Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın və Sevgi.
Qadın və Sevgi.
Göndərən: ayshen
Şərhlər:
Baxılıb: 3072
Səs ver:

 Qadın və Sevgi..( Bir kişinin qələmindən)

 

Qadın və Sevgi.

   Gülləri yaşadan torpaq, su, günəş və Sevgidir. Heç diqqət etdinizmi bilmirəm, amma çiçəklərə sadəcə günəş, torpaq və su yetmir. Onları böyütmək üçün sevginizi də verməlisiniz. Qaş-qabaqlı, qəmgin, hirsli bir bağbanın əlindən ətrafına təbəssüm saçan bir bağça gözləyə bilməzsiniz. Qadınlar da bu halları ilə güllərə bənzəyərlər. Onları da gözəlləşdirən, böyüdən tək şey Sevgidir. Bir çiçək necə solarsa, sevgisiz qalan Qadın ürəyi də beləcə solar. Hətta ölər. 

 

Qadın və Sevgi.

Bilirsinizmi?  İnci, qızıl hətta istənilən ləl-cəvahirat belə,bu qədər dəyərli olmasını qadınlara borcludur. Bir düşünün... bir qadının barmağında daşıdığı bir daş üzük nə qədər də qürurludur,ehtişamlıdır. Bilməyənlər bu ehtişamı, dəyəri o daş-qaşlara bağlayır. Bax, ən böyük səhv də budur..  əslində isə əsil dəyər o barmaqlardır. Bəsit bir halqa kimi görünən bu üzük ,ancaq qadında özünü tamamlayır.

Qadın və Sevgi.

 

 

Qadın günəş kimidir. O , doğunca qaranlıqda qalan bütün varlıqlar ortaya çıxar. Əgər qadının bu işıqlı tərəfi olmasaydı, bütün kişilər qaranlıqda qalardı..

Qadın və Sevgi.

Qadın ayna kimidir, əgər o olmasaydı, heç bir kişi gərçək üzünü görə bilməzdi.  Böyük əsərlər,şerlər ancaq qadın hünəri ilə yazılmışdır və bu əsərlər belə onun  eşq gücüylə yaradılmışdır. Belə olmasaydı, heç kimin bunları edəcək qədər səbri olmazdı. Nəinki, qadının dirisinə əsərlər yazmağı, hətta ölüsünə belə əsərlər yaradılmışdır. Taç Mahal ki, dünyanın yeddi möcüzəsindən biridir. O da ancaq bir qadına məzar olaraq inşa edilmişdir. Bir qadın üçün məzar olaraq inşa edilən əsər belə dünyanın yeddi möcüzəsindən biri ola bilirsə, edilməyənləri artıq siz düşünün. Qadın əlinin dəymədiyi hər şey  xam bir varlıqdan ibarətdir. Varlıqlar onunla dəyər qazanır..Sevgi belə xamlıqdan onun sayəsinde həyat tapır.

Qadın və Sevgi.

Onun baxışları könlümüzdəki xəzinələri açığa çıxarır. Qaşları həyat yolumuz olmuşdur. Kirpikləri ürəyimizə saplanan bir ox kimidir. Bu səbəbdəndir ki, ona qalxan əllər əslinda dünyanın ən dəyərli varlıqlarına vurulan zərbədir. Onu incidən dil ən talehsiz kəlimələri söyləmişdir.

Qadın və Sevgi.

Mənə bir qadının ağlaması qədər acı verən və bir qadının gülməsi qədər sevinc verən  başqa bir duyğu yoxdur. Qadına sevgisini itirən bir ürəyin varlığıyla öyünəcəyi başqa bir duyğusu ola bilməz..

Bəli.. Qadın sevgiylə böyüyər və yaşayar..... Unutmamaq lazımdır ki, qadının ölümü Sevgisizlikdəndir.....

 P.s.. Yazının müəllifi: Ahmet Seven

Redakte etdi:
PRETTY_GİRL
 

 

 



Şərhlər:
Baxılıb: 3072
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz