Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tənbəlliyin səbebləri Rənglərdə gizlənib
Tənbəlliyin səbebləri Rənglərdə gizlənib
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2188
Səs ver:
Tənbəlliyin səəbləri Rənglərdə gizlənirb

Vaxtınızın böyük bir qismini keçirdiyiniz məkanlarda istifadə edilən bəzi rənglər, bəzi insanlara ilham verərkən, bəzi rənglər tənbəllik təsiri yaradır.Rənglər və təsirlərini bilmək gündəlik bəzi problemlərinizin də həlli ola bilər.
Əsəbisinizsə və ya tənbəlsinizsə ətrafınızdakı rəngləri nəzərdən keçirməyinizi tövsiyə edirik. İstifadə ediləcək boya və dekorasiyanın rəngi, məkanın istifadə məqsədinə görə təyin olunmalıdır.Araşdırmalara görə, dekorasiya rənglərinin, əks etdirdiyi işıq və hiss etdirdiyi duyğularla insanlar üzərində müsbət ya mənfi təsir edə biləcəyi təyin olunub.

Tündxasiyyət Qırmızı:
Fiziki gücün, hərəkətin rəngi olan qırmızının başlanğıclara təşviq etdiyi ifadə edilir.Qırmızı iş zövqünü artırar. Tənbəlliyin əleyhdarıdır, ancaq əsəbiliyə və təcavüzkarlığa da yol aça bilər. Bu səbəblə hərəkətin sıx olduğu yerlərdə uşaq otaqları, rəqs studiyaları ilə diskotekalar kimi cəmiyyətə açıq olan sahələrdə istifadə edilməlidir.Tünd tonlar sıxıcı və darıxdırıcı bir atmosfer yaradır.

Dəbdəbəli Narıncı:
Narıncının da qırmızı kimi həyəcan verici hətta qırmızıdan daha quruluşçu olduğu müəyyən olunub. Sağlamlıq, canlılıq, yaradıcılıq, etibar, cəsarət və ünsiyyəti işarələyən narıncının əzici olma və üstün gəlmə istəklərini də özü ilə gətirər. Mətbəxdə, uşaq və yemək otağı ilə koridorlarda istilik yaradacağını sevinc və xoşbəxtlik verməsi istənən mühitlərdə və geniş sahələrdə istifadə edilə biləcəyi təyin olunmuşdur.

İlham qaynağı sarı:
Sarının parlaq, şən və mehriban təsirinin ümid verdiyi bildirilir. Sarı, ilham verici xüsusiyyətilə zehni qarışıqlığa da yol aça bilər. Mətbəx üçün çox uyğundur. İş otaqlarında istifadə edilməməlidir, çünki zehni bulandırıb qarışıqlığa gətirib çıxarar. Dinlənmə məqsədli mühitlərdə də təklif edilməz.

Sakitləşdirici Yaşıl:
Paylaşmanın, əməkdaşlığın, uyğunlaşmanın və səxavətin rəngi olan yaşılın isə sakitləşdirici təsirinə diqqət çəkilir. Yaşıla yaxın bir rəng olan turkuaz da dəyişmənin və çevrilmənin simvoludur. Özünü ifadə etməyə köməkçi olar. Məkanları daha geniş göstərər. Hamam, yataq otaqları və iş otaqlarında da istifadə edilə bilər.Açıq tonları divar üçün uyğundur. Mavi isə barışı, sevgini ifadə edər. Xəyalpərəstlik və həddindən artıq romantiklik yarada bilər. Sakitləşmə, stress atma, dinlənmə məqsədli olan hər yerdə istifadə edilə bilər. Yataq otaqlarında, meditasiya məkanlarında açıq tonları uyğundur. Hərəkətin və işin çox olduğu yerlərdə istifadə edilməməlidir. Tünd tonları tənbəllik və melanxoliya yaradar.

Yaradıcı bənövşəyi:
Zadəganlığı və özünə etibarı təmsil edən bənövşəyi yaradıcılıq və xoşgörüş oyandırar. Bu rəngin eyni zamanda unutqanlıq və səbirsizlik yarada biləcəyi də təyin olunmuşdur. Bənövşəyinin, xüsusilə meditasiya otaqları üçün uyğun bir rəng olduğu açıqlanmışdır. Bu rəngin lavanda, yasəmən və orxideya tonlarının yataq otaqları və iş otaqlarında istifadə edilərək, özünüzə inam duyğunuzu artıra bilərsiniz. Bu rəngin açıq tonlarıyla xəstəxanaların gözləmə otaqları da dekorasiya edilə bilər.

Balanslı ağ:
Ağ enerji sistemini tarazlayar. Yaradıcılıq duyğularını ortaya çıxardar və inkişaf etdirər.Qara, boz və qəhvəyi kimi rənglər isə sıx və ağır bir enerjiyə malikdir. Qara həddindən artıqlıqları tarazlayar ancaq tək rəng olaraq istifadə edilməməlidir. Qəhvəyinin də ictimai tarazlığı və cəmiyyət içində rahatlığı təmin edən bir təsirə sahib olduğu təyin olunmuşdur.

Bəs sizin sevimli rənginiz hansıdır?



Şərhlər:
Baxılıb: 2188
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz