Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat sən kimsən?
Həyat  sən kimsən?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1770
Səs ver:

 Həyat  sən kimsən?

  Səbəbsiz yerə özünü sevmək və özünlə barışıq olmaq, sevginin səbəb və şərtlərə bağlandığı bir dünyada çox qəribə bir şeymiş kimi qəbul edilə bilər.

Sevgiyə layiq olmaq və onu haqq etmək üçün yerinə yetirilməsi və olması "lazım olanların" siyahısı şüurumuzun dərinliklərinə qazıntınmış vəziyyətdə. Dərinlərdə bir yerlərdə özümüzü sevmir, qeyri-kafi və çarəsiz hiss edirik. Ehtiyacımız olan sevgi ilə tamamlanma duyğusu insanları   müxtəlif yollarla bu əskikliyi doldurulub uğrunda, sonu yenə kəsirlə bitən və yenə əskiklikdən yola çıxılan hər cür təcrübələrə sürüyür.Gündəlik həyatımızda bir çox yollardan, doğru və səhvlərə dair minlərlə inanc qəlibinin içimizə işləməsi çox asan ola bilir. Bütün bunlar məhdud varlıqlar olduğumuza inanmamızı və doğuşdan sahib olduğumuz yaratıcılığımızı və azadlığımızı unutmamızı təmin edən layları daha da gücləndirir.
Bizlərə başqalarını sevməyimizi, şəfqət göstərməyi və onlara hörmət göstərməyi  öyrədir. Cəmiyyət tərəfindən yaradılmış rollara uyğun hərəkət etməmiz və çox sayda gözləntiyə cavab verməmiz öyrədilir. Bu səbəbdən özümüzü heç istəmədiyimiz rolları oynamaq məcburiyyətində hiss edirik və seçdiyimiz kimi bir həyatı yaşamaq mümkün ola bilmir. Belə bir həyat hər keçən gün bizi kim olduğumuzdan uzaqlaşdırır. Özünü dəyərsiz, məhdud hiss edən, bədbəxt və depresif hiss edən insanlara dönürük. Hər səhər oyandığımızda hazır bir menyu, heç istəmədiyimiz amma etmək məcburiyyətində olduğumuza inandığımız şeylərlə dolu bir həyat gözləyir sanki. Bütün bunları edərək, özümüzü sevməkdən bir az daha çıxırıq.

 Üst üstə yığılmış olan bütün bu təcrübələrin sıx duyğu yükləri və xəyal qırıqlıqları, doyumu çöldə axtarmaqdan yorulmuş insanları, bunun səbəblərini bilməyə və həyatı daha fərqli bir şəkildə həyatı yaşamağa istiqamətləndirilir.

Bir an üçün durun və ətrafınıza baxın.
Yaxınlarınız, qohumlarınız, içində olduğunuz cəmiyyət və bütün insanlıq sevgiyə çatmaq və ya sevgisizlik səbəbiylə nələr yaşayır?
Bir baxın, sevgi deyə adlandırılan şey necə də müxtəlif mənalara, şərtlərə və gözləmələrə bürünmüş haldadır.
Sevgi deyilən şey ilə birlikdə gələcək həyatını nece təsəvvür edir?
Bəs siz?
Onu bir əlaqədə mi axtarırsınız?

 Ehtirasınızı kəşf etdiyiniz, yaxşı bir işə, yaxşı bir gəlirə, gözəl bir evə sahib olduğunuz zaman mı bu təmin olma halını yaşayacaqsınız?

Xarizmatik, cazibədar, zəngin, çox kilolardan xilas olmuş, şən, müsbət və "doğru" bir insan halına gəldiyiniz zaman mı?
Bu şablona uymadığınız üçün özünüzü mühakimə etməkdən bilərsinizmi?
Sevilmə olma dərdindəmisiniz, yoxsa əvvəl sizin sevməniz lazım olduğunu mi düşünürsünüz?Sevgidən gözlədikləriniz var mı?
Sevgini almağa və verməyə layiq ola bilməniz üçün, sizdə yoluna qoyulması, düzəldilməsi lazım olan bir şeylərin olduğuna inanırsınız?
Özünüzü bu an tam da olduğunuz halınızla, şərtsiz şərtsiz qəbul edə bilmək, özünüzdən özünüzə verəcəyiniz sevginin girəcəyi qapını açan açardır. Özünü sevmək sizi, çöldə axtarmış və axtarmaqda olduğunuz duyğu qırıntılarından, gözləmələrdən və bağlılıqlardan azadlaşdırar.
Özünə güvən, şüurda genişləməyə, dinclik və işıqlanma halları özünüzü sevməyinizin, "nəticələri" olaraq həyatınızda ortaya çıxarlar. Özünü sevməyən insan üçün heç bir şey tam mənasıyla doyurucu deyil. Özünü sevməyən insan, özündən bəslənə bilmədiyi üçündür ki, davamlı çöldən doyum axtarar.
İnsanın özünü sevməkdən yanacağını alan bir həyatda,ilk növbədə tarazlıq hakimdir. Çöldən bəslənmə ehtiyacı yoxdur, yalnız ruhun sevinci və ehtirası vardır.Həyatda ruh və insan parçası birləşmişdir vəetdiyimiz seçimlər bu birleşmişlikdən gəlir. Həyatınızda heç kim olmasa belə ruhun həqiqi sevinci ilə özünüzü sevməyi və yaşamağı bacarın.
 
Tərcümə etdi:Sadəcə Mən
Redakte etdi: PRETTY_GİRL


Şərhlər:
Baxılıb: 1770
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz