Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakirəliyə ironik yanaşanlara
Bakirəliyə ironik yanaşanlara
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3199
Səs ver:

 
İzolda Ağayeva

 

Bu yazını yazmağıma səbəb "Kultura.Az" saytında Azərbayacan qızlarının bakirəliklərinə xüsusi önəm vermələrindən bəhs edən son yazı oldu. Bəri başdan deyim ki, bu, heç də isterik münasibət filan deyil. Sadəcə allternativ fikirdir. Ümumiyyətlə, bakirəliklə  bağlı bəzi  kişi yazarlarımız, ictimai sektorda aktiv olan gənc oğlanlarımız həm yazılarında, həm də sosial şəbəkə səhifələrindəki statuslarında tez-tez müxtəlif fikirlər səsləndirirlər. Və  bütün bu fikirlərin əksəriyyətində Azərbaycan qızılarının bakirəliklərinə həddən ziyadə qiymət verməsinə ironik münasibət sezilir.

Guya bu kişilər Avropa meyarları ilə düşünürlər, istənilən yeniliyə açıqdırlar və s. Hətta vəziyyət o yerə gəlib çatıb və həmin  bu kişilər siz demə,  o qədər  qabağa gediblər ki, əgər qarşılarına bəlli bir yaşın üzərində bakirə qız çıxsa, onlar ona toxunmayıb "yox, gör, sən necə qızsan ki, sənə indiyə kimi heç bir kişi yaxın getməyib" deyəcəklər. Yəni, guya bəzi Azərbaycan kişiləri inkişafda  bu səviyyəyə qədər irəli gediblər. Bu tip yazıları oxuyanda, mənə elə gəlir ki, bəzi kişilərimiz bu yazdıqlarına oxucu ilə yanaşı, özlərini də inandırmaq istəyirlər.

Yəni yazını  yaza-yaza öz-özlərinə deyirlər "hə də, düz yazıram, əslində belə olmalıdı, filan xarici dostum necə demişdi, onlarda elədir,  gərək, biz də belə düşünək". Yəni adamlar inanmaq istədikləri şeylərdən, olmaq istədikləri kişilərdən yazırlar. Azərbaycan reallığı isə, təmamilə başqadır.  Əgər qızlarımızın bakirəliyi  3-4 müasir düşüncəli kişiləri  narahat edirsə, bu, hələ bütöv Azərbaycan demək deyil. Bəli, siz haqlısınız, Azərbaycan qızı bakirəliyinə tapınır. Azərbayacan qızı üçün ən dəyərli məhfum onun bakirəliyidir. Amma siz kişilər buna ironik yanaşmaq əvəzinə, əslində onları buna vadar  edən səbəblərə baxmalısınız. Əgər bu gün qızlarımız bakirəliklərinə özlərinin ən dəyərli varlıqları kimi baxırlarsa, bunu itirməyi dünyanın sonu kimi qəbul edirlərsə, bunun günahı heç də onlarda deyil. Bunun günahı  məhz, elə siz  kişilərdə, sizin ata-babalarınızdadır. Hansı tərəfdən baxsaq, bunun günahı siz kişilərdədir.  Məgər, sabah bakirəliyini itirməkdən qorxmamağa səslədiyiniz o qızlar bakirəliyini itirəndə, bunu bilib, onların başını kəsən, onları evdən qovan, üzərilərinə  "fahişə" damğası vuran ata, qardaş, əmi, dayı da Azərbaycan kişisi- sizin həmcinsiniz olmayacaq?

Siz Avropa dəyərlərini rəhbər tutub, azad intimdən, intimual inqilabdan uzun-uzun yazılar yaza bilərsiniz, amma bunu real həyatınızda tətbiq etmirsinizsə, bu, saxtakarlıqdan başqa bir şey deyil. Azərbaycanda öz nişanlısı ilə intim münasibətdə olub, sonra ona "Sən yaxşı qız olsaydın, bakirəliyini toyumuz omayınca mənə belə, verməzdin" deyib, o qızdan ayrılan da sizin gerizəkalı həmcinslərinizdir bəylər!  Bu üzdən də ironiya obyektinizi seçərkən, bir az diqqətli olun. Doğrudur, Avropada insanlar azad intim həyatı yaşayırlar. Amma sonunda bundan  əziyyət çəkən qadın olmur. Avropada qızlar bakirəliyini önəmsəmir. Çünki orada cəmiyyət bunu önəmsəmir. Ailələr önəmsəmir, ən başlıcası KİŞİLƏR önəmsəmir. Orada qız sevdiyi adamla intim münasibətdə ola və sabah hər hansı bir səbəbdən həmin sevgilisindən ayrılıb, bir müddət keçəndən sonra başqa bir sevgili ilə tanış ola və onunla da eyni şeyləri yaşaya bilir.

Və əgər bir müddətdən sonra, o qız özünü evliliyə hazır hiss edirsə, keçmişində baş verənlərdən zərrə qədər də narahatlıq yaşamadan, həyatındakı  real sevgilisi ilə evlənə də bilir. Çünki o qızın ətrafındakı bütün kişilər -atası, qardaşı, əmisi, dayısı, əmisioğlu, xalasıoğlu, keçmiş sevgilisi,indiki sevgilisi, indiki sevgilisinin atası, qardaşı, dostları, bir sözlə, bütün cəmiyyət buna normal baxır. Bizdə nə baş verir? Hə, bizdə əsas problemlərdən biri  də burada yaranır. Bakirəliyini itirən qız, kişilərimizi sevgili kimi qane edir. Gəzsinlər, tozsunlar, müxtəlif partilərə filan aparsınlar, sosial şəbəkələrdə o qızı sevdiklərini bar-bar bağırsınlar. Ya dostlarının, ya da öz evlərində intim həyatlarını da yaşasınlar.

Amma...

Amma birdən bu qız, bir gün "çaşıb" sevdiyi oğlana "mən artıq ailə istəyirəm, uşağımız olmasını istəyirəm" desə, onda o "müasir düşüncəli" kişilərimizin bir çoxunun əsl siması açılır. Ya onlar o qıza " ərə getmək stəyirsənsə, deməli, Tükəzbansan" deyirlər, ya da ki, "bilirsən, sənin keçmişin barədə mənim dostlarım biliblər və onlar bunu mənim anama deyiblər. Anam da deyir ki, əgər sən o qızla evlənsən, özümü öldürərəm" deyirlər.  Bunların hamısı Azərbaycan reallığında yaşanmış şeylərdir

Bu ölkənin azadfikirli kişiləri var ki, məhz evlilik anında analarının narazılığını deyib, sevgililərindən ayrılıblar. Azərbaycanda bakirəliyi itmiş qız nəinki ərə getmək üçün, ümumiyyətlə, sakit həyat yaşaya bilmək üçün ən az yuxarıda avropalı qız üçün sadaladığım qədər kişiyə özünün fahişə(dırnaqsız) olmadığını sübut etmək məcburiyyətində qalır. Azərbaycan qızının bakirəliyə tapınmasının səbəbləri çoxdur, lap çox və onu bir yazıda ifadə etmək mümkün deyil. Amma bir şey aydındır ki, bütün bu səbəblərin hamısının kökü Azərbaycan kişisinə bağlıdır. Yəni günahkar birbaşa Azərbaycan kişisidir.

Siz Azərbaycan reallığında sevdiyi qadının eks-sevgilisi (və ya sevgililəri ilə) ilə intim münasibətdə olduğunu bilib də, bunu həm özünə, həm dostlarına, həm cəmiyyətə, həm də ailəsinə, həzm etdirə bilən, onu hər kəsə qürürla sevdiyi qadın kimi təqdim etməyi bacaran neçə kişi saya bilərsiniz? Çox az olarsınız bəylər! Bunu bacara bilən 5-6 kişi varsa, bu, hələ hər şey demək deyil. Reallıq budur ki, siz öz təfəkkürünüzdə bunu həzm etməmiş, qızlarımızın bakirəliyə tapınmasına ironik yanaşırsız.  Amma unudursunuz ki,  buna hazır cəmiyyət olmadıqdan sonra, bu tip yanaşmaya sizin mənəvi haqqınız yoxdur. Əgər bu problem sizi belə narahat edirsə, onda, bir zəhmət o qızlar üçün bakirəliklərini itirdikdən və azad intim həyatı yaşadıqdan sonra, onların rahatlıqlarını, sakit, normal həyat yaşamlarını və hətta istədiklərində ailə də qura biləcəklərini (və gələcək ərlərinin keçmişlərini onların başına vurmayacaqları) təmin edəcək bir cəmiyyət formalaşdırın. Əgər bizim qızların da Avropa dəyərlərinə önəm verib, bakirəlikdən  imtina etmələrini istəyirsinizsə,  onda bir zəhmət, yazılarınızı buna hazır toplum, kişilər, ailələr hazırlamağa hesablayın. Çünki əks halda, verdiyiniz mesajlarla bakirələri "fahişələrə" və qurbanlara  çevirməkdən başqa bir şey əldə etmirsiniz.

Mənbə: Kulis

 



Şərhlər:
Baxılıb: 3199
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz