loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir Qurbağa Öpmə Məsələsi...
Bir Qurbağa Öpmə Məsələsi...
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1890
Səs ver:
Yaraşıqlı şahzadəni tapmaq üçün, öpdüyümüz qurbağaların sayı çoxalmağa başladıqca, mənim narahatlıqlarım da artar oldu.
Çoxumuzun öpdüyü qurbağalara baxıb, nəticəsində kimsənin şahzadəyə çata bilməmiş olması, üzümüzə bu gerçəyi çarpır: Şahzadə filan yox! Niyə? Çünki biz də şahzadə deyilik!
Mükəmməli axtarma sevdasıyla çıxılan səfərlər, təəssüf ki, hüsranla sonlanır. Ya nə axtardığımızı bilmirik, ya çox yaxşı bilirik. Hər iki şərtdə də, nəticəsi bizi çox xoşbəxt etmir.
Gerçəyə yaxın istəklərimiz yoxsa, bizə hər kəs qurbağadır onsuzda! Həm zəngin, həm yaraşıqlı, həm comərd, həm eşq dolu, həm sadiq, həm dürüst, həm bizi qürurlandıracaq, həm əl üstündə tutacaq, bir dediyimizi iki etməyəcək, şəfqətli amma yeri gəldiyində  avtoritar, hər mühitdə əllə göstərilən, oturuşu qalxışı pərəstiş oyandıran, az qısqanc amma sahiblənən, düşüncəli, mədəni, çalışqan, təmiz, romantik amma realist bir adam axtarışınız varsa; daha  bir ömür axtararsınız kimi dayanır!
Nə istədiyini bilmək, yuxarıda yazdığım xüsusiyyətlərə yatırsa; əslində siz də nə istədiyini bilməyənlər qisiminə keçmişsiniz deməkdir. Bu xüsusiyyətləri ancaq 5 kişidə ayrı-ayrı tapa bilərsiniz.
Nə istədiyinizi bilmirsinizsə, bu daha pisdir . Qarşınıza çıxan adamlara həmişə bir qulp taparsınız. Bir yoldaşım, qorxar boyu romantik bir kişi axtardı. Sonunda romantik, duyğulu və mənə görə tam istədiyi adamı tapdı. Aradan iki ay keçdi, bir gün gəlib bu cümlələri söylədi: "Sıxıldım ya mənə şam işığında şeir oxumasından. Romantik kişi çox darıxdırıcıymış. İndi sərt bir adama istəyirəm!" O zaman bu sualı soruşmaq ehtiyacı hiss etdim: "Yaxşı gələn o sərt adam, xoşuna gəlmədiyi bir hərəkət etdiyində, səni təpik yumruq döysə nə edəcəksən?"
Nə istədiyimizə diqqət yetirməmiz lazımdır. Sifətləri qarşı cinsin üstündə çox təyin edici şəkildə yerləşdirdiyimizdə, axtardığımızın ən tündünü tapma ehtimalımız yüksəlir.
Xüsusiyyətlərini özümüz tərəfindən təyin etdiyimiz adamı tapmaq üçün çıxdığımız səfərin orta yerində, xeyli çox qurbağanı öpmüş olduğumuzu fərq edirik. Üstəlik o qurbağalar öpülüncə şahzadəyə çevrilmir. Ancaq bir qurbağanı şahzadəyə çevirmənin yolu yox deyil!  Əmək, fədakarlıq, gözləmələri azaltmaq və həqiqi davranmaq, sizi sevəni əlinizin tərsiylə itələməmək, necəsə çöldə daha yaxşısı vardır deyə düşünməmək, sonunda sizə bir şahzadə qazandıra bilər.
İşin pik nöqtəsi, ürəyinizin sevdiyini, gözünüzün onsuzda şahzadə kimi görəcəyidir. Ürəyiniz o adam üçün atmırsa, fərqində olmadan bir şahzadəyə qurbağa rəftarı edir ola bilərsiniz….
Tərcümə etdi:N E L L I

Şərhlər:
Baxılıb: 1890
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz