Qadınlar.biz
Maraqlı
03 yanvar 2013
5420
7

Gözəl görünməyin sirri nədir? ( Müzakirə)

Gözəl görünməyin sirri nədir? ( Müzakirə)

 

Gözəl görünməyin sirri nədir? ( Müzakirə)

 Bu gün şəhərdə gəzərkən yüzlərlə bir-birindən gözəl xanımlar görürük. Onların geyimi, yerişləri, danışıqları, özlərini aparmaq qabiliyyəti fərqlənir. İşvəsi, nazı və gözəllikləri ilə seçilən xanımlar xüsusi ilə diqqəti cəlb edirlər. Belə xanımların isə əksər hallarda 15-18 yaşı olur. Bəli! Bu gün arxadan baxarkən 24-25 yaşlı gənc bir xanım kimi geyinən, dikdaban ayaqqabı üzərində özünə güvənlə addımlayan xanımlarımız əslində 15-16 yaşlı məktəblilərdir. Yaxud da ki, universitetin birinci kursuna qəbul olan, lakin şənliklə dərsi səhv salan qızlarımızdır. Bu yaşda rahat bir geyimlə dərsə getmək və yaşına uyğun istiqamətlərə yönəlmək əvəzinə fikirlər yalnız bir istiqamətə cəmlənir: kosmetika, parfümeriya, geyim və aksesuar, dikdaban ayaqqabılar, gözəllik salonları və s. bir sözlə, kimlərinsə diqqətini cəlb etmək. Hətta elə gənc qızlarımız da var ki, tariximizdən, ədəbiyyatımızdan anlayışı olmamasına baxmayaraq, Chanel, Hermes, Christian Dior, Ferragamo, Versace, Giorgio Armani, Dolce&Gabbana, Ermenegildo Zegna, Givenchy, Sisley, Zara və s bu kimi digər brendləri əla tanıyır, hətta tarixini də bilirlər. Psixoloqlarin fikrincə gənclər yaşlarından daha böyük görsənməklə bir növ özünü təsdiq etdiyini və artıq müstəqil insan ola biləcəyini sübut etməyə çalışırlar. Adətən yeniyetmə qızlar düşünürlər ki, onlardan daha böyük yaş dövründə olan qızlar daha sərbəstdirlər və daha çox şey əldə ediblər. Qısa müddətdə davranışlarını, geyimini, nitqlərini dəyişirlər və onlarda böyümə həvəsi çox güclü olur. Bunun bir sıra mənfi cəhətləri var: yaşlarına uyğun olmayan davranış forması, əks cinsə maraq, erkən yaşda cinsi oyanmalar və s. Dünya görüşünün inkişafı, informasiya mübadiləsi, özlərindən yaşca böyüklərlə münasibət yeniyetmələrdə bu prosesi daha da sürətləndirir. Buna görə də valideynlər öz uşaqlarının yaşıdları ilə ünsiyyətinə şərait yaratmalıdırlar. Nə onlardan yaşca böyük, nə də yaşca kiçik. Bundan əlavə KİV-in də böyük təsiri var. Bu gün yeni bir müğənni çıxırsa, sabah yeniyetmə özünü ona oxşadacaq. Belə ki, bu yaş dövründə olarkən valideyn daha diqqətli olmalıdır və KİV-də bu sahədə təbliğat işləri aparılmalıdır. 

P.S:Bəs sizcə görəsən, bu yaşda olan gənclərimiz nə düşünür ki, belə hərəkətlər edirlər? Maraq niyə ancaq bu istiqamətdədir? Düzgün tərbiyə verilmirmi?

 

 

Şərh yaz
Şərhlər