Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir dost...
Bir dost...
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1453
Səs ver:

 

 Tam düşmək üzrəsindir bir uçurumun kənarından, aşağıda çağlayan azğın dalğalara ilişər gözün, yorulmusan tək başına özünü daşımaqdan. Qolların zəifləyər, gücün tükənər.

Artıq yolun sonuna gəldiyini düşünərsən yavaş yavaş, qolların ağrıyar bədəninin ağırlığından. Ya o yapışdığın ağac budağı qopacaq, ya sən yorulub bıraxacaqsan sonunda əllərini.
Ölümü düşünərsən, o suya düşsən nəfəs alıb ala bilməyəcəyini, üzüb üzə bilməyəcəyini düşünərsən. Tam imtina etmək üzrəykən bir dostun səsini eşidərsən, əlini uzadıb saxlayar səni.
Bir gecə yarısıağlarkən için-için, bir dost axtarar səni möcüzə kimi… Bilərsən yuxusunu, işini böldüyünü; daha əhəmiyyətli işləri vardır, daha təcili məsələləri vardır amma o dostunun ehtiyacı olduğunu anlar. Buraxar hər şeyi o uçurumun kənarında əlini tutar.
Bir dost; insanın sahib ola biləcəyin ən qiymətli varlıqdır. Bir dost, bəzən bütün bir ömürün xülasəsidir. Bir dost, başqa heç bir şeyə ehtiyacın olmayacağının göstəricisidir. Əsl sevgilindir gerçək bir dost çünki bir tək ondan imtina edə bilməzsən.
Bəzən yalnız bir təbəssüm üçün, bəzən yalnız günün dedi-qodusu üçün, bəzən dünyada olub bitənlər və bəzən yalnız ürəyində qabıq bağlamış yaralar qanadığı bir dosta ehtiyac duyarsan.
Bir dostun olması, çox zəngin olmağın deməkdir. Mən həyatım boyunca sevdiyim insanlara sərmayə qoydum. Heç pul yığmadım məsələn, evim, avtomobilim, bankda pulum olmadı. Dostlarımla xərclədim qazandığım pulları, onlarla xoşbəxt anlar keçirmək üçün nə varsa ediləcək hamısını etdim. 
Heç peşman deyiləm, bundan sonra da belə etməyə davam edəcəyəm çünki mən dostlarımla zənginim.
Bu qədər il lsonunda tək bir şey öyrəndim: Uçurumun kənarında qolların artıq daşıya bilməzkən özünü, özün belə ağır gəlirkən sənə, ancaq bir dost çəkib ala bilər özünə yüklədiyin bütün ağırlığı və ancaq bir dost acı belə olsa doğrunu göstərər.
Dostlarım mənim zənginliyim. Və mən ömürümün heç bir zamanında kasıb qalmadım. Çox ac qaldığım olmuşdur amma aclığımı da dostlarımla paylaşdım. Ona görə ürəyimdə bu qədər çox yer var və hələ hansı gecə ürəyimdə qanayan bir yara olsa, bir dostum mənim səsimi eşidib axtarar…..
 
Tərcümə etdi: PURE LOVE



Şərhlər:
Baxılıb: 1453
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz