Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşuqəsini evimizə gətirdi və gözümün qabağındaca...
Məşuqəsini evimizə gətirdi və gözümün qabağındaca...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5042
Səs ver:

Müqəddimə 

Ömrünün ən yaxşı illərini, sağlam dövrünü Rusiyada "nataşa”lara həsr etdikdən, yəni yaşı 30-35-ə çatdıqdan sonra azərbaycanlı oğlanların ağlına gəlir ki, bəs, evlənmək lazımdır. Evlənmək üçünsə Azərbaycana gəlməyə belə ehtiyac duymurlar. Elə Rusiyanın hansısa, rusların özünün də yadından çıxmış vilayətindən evlərinə zəng edib haray-həşir salırlar ki, qız tapın, evlənirəm...
Gəldik, işin əsas məqamına. Bilənlər bilir ki, bizim ölkədə qız tapmaqdan asan heç nə yoxdur. Bu funksiyanı ya oğlanın anası, bacısı, ya da qonşuları həyata keçirir. Oğlanın maddi imkanı yaxşıdırsa, qardaşının arvadı, xalaları da bu işə yaxından müdaxilə edirlər. Xala və bibilər öz qızlarını, qardaş arvadı isə öz bacısını ərə vermək üçün planlar hazırlayır. Rusiyada olduğu üçün heç kimin tanımadığı, "matah” elan edilmiş bu "subay oğlan” nəhayət ki, birini seçib evlənir. "Evlənir” deyəndə ki, qohumlardan birinin qızına elçi göndərib toy edir. Bir həftə sonra da qızı qoltuğuna vurub uzaq diyarlara aparır.
Gerisi isə qalır, necə deyərlər, Allah ümidinə...
Ailə qurub Rusiyanın hansısa şəhərinə gəlin köçən qızların taleyi çox vaxt yaxşı olmur...
Rusiyada yaşayan, işləyən oğlana ərə gedən, sonradan ailə həyatında ciddi zorakılıqlarla qarşılaşan qadınlardan birinin taleyini sizə təqdim edirik. (Qadının adı onun özünün istəyilə dəyişdirilib).
Şərti adı Zeynəb
Zeynəbin 19 yaşı olanda xalasıgil onlara elçiliyə gəlir və Rusiyanın Nijni-Novqorod vilayətində yaşayan oğlu üçün onu istəyirlər. Heç bir təhsili olmayan, Zərdab rayonunun ucqar kəndində böyüyən qız üçün bu təklif "cənnətə düşmək” kimi cazibədar görünür...  Palçığı dizə çıxan kənddən yaxa qurtarmaq üçün heç düşünmədən "hə” deyir. Ailəsi də razılıq verdikdən sonra Zeynəbi xalası oğluna ərə verirlər.
Xalası oğlu Rasim uzun illər Rusiyada yaşadığına görə Zeynəb nişanlısının üzünü toydan bir qədər əvvəl onlar üçün qurulan nişan məclisində görür...
Aralarında 7 yaş fərq vardı. Nişanlılıq dövrü isə cəmi 2 həftə çəkir. Bu müddətdə onlar cəmi iki dəfə, onda da ailə üzvlərinin yanında görüşürlər...
Evlilik həyatı
Zeynəb danışır ki, Rusiyaya köçdükdən sonra ərinin ona münasibəti kəskin şəkildə dəyişməyə başlayıb:
"Nijni-Novqorodda şəxsi mağazası vardı. Səhər tezdən işə gedirdi. Gün ərzində Rasim heç 2-3 saat evdə olmurdu. İlk vaxtlarda elə bir ciddi problemimiz yox idi. Mən onun işlərinə qarışmırdım. Daha doğrusu, işlərindən xəbərsiz idim. Amma get-gedə həyatımızdakı səssizlik pozulmağa başlayırdı. Mən təbii ki, dözməyə çalışırdım. Qürbət ölkədə dərdimi deyəcəyim bir adamım, tanışım-rəfiqəm, demək olar, ondan başqa tanıdığım bir kimsəm yox idi. Anamgilə də əlim çatmırdı. Həm də çatsa, nə edə bilərdim ki?.. Hamiləydim, ailəmin dağılmasını istəmirdim. Mümkün olduğu qədər onun hərəkətlərinə, məni döyüb-incitməsinə, kötək və təhqirlərinə əhəmiyyət verməməyə cəhd edirdim...
Amma... Münasibətlər get-gedə kəskinləşirdi:
"Əvvəllər sərxoş halda evə gələn, dostlarını başına yığıb kef məclisləri quran, erməniləri süfrəmizin başında oturdan Rasim artıq mənə həyat yoldaşı, doğulacaq uşağının anası kimi yox, qulluqçu kimi baxmağa başlamışdı...”
Zeynəb danışır ki, Rasim başqa qadınlarla intim münasibətini artıq arvadından gizlətmirmiş:
"Mənim onun hərəkətlərinə hansısa reaksiyanı verməyə, narazılığımı bildirməyə ixtiyarım yox idi. Ağzımı açmamış "xoşuna gəlmirsə, qayıdıb atanın evinə gedə bilərsən” deyirdi. Rasim münasibəti olan rus qadınlarını evimizə gətirməyə başlamışdı. Mən onlara süfrə açırdım, bişirdiyim yeməkləri masaya düzürdüm, onların qulluğunda dururdum. Onlar yeyib-içib keflənəndən sonra yataq otağına keçirdilər...
Bu, sadəcə olaraq, dəhşət idi. Ərim gözümün qabağında yad qadınları mənim yatağıma salırdı. Hətta o, qadınlarla cinsi əlaqəyə girdikdən sonra məni çağırıb su istəyirdi. Az qalırdı başıma hava gəlsin. Hər gün döyülürdüm. Onun –şillə-təpiklərindən üz-gözüm qan içində olurdu. Bəzən mənə elə gəlirdi ki, cəhənnəmin düz ortasındayam... Ya da əsirlikdəyəm, mənə bu işgəncəni, zülmü çəkdirən düşmənlərdi. Çünki normal adam heç düşməni ilə də belə davrana bilməzdi. Bəzən günlərlə ac-susuz qalırdım. O, hətta hamiləliyimi də nəzərə almırdı...”

Yeni doğulan uşaq

Zeynəb ərinin əxlaqsız hərəkətlərindən sonra bir müddət onunla cinsi əlaqəyə girməkdən imtina etsə də, Rasim onu dəfələrlə zorlayır:
"Rusiyada yaşadığım müddətdə cəmi bir dəfə küçəyə çıxdım. Onda da sancılarım başlamışdı. Məni doğum evinə apardı. Uşağım dünyaya gəldikdən sonra üç gün xəstəxanada qaldım. Bir dəfə də yanıma gəlmədi. Yeni doğulmuş uşağını görmək üçün növbəyə dayanan, arvadına gül dəstələri yollayan kişiləri pəncərədən həsədlə seyr edirdim...
Xəstəxananı tərk edib evə gəldik. Artıq döyülməyim üçün bir səbəb də yaranmışdı: uşaq ağlamasın, uşağın səsi ona və məşuqələrinə mane olmasın... Belə yaşamaq artıq mümkün deyildi. Uşağa süd verməliydim. Aclıqdan və stressdən südüm quruyurdu... Günlərimi döyülərək keçirdim. Uşaq xəstələnirdi, müayinəyə, peyvəndə aparmaq lazım gəlirdi, amma Rasimə bunu demək mümkün deyildi. Yüksək qan təzyiqindən əziyyət çəkirdim...”
Bütün bunlara baxmayaraq, Rasim öz çirkin əməllərini davam etdirib. Evdə içki və narkotika məclisi davam edib. Rusiyada yaşadığı müddətdə Zeynəb keçirdiyi əsəb gərginliyi, sarsıntılar nəticəsində diabet xəstəliyi tapıb:
"Bəzən qonşuluqdakı qadınların mənə yazıqları gəlirdi. Mənə yemək, uşağa öz uşaqlarının köhnə paltarlarını verirdilər. Uşağın bir yaşı tamam olmaq üzrəydi, amma hələ "metrika”sı alınmamışdı. Zillət çəkirdim. Uşaq hər dəfə ağlayanda Rasim özündən çıxırdı, bəzən elə qışqırırdı ki, səsə qonşular yığışırdı. Doğma övladını yatağından götürüb yerə çırpan atanı təsəvvür etmək çətindir yəqin ki...”
Həmsöhbətim deyir ki, uşaq o vaxtdan beyindaxili xəstəlikdən əziyyət çəkir. Hətta qadının iddiasına görə, bir ara Rasim uşağı satmağı da düşünüb. Zeynəb ağlayıb- yalvarıb deyə, bu fikrindən daşınıb:
"Ərə getdiyim gündən sonra  anamgillə cəmi dörd dəfə əlaqə saxlaya bildim. Hər dəfə də qorxumdan vəziyyətimizin yaxşı olduğunu, xoşbəxt olduğumuzu deyirdim. Çox qorxurdum. Əvvəla, anamgilin elə bir maddi imkanı yox idi ki, mənə sahib çıxa biləydilər. Üstəlik, Rasimin qardaşlarıma bir xətər toxunduracağından çəkinirdim. İstəmirdim ki, onları öz problemlərimlə yükləyim. Valideynlərimin heç bir dəfə də olsun, gəlib məni yoluxmağa yol pulları belə yox idi. Onlara nə deyə bilərdim?..”

Xilas günü
Günlərin birində isə qəfil gələn qonaq onların rüsvayçı ailə münasibətlərini aşkara  çıxarır. Azərbaycandan Nijni-Novqoroda gəlmiş uzaq qohumlarından birinin oğlu Rasimlə birgə onlara qonaq gəlir. Evdə nə isə bir anormallıq olduğunu, ərlə arvadın münasibətlərinin sağlam müstəvidə olmadığını  anlayır. Rasim işə getdikdən sonra Zeynəbi dərdini danışmağa məcbur edir. Həmin oğlan Bakıya qayıdan kimi Zeynəbin qardaşlarına bacılarının başına gələnləri nəql edir. Rusiyaya gələn qardaşlarla Rasim arasında insident yaşanır. Rasim onlara bacılarını da götürüb gedə biləcəklərini, lakin uşağı verməyi düşünmədiyini deyir. Uşağı yalnız 6 000 dollar qarşılığında Rusiyadan çıxara biləcəklərini, yalnız pul qarşılığında sənədləri imzalayıb razılıq verəcəyini bildirir.
Zeynəb nəql edir ki, qardaşları həmin məbləği böyük çətinliklə toplaya bilirlər. Rasim tələb etdiyi vəsaiti aldıqdan sonra da uşağı anasına verməkdən imtina edir.
Zeynəbin qardaşları vəkil tutaraq məhkəməyə müraciət edir. Məhkəmə  Zeynəbin xeyrinə, özü də bir günün içində qərar çıxarır. Uşağın doğum haqqında şəhadətnaməsi alındıqdan sonra Zeynəb oğlu ilə Rusiyanı tərk edə bilir...
Son
Zeynəb hazırda oğlu ilə Bakıda yaşayır. Artıq müstəqil həyata qədəm bassa da, yaşadığı məşəqqətlərdən, fiziki, psixoloji və mənəvi iztirablardan hələ özünə gələ bilməyib. Övladı isə Uşaq Nevroloji Xəstəxanasının daimi sakinidir. Dəfələrlər yerə çırpılan, anasının bətnində belə stresslərdən kənar qala bilməyən körpənin sağlamlığı sual altındadır. Bakıya gəldikdən sonra həkimlər uşağın sağ ayağında da problem olduğunu aşkarlayıblar...
Hələ ki, qohumlarıgildə yaşayan, onların himayəsinə sığınan Zeynəbin problemləri də davam edir. İndi o, özünə iş tapmalı, özünü və oğlunu maddi cəhətədən təmin etməli, həm də... xəstə uşağını müalicə etdirməlidir...
Bir qadının zərif çiyinləri bu qədər problemi daşıya biləcəkmi?..




Şərhlər:
Baxılıb: 5042
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz