Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
NE VAXT ITIRDIK?
NE VAXT ITIRDIK?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1339
Səs ver:

NE VAXT ITIRDIK?

 

Köhnə zamanların birində bir otlaqda öküz sürüsü yaşayardı. Yaşayarmış amma ətrafdakı aslanlar heç cür rahat buraxmazmış onları.Hər gün hücum edərlərmiş bu sürüyə. Öküz bir yerə toplanıb rədd edərmişlər aslanları. Hərçənd bir iki yara alar amma yenə də boyun əyməzlərmiş aslanların zorbalığına. Gün keçdikcə aslanlar bir şeyi düşünürdü : Ancaq dovşan, siçan kimi kiçik heyvancıqlarla bəslənər olmuşlar. Get-gedə gücdən düşmüşlər.Aslan bu, heç siçanla doyarmı?

 

- Hər halda bizə bu otlağı tərk etmək düşür demiş aslanlardan biri.

-Bəli  deyə təsdiq etmiş digərləri.

 

Hara gedəcəyik deyə fikirləşərkən 'bir dəqiqə' deyə bir səs gəldi arxadan. Hər kəs dönüb baxmış səsin gəldiyi tərəfə. Sürünün ən çəlimsiz, amma hiyləgərmi hiyləgər bir fərdi olan Topal Aslanmış sözə atılan.

 

- Xeyr  demiş, heç bir yerə getmirik. Siz mənə buraxın, mən həll edərəm bu işi.

 

İnanmamış kimsə ona amma bir şans verək nə çıxar deyə düşünmüşlər. O da yanına bir iki aslan götürüb gedir öküzlərin yanına.Öküzlərin lideri olan Boz Öküz başda olmaq üzrə beş iri öküz yaxınlaşmış onlara. Soruşmuşlar nə istədiklərini. Topal aslan başlamış danışmağa. Bir tərəfdən də Boz Öküzün iti və böyük buynuzlarına baxıb ürpərirmiş.

 

- Hörmətli öküzlər' deyə başlamış sözə. 'Bu gün bura sizdən üzr istəmək üçün gəldik. Bilirəm sizləri çox vaxt incitdik, kim bilər neçənizdə bu pəncəmin izi vardır. Amma inanın bunların heç birini istəyərək etmədik. Bilin ki biz aslanlar sülhsevər bir millətik. Hələ öküzlərlə heç bir dərdimiz ola bilməz. Ancaq bəli sizə dəfələrlə hücum etdik, amma niyə bilirsinizmi?həmişə o sizin aranızdakı Sarı Öküz üzündən. Onun rəngi elə sizinkilər kimi deyil ki. Gözümüzü qamaşdırır, ağılımızı başımızdan alır. Onu gördükmü nə qədər barışsevər olduğumuzu unudub sizə hücum edirik, və sürünüzə zərər veririk. yoxsa bizim sizinlə heç bir dərdimiz yoxdur. Onun üzündən hamınız zərər görürsünüz. Heç cür həyatınızdan əmin rahat rahat otlaya bilmirsiniz, bəlkə gecələri belə bizim kükrəməmiz sizin yuxunuzu qaçırır. Bunların hamısı Sarı Öküzün günahıdər. Verin onu bizə, siz xilas olun, biz də barış içində yaşayaq' demiş.

 

Boz Öküz, digər qabaqda gələnlərlə görüşmək üzrə geri çəkilmiş. Hamısı da isti baxmışlar bu təklifə. Bir tək yaşlı Xallı Öküz olmaz demiş amma heç kim də qulaq asmamış ona. Yazıq Sarı Öküz qurban edilmiş aslanlara. Hamısı birdən hücum etmişlər yazıq öküzün üzərinə. Bir ikisini atmış üstündən amma əldən düşmüş az sonra. Çırpınmış, qışqırmış, kömək istəmiş, yalvarmış, amma yoxmuş onu eşidən. Digərləri kədərlənmişlər kədərlənməsinə amma əldən nə gəlir ki. Bütün sürünün salamatlığı üçün bir öküz lazımlıymış.

 

Həqiqətən də günlərlə sürüyə heç bir hücum edən olmamış.Dinclik içində keçər olmuş günləri. Amma aslan milləti bu, nə qədər səbr edər ki. Hələ öküz ətinin dadını gördükdən sonra. Acdıq demişlər Topal Aslana daha bir neçə həftə belə keçməmişkən. O da yenə bir dəfə daha getmiş Boz Öküzün yanına.

 

- Salam  deyə girmiş sözə.   Gördünüz biz aslanlar nə cür itaətli millətik. Doğru qərarınız üçün sizi bir daha qeyd etmək istəyərəm. Siz də dinclik içindəsiniz, biz də. Nə xoşbəxt. Tək bura bunları söyləmək üçün gəlmədim. Böyük bir problemimiz var.

- Nədir?  demiş Boz Öküz maraqla..

- 'Bu sizin Uzun Quyruq' demiş Topal Aslan. Elə uzun bir quyruğu var ki haradan baxsaq görünür. O quyruğunu yellədikcə bizim də ağılımız başımızda gedir. Gözümüz dönür, sürüyə hücum etməmək için özümüzü çətin tuturuq. Halbuki siz hamınız normal quyruqlusunuz. Bir onun günahı üzündən qorxaram hamınız zərər görəcəksiniz. Gəlin verin onu bizə bu mövzunu burada bağlayaq. Köhnəsi kimi barış və sevgi içində iki tərəf də həyatını davam etdirsin.'

 

Boz Öküz yenə danışmış sürünün ulularıyla. Yenə yalnız Xallı Öküz ölmüş qarşı çıxan. Hamısı da verək getsin demişlər.Çıxardıblar Uzun Quyruğu sürüdən. Saatlara davam etmiş yazığın çırpınışları amma sonunda o da məğlub olmuş aslanlara. Təkrar təkrar təkrarlanılmış bu olanlar. Hər keçən gün daha da kökəlmiş

aslanlar. Ala bildiyincə güclənmişlər. Öküzlərsə hər keçən gün daha da zəifləmişlər.

Aslanlar həyasızlaşırlarmış. Artıq bir səbəb belə ifadə etmirlərmiş.'Verin bizə bu öküzü yoxsa qarışmarıq' deyirlərmiş. Yazıq öküzlərin xeyr deyə biləcək gücləri qalmamış. Hamısı bir-bir can verirlərmiş aslanların pəncəsində. Boz Öküz də aralarında olmaq üzrə bir neçəsi qalmış ən sona. Nə oldu bizə, nə vaxt itirdik bu hərbi aslanlara qarşı, halbuki nə qədər də güclüydük? deyə soruşmuş biri Boz Öküzə

 

Boz Öküz gözləri nəmli və səsi peşmanlıqla titrəyərək :

-         Biz Sarı Öküzü verdiyimiz gün itirdik bu hərbi...



Şərhlər:
Baxılıb: 1339
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz