Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbdən gələn təkliyin hekayəsi
Qəlbdən gələn təkliyin hekayəsi
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1635
Səs ver:
 Qaranlıq və səssiz otağının ortasında bir siqaret yandırdı, təkliyinə dost olan dumanlarda gördü özünü. Dərin bir nəfəs çəkdi və yazmağa başladı...
"Qarşı evin pəncərəsindən sızan işığı ümid sayanlardandıq biz. Təkdim! Yalnızlığımızla yandıq gündən günə. Qışqırdım səssizcə, heç kəs eşitmədi. Qız Qalasından izləyib üfüqə dalardıq. Kitaplardı özümüzü tapdığımız anlar və köhnələrdən qalma mahnılardı. Gülümsərdik. İnsanlar bizə görə deyildi. Biz isə, onlara görə özünü həyatdan soyudan 'manyak'lardıq! Olsun, aldırmazdıq. Biz itən ümidlərin içində yaşayan təzə ümidlardik. Üsyan etsək də bəzən, yenə də güləbilirdik. Ümidlər çalınsa da əllərimizdən. Günəşin doğuşunu, batışını izləmək geri döndürəbilirdi bizi. İtirmişliklə dolu həyatımıza. Yansa da, itsə da yaşayırdıq bizi qınayanlara inad."
Dərindən yaşadığı təkliyi hər halından müəyyən idi... Həyata dimdik dayanan çiyinlərindən nə ağrılar, nə xatirələr keçmiş, nələrə şahid olmuş, nə ölümlər yaşamışdı. Saçlarına ağlar salan nədir kim bilir? Kitablardı həyatı, yaşayamadığı həyatları o tozlu səhifələrin arasında yaşayır, gedə bilmədiyi ölkələrə o kitablar aparırdı onu. Yarım qalmış xatirələri, deyilməmiş sözləri söyləyirdi bəzən yazaraq. Oxuduğu hər bir xarakteri axtarırdı mənliyində, hamısının bir xüsusiyyəti, bir adı vardı. Kimisi əsmər, kimisi sarışın, kimisi çox yaraşıqlı, kimisi çox aşiq. Başqalarının xəyal edə bilməyəcəyi qədər həzz alırdı etdiklərindən. "Kitablar eşq kimidir, onu yaşamazsan anlaya bilməzsən, içinə girib onu kəşf etmək, yaşamaq lazımdır ancaq hiss etdiyin müddətcə o Eşqi yaşayarsan" deyərdi kitab oxumağı sevmədiyini söyləyən hər insana. Şəhər şəhər kitab mağazalarını gəzərdi "Bəli axtardığım budur" deyənə qədər saatlarla incələrdi hər birini bezmədən, usanmadan. Axtardığını tapdığı andakı sifət ifadəsi görülməyə dəyər idi. İllərdir tapa bilmədiyi sevgilisinə bir anda rast gəlmiş kimi qarışıqlıq və gözlərindən xoşbəxtlik oxunan sevimli kimi baxardı və sinəsinə aparıb "yaxşı ki, çıxdın qarşıma" deyərdi hər bir səhifəsi köhnəlmiş olan kitaba... Sözləri ustaca istifadə, saatlarla düşündürürdü bəzən cümlələri, yerli yerində söyləyərdi hamısını və 'hər şey zamanında gözəldir , sözlərdə doğru zamanda doğru yerdə doğru adama deyildiyində gözəldir" deyərdi. Beynimə həkk olurdu ağızından çıxan hər cümlə, içimə işlərdi sanki. Həyatı belə öğrənəbilirdiniz onun sizə qurduğu cümlələrdən, kitablardan verdiyi nümunələrdən, izah etdiyi hekayələrdən.
Kitablar mən sizi sevirəm, qəlbimim təkliyini sizdə duydum...


Şərhlər:
Baxılıb: 1635
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz