Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Ehtiras dağıdıcı qüvvədir...”
“Ehtiras dağıdıcı qüvvədir...”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7193
Səs ver:

 

 Xəyanət. Bəziləri üçün tamamilə yad bir anlayış, bəziləri üçün isə işgəncəyə çevrilmiş bir mövhumdur. Bəs insanları xəyanətə sövq edən nədir? Əsrlər, məhəbbət əfsanələri bir-birini əvəzləsə də bu mövzu yenə də öz aktuallığını itirmir. Xəyanət və xəyanət edən insanların psixologiyası ilə bağlı hesabsız sayda kitablar yazılsa da, bu mövzu hələ də tam təhlil edilməmişdir. Bir ailəli qadının yad kişinin yatağına atılmasını təsəvvür etdikdə belə dəhşətə gəlirik, amma belə halların olmsaını inkar etmək mümkündürmü? Xəyanətin qurbanına çevrilən ər isə özünü alçalmış hiss edir, cavabsız suallar onun aqressivləşməsinə və sonda mənəvi şəkildə özünü məhv etməsinə səbəb olur...

Mən iki insan həyatını məhv etdiyimi unutmaq üçün bu məktubu yazıram. Unutmaq istədiklərimi yazıb,yandırıram...
Konfransların birində mən mülayim görünüşlü bir gənc qız ilə tanış oldum. İti ağlı ilə fərqlənən qadınlar hər zaman diqqətimi cəlb edirdi. Psixologiya ilə maraqlanması isə mənim ona olan marağımı daha da artırdı. Cazibədar bir qadın, dəlisov qadın ətri... Gündəlik fəlsəfi söhbətlər bizim ikimizi də əyləndirirdi. Azad münasibətlər hər ikimizi qane edirdi. Günlər keçdikcə bizi əhatə edən intimual aura gərginləşirdi, bunu hər ikimiz anlayırdıq, qarşımızdakı yeganə sərhəd bizi əhatə edən insanlar idi. Bu sərhəddi də dəf etdik. Restoranlar mehmanxanalar ilə, fəlsəfi söhbətlər isə "Sən məni dəli edirsən”, "Sənsiz yaşaya bilmərəm”, "Sən mənim ehtirasımsan” sözləri ilə əvəz olunurdu. Mən onu sevdim, onu öz yatağımda sevdim...
Gecələrin birində o embrion pozasında uzanıb, dizlərini sinəsini çəkmişdi.Məzlum və çarəsiz görünürdü.
-Nə olub?
-Mən sənə yalan demişəm.
-Bəlkə yalan deməmisən, sadəcə həqiqəti deməyi unutmusan? 
-Unutmuşam, evli qadın olduğumu unutmuşam. Mən alçaq bir qadınam. Hər gün onu qapıdan işə yola salıb, sənin yatağına dönürəm, hər növbəti gün onun gözlərinə baxaraq xəyanət edib, yalan deyirəm, uşaqlarımın atasına yalan deyirəm...
Göz yaşları. Onun göz yaşlarını ilk dəfə idi ki, görürdüm. Məncə o, peşman olduğuna görə deyil, əslində bu yataqdan ayrılmaq istəmədiyinə görə göz yaşları tökürdü. Amma bu yataq artıq məni ona bağlamırdı. Yataq sevgisi müvəqqətidir. Yollarımızın ayrılacağını bilirdi, ondan aldığım həzz artıq mənə kifayət etmişdi.
Bir müddətdən sonra ondan bir məktub aldım. Məktubdan həyat yoldaşından ayrıldığını və onun əyyaşa döndüyünü öyrəndim ... Məktubunda unuda bilmədiyim yeganə sözlər: "Mən ərimə ayrılmaq istədiyimi, söyləmək qərarına gədiyim günün səhəri o, intihar etdi. Qərarımı söyləməmişdim, amma o, bilirdi, xəyanət etdiyimi anlamışdı, axı neçə illər bir yatağa baş qoyduğun insandan nə isə gizlətmək mümkün olmur. Ölümündən əvvəl vərəqdə 4 söz yazmışdı: "Övladlarımı öpdüyün kirli dodaqlarına nifrət edirəm." Amma, peşman deyiləm, çünki səninlə yaşadıqlarım həyatımda ən gözəl anlar idi”.
Mənim məktubumdakı son sözləri isə belədir "Mən də peşman deyiləm, çünki mənim üçün də yaşadıqlarımız, həyatımdakı ən xoşbəxt anlar idi...”

 



Şərhlər:
Baxılıb: 7193
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz