Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İki xəstənin taleyi...
İki xəstənin taleyi...
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 529
Səs ver:

İki çarpayı və həyatla ölüm arasında mübarizə aparan iki xəstə.
Çarpayılardan biri pəncərənin qarşısında, o biri isə divarın dibindədir.
Pəncərə qarşısında yatan xəstə səhərdən axşama qədər bayıra baxaraq gördükləini divarın dibində yatan
yoldaşına danışır:
«Bu gün dəniz dünənkindən daha sakitdir.Külək də dünənki kimi əsmir. Dənizdə üzən ağ yelkənlər sanki su sonalarıdır. Park?!
Parkda hələ ki,heç kim yoxdur.Yelləncəklər də boşdur.Budur, keçən həftəki sevgililər gəldilər. Əl-ələ tutublar. Skamyalardan birində əyləşdilər. Gözlərini bir-birindən çəkmirlər. Oğlan pıçıltı ilə qıza nəsə danışır. Nə qədər də bir-birilərinə yaraşırlar. Kaş ki,öz gözlərinlə görəydin.
Qızılgüllər sanki, bu gün bayram edirlər. Elə açıblar ki, hər tərəf qırmızı rəngə boyanıb. Alça ağacları da gəlin kimi başdan-ayağa ağa bürünüblər. İndi də parkın bəzəyi uşaqlar gəldilər. Əllərində rəngbərəng çərpələnglər, şarlar var. Sanki, ümidlərini göyə uçururlar.
Bu gün qağayıların da kefi kökdür. Mavi dənizin üzərində o yan-bu yana uçur, hərdən də suya baş vururlar...»
Günlər də beləcə keçib gedir, xəstə hər gün pəncərədən gördüklərini yoldaşına danışırdı.
Bir gen pəncərənin yanındakı xəstənin ürəyi tutdu. Əgər divar dibindəki xəstə düyməyə basıb həkimi çağırsa idi,bəlkə də yoldaşını xilas edə bilərdi.
Ancaq o,düyməyə basmadı. Çünki,yoldaşı öləndən sonra pəncərənin qarşısındakı çarpayı boşalacaq və onu bu çarpayıya köçürəcəkdilər.
Beləcə bugünə qədər qulaqları ilə eşitdiklərini gözləri ilə görəcəkdi.Çox keçmədi ki, yoldaşı öldü. Ertəsi gün onu pəncərənin qarşısındakı çarpayıya köçürdülər. Gözlədiyi an gəlib çatmışdı.Həyəcanla pəncərədən baxdı.Ancaq, ancaq...
Ancaq bayırda qapqara divardan başqa heç bir şey yox idi…...




Şərhlər:
Baxılıb: 529
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz