Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağlamağı Unutmuş Qadınlar!
Ağlamağı Unutmuş Qadınlar!
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 689
Səs ver:

Ağlamağı Unutmuş Qadınlar!

 Azad və ayaqları üstündə dayanan qadınlar, sahib olduqlarına möhkəm-möhkəm bağlanarlar. Onları əldə etmək üçün çox acı ağrı çəkdiklərindən olmalıdır…

Bir kişinin təzyiqini daşımağa, ona möhtac olmağa söykənə bilməzlər. Əslində hamısının içində, qurtarılmağı gözləyən bir gənc qız yaşar ancaq bunu özlərinə belə etiraf etməkdə çətinlik çəklər. Mən də o qadınlardan biriyəm.
Azad və müvəffəqiyyətli qadın imicimizi qorumaq üçün, bəzən qadın yanımızdan güzəştə verərik. Həyatın ağır məsuliyyətləri altında əzilib getməmək, bir az da bu duruşa bağlıdır. Kişiləşərik! Dik dayanmaq, hər hadisənin altından tək başına qalxa bilmək, təcili vəziyyətlərdə soyuqqanlı olmağı bacarmaq və bütün qərarları tək almaq kimi məsuliyyətlərimiz var.
Əslinə baxsanız, hamımızın üçün xeyli çox qadın yaşayır. Çölə göstərdiyimiz üzümüz olan qadın, həqiqətən güvəndiyimiz və sevildiyimiz bir adamın yanında ortaya çıxan qadındır, iş yerindəki sərt və avtoritar qadın, ailəmizlə birlikdəykən ortaya çıxan qadın, bu qadınların hamısı içimizdə var. Lakin həyatın gətirdikləri üzündən bəzən bir neçəsini geri plana itələmək məcburiyyətində qalırıq.

Ağlamağı Unutmuş Qadınlar!

 Məncə təhtəlsüurunda aldadılmaq qorxusu yatır. Hələ bir də, zamanın buraxdığı yaralar arasında xəyanət varsa, bu qorxu daha da pərçimlənir. Birinin bizi axmaq yerinə qoymasındansa, təkliyi seçirik.

Bu nöqtəyə də boşuna gəlinmir əslində. Bu tərz qadınların həyat hekayələrinə belə bir nəzər salsanız, hamısında böyük və ağır zərbələr fərq edərsiniz. Qabıq bağlamış yaraların, gecə yarılarında qan sızdırdığı ürəklər, özündən belə qaçmağı bacarar. . Gözyaşlarını saxlamağı, qürura oldaş tutan qadınlar; elə bir gün gəlir ki, ağlamanı da unudarlar.
Bir qadın, əslində çox qadındır. Çölə hansı maskayla çıxmış olursa olsun, içində həm kiçik bir qız uşağı, həm intimual və vampir bir qadın yatır. Baxdığınız qadında nə görə bildiyiniz, sizin qabiliyyətinizdir. Bir qadını anlamaq, sahib olmaq və onu yaşaya bilmək üçün, əvvəlcə divarın arxasına baxmağı öyrənmiş olmanız lazımdır.
Bizlər, yəni ağlamanı unutmuş qadınlar; içimizdə böyük sevdalar yığarıq. İstəyərik ki, bir şahzadə gəlsin, üstümüzə yığılmış tozu torpağı silkələyib, işıldayan ürəyimizi ortaya çıxarsın. O zaman hər kəsdən çox və böyük sevərik. Bax o zaman eşq necə yaşanar, necə sevilər, qadın olmaq necə olar göstərərik amma nə o şahzadə gəlir, nə də biz gələnin şahzadə olduğunu anlayacaq qədər güvən duyub, əl uzada bilərik…

Tərcümə və Redaktə Etdi:N E L L I


Şərhlər:
Baxılıb: 689
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz