də masaj edin.

7. Cakuzidə suyu açın və ərinizə onunla çimmək üçün bir dost axtardığınızı deyin.

8. Birlikdə maşınla gedərkən əyilib ərinizin ayağına, qarnına, qoluna, əlinə və s toxunun. Əgər sizə "dayan” desə hər mənada əyləcə basın.

9. Qohumlarınız və ya dostlarınız qonaq gələndə onların yanında ərinizə toxunun. Sarılmaq, əlinizi qolunda gəzdirmək, qoluna girmək kimi hərəkətlər sizə romantik xal qazandıra bilər. Verdiyiniz mesaj budur: "Evimizdə bu qədər insan olsa da yenə də səni görürəm.”

10. Əriniz evə gələndə onu həmişəkindən daha tez qarşılayın və möhkəm qucaqlayın. Normal vaxt qapıda qarşılayırsınızsa bu dəfə onu qarajda qarşılayın. Həmişə qarajda qarşılayırsınızsa bu dəfə küçədə qarşılayın. Maşın dayananda əyilib pəncərədən ərinizi öpün. Həmişə küçədə qarşılayırsınızsa bu dəfə park ətrafında gizlənin və əriniz qapını açanda ortaya çıxıb ona sarılın. (Sarılmamışdan əvvəl özünüzü ərinizə göstərin, yoxsa qorxa bilər.

 



Şərhlər:
Baxılıb: 1869
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz