Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt bir yuva üçün...
Xoşbəxt bir yuva üçün...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2090
Səs ver:
Xoşbəxt bir yuva üçün...

Evliliyi təhlükə altında qoyan əsas amillərdən biridə monotonluqdur. Bu, həm qadınlar, həmdə kişilər üçün böyük problemlərin başalnğıcı ola bilər. Ona görə də ayıq olmalı və bu cür problemlər baş qaldırmamış həyatımızı monotonluqdan xilas etməliyik. Təsəvvür edək ki, həyat yoldaşımız hər axşam eyni saatda evə gəlir. Bizdə bildiyimiz kimi qapını gülər üzlə açırıq, yeməyimiz də hazırdır. Bizə görə heç bir problem yoxdu. Problem hardadır bilirsinizmi? Üzərimizdə həmişə eyni paltarlar, eyni saç modeli və təəssüf ki illər boyu davam edən eyni yeməklər. Bundan kim bezməzki?... Məsələn, yenə o qırmızı jaketimi geyinmişəm, Bunu yuyanda isə yaşıl xalatımı geyinəcəyəm. Saçımı illərdir başımın üzərinə yığıram, həm də eyni sancaqla. Süfrədəsə yenə bozbaş var. "Sabahda yəqin ki dolma olacaq” deyə düşünür yoldaşım. Bütün rəngarəngliyimi itirmişəm. Ağ-qara həyat yaşayırıq. Halbuki həyat yoldaşımızın işlədiyi mühit heç də belə deyil.Yolda, marşrutda elə rəngarəng həyat varki... "Nə edə bilərəm, məni qoy məni belə qəbul etsin”- deyə düşünə bilmərik. Çünki bizdə onu olduğu kimi qəbul etmək məcburiyyətində qalarıq. Həyat yoldaşımızdan xüsusi diqqət tələb etdiyimiz kimi, bizdə onun üçün xüsusi şeylər etmək məcburiyyətindəyik! Məsələn, əvvəl qırmızı jaketimizi zibilliyə atmaqla başlaya bilərik. Sonra gedək o yastığın altında qara gün üçün saxladığımız pullara yeni paltarlar alaq. Gələndə də yolumuzu bərbərdən salaq ki, saçımıza gözəl bir model verək. Çox da gecikməyək ki, Oqtay ustanın yemək reseptlərindən cürbəcür yeməklər hazırlaya bilək axşam üçün. Həyat yoldaşımız evə gələndə gözlərinə inanmasın. İnanın, bu yoldaşımıza edə biləcəyimiz ən gözəl surpriz olacaq. Ailədə də yoldaşların bir-birinə sadiq olmaları ancaq belə şeylərlə mümkün ola bilər. Əgər kişi evlənmək istəyirsə, demək ailə səadəti arzusundadır. Gözü kənarda deyil. Ancaq bəzi səhlənkarlıqlarımız kişilərə xoşagəlməz fürsətlər verir. Və ailələr bu kiçik qaydaları unutduqları üçün böyük problemlərlə üzləşirlər. Dünya gözəli olmaq vacib deyil, yetər ki baxımlı olaq. Həyat yoldaşımızın bundan artıq bir şey istəmədiyini görərik. Yəqin ki, siz də qəbul edirsiniz ki, çölə çıxanda bir saat bəəzənən bir qadın evdə həyat yoldaşının qarşısında nimdaş paltarlarla gəzirsə, onun haqında həyat yoldaşı da çox xoş şeylər düşünməyəcək. Şkafda saxladığımız gözəl paltarlarımızı geyinək. Köhnəlsə, ləkələnsə təzəsini alarıq. PUL QARA GÜNLƏRƏ SAXLAMAQ ÜÇÜN DEYİL, YAXŞI GÜNLƏRDƏ XƏRCLƏMƏK ÜÇÜNDÜR. Həyat yoldaşımız bizə pul xərcləməyəcəksə, kimə xərcləyəcək? BİR AZ RƏNGARƏNGLİK QATAQ EVLİLİYİMİZƏ, HƏYATIMIZ RÖVNƏQLİNSİN... (ardı var...)


Şərhlər:
Baxılıb: 2090
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz