Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir oğlan və bir qız... Qadın dünyası
Bir oğlan və bir qız... 	Qadın dünyası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1992
Səs ver:
Bir oğlan və bir qız... Qadın dünyası

Insan üçün bacı-qardaş ən qiymətli varlıqlardır. Uşaqlarına ev tikməmiş öldüyü üçün dünyadan gözü açıq gedən valideynləri görməyə adət etmişik artıq. Çünki bütün ehtiyaclarımızı maddi şeylərlə ölçürük...
Mən həmişə köhnələrin köhnəlməyən fikirlərinə hörmətlə yanaşmışam. Köhnələr demişkən, mal nədir ki bu gün var, sabah yoxdur! Bu gün böyük – böyük evlərdə yaşayan, ancaq dərdini danışmağa qardaş-bacısı olmadığı üçün gedib psixoloqlara ətək-ətək pul tökən insanlar var dünyamızda.
"Bir oğlan, bir qız bəsdir” deyən adamdan soruşsanız ki, ailədən neçə uşaq olmusunuz? Deyəcək, 9-10. Elə isə çoxuşaqlı olmaq yaxşı deyilmi? Deyəcək ki, əlbəttə yaxşıdır. Soruşsanız elə isə siz öz oğlunuzu qardaşsız, qızınızı bacısız qoyursunuz? Deyəcək ki, "indi zəmanə pisdir. Uşaq istəyir yaxşı yesin, yaxşı geyinsin.Hələ bunun qıza cehiz almağı var, oğlana ev almağı var. İmkan yoxdur axı...” Elə bu düşüncə ilə də uşaqlarımızın gələcəyini "tənhalaşdırmaqdan” çəkinmirik.
Fədakar nənələrimizin o çətin zamanlarda nə uşaq bezinin, nə də paltaryuyan maşının olmadığı dövrlərdə böyütdüyü 9-10 uşaq hesabına bu gün bu qədər qohum-əqrəbamız var. Şəxsən mənim 5 bibim, 2 xalam, dayım və əmim var. Əminəm ki, sizdə qohum əqrəbalarınız çoxluğu ilə az fəxr etmiriniz. Elə isə indinin "tənha uşaqları” sabah bir şad məclisə neçə dəvətnamə yazacaqlar? Bir kədərləri olanda neçə adam döyəcək qapılarını? YENİ NƏSLİN XALASI DA, ƏMİSİ DƏ HEÇ OLMAYAQ DEYƏSƏN BU GEDİŞLƏ...
"Eh indidən bunları fikirləşib özümü yormayım, o vaxta kim ölə, kim qala” deyirsiniz bəlkə də. Elə isə məsələyə başqa tərəfdən nəzər salaq: İnsanlar uşaqlarının sayını azaltmağa başlayanda "bir oğlum, bir qızım olsun, yetər” deyirlər. Bunun üçün də nə qədər cana qəsd edirlər. Halbuki, bir uşaq öldürməyin "məsum bir səbəbi” və ya "məsum bir bəhanəsi” ola bilərmi? O körpənin hələ dünyaya gəlməməsi onun yaşamaması demək deyil ki!? Ağacdakı çiçək meyvə deyilmi? Əgər gələn – keçən onu qoparmasa, badam və ya üzüm olmayacaqmı? Son vaxtlar öz övladlarını öz istəkləri ilə öldürənlərin haqlı səbəbləri nədir bilirsinizmi: bir oğlum və bir qızım var bəsdir, vəssalam. Aman Allahım, bir övlad həsrətilə xəstəxanalrı gəzən insanlarla öz övladlarının canına qəsd edən insanlar arasında bu nə dəhşətli müqayisədir...
Gəlin, əlimizdəki nemətin qədrini bilək. Allaha şükür elə bir indi yoxsulluqda yoxdur. Bizim yoxsulluq dediyimiz şey acgözlülüyümüzdən başqa bir şey deyil. Hamı əlindəki imkanların qədrini bilsə, şikayəti bir tərəfə qoyub ətrafındakı nemətlərə bir dəfə də olsa şükür etsə, görəcəyik ki, dünya necədə gözəldir. Hər ailə qənaət sahibi olsa, başqalarına həsəd aparmağı bir tərəfə qoyub öz qayğıları ilə məşğul olsa, inanın nə qızımız bacısız, nə oğlumuz qardaşsız qalar. ƏLİNİ VİCDANINA QOYAN HƏR BİR İNSAN ÇOX YAXŞI BİLİR Kİ, İKİ ÖVLADIN BÖYÜDÜYÜ EVDƏ ÜÇÜNCÜ DƏ BÖYÜYƏ BİLƏR. TƏBİİ Kİ, BÜLLUR QAB, SON MODEL MEBEL, PƏRDƏ, XALÇA DƏRDİMİZ OLMASA... (Sümeyra İrmağa sonsuz təşəkkürlər...)


Şərhlər:
Baxılıb: 1992
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz