Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arvad ərinin cibindən pul götürə bilərmi? [Müzakirə]
Arvad ərinin cibindən pul götürə bilərmi? [Müzakirə]
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2600
Səs ver:

Sual bu. Ancaq bu sual səhv yerə soruşulur kimi gəldi mənə. Çünki bu sual, mənə deyil də pul cibindən çıxacaq kimsəyə sorulmalıydı.
- Bəy, zaman zaman ehtiyac olur, xəbərsiz pul almaq vəziyyətində qalıram. Nə deyirsən, ala bilərəmmi? Yoxsa mütləq sənə xəbər vermək məcburiyyətindəyəmmi? İcazə verirsənmi arada sırada pul almağa?
Baxaq pul cibindən çıxacaq şəxs nə deyəcək, necə bir cavab olacaq? Əgər anlayışlı davranarsa:
- Xanım, bizim aramızda ayrı-seçkilikmi olur? Pulumuz olduqdan sonra icazəli də ala bilərsən, icazəsiz də! Necə olsa aldığını evin ehtiyacına xərcləyəcək, uşaqların əskiyini tamamlayacaksan ...
Əgər bəy belə desə, nə olar?
- Xeyr ala bilməzsən, deyəcək, yaxud da, ala bilərsən, deyə bəyin kisəsindən comərdlik edəcək.
Məncə məsələnin əsası budur: Bəyin icazə verib verməməsi.
Aydın olan odur ki, bəy razı olsa alına bilər, olmazsa alına bilməz.
Burada bir məsələyə də işarə edək istəsəniz.
Bəy, evin ehtiyaclarını qarşılamaqla onsuz da mükəlləfdir.
Nə var ki evin bəyi evi dolandırma öhdəliyini yerinə yetirməkdə məsuliyyətsiz davranır, zaman zaman cibində imkanı olduğu halda bu mükəlləfiyyətini yerinə gətirmir xanım, bir az da məcbur edərək cibindən xəbərsiz pul alır, bəyin qarşılamağa məcbur olduğu ehtiyacları belə qarşılıyırsa; bunda bir məsuliyyət söz mövzusu ola bilməz. Çünki bunda bəyin etməyə məcbur olub da laqeyd etdiyi xərcləməyi etdirmək, bir baxıma mükəlləfiyyətini ancaq belə yerinə gətirtmək vardır.
Təbii bu, ideal olanı deyil. Arzu edilən odur ki, nə xanım belə bir məcbur etməyə ehtiyac duysun, nə də bəy bunu eşitdirəcək bir laqeydlik və anlayışsızlığa düşsün.
Bəlkə olması lazım gələn; bəyin, ehtiyacları vaxtında bilməsi, istəməyə belə zaman qalmadan lazım olan miqdarı təqdim etməsidir.
Burada nəzərə alınacaq bir xüsus da, xərcləməyi edən xanımı anlayışıdır. Bəzi xanımlar ətraflarında israflı bir həyatı əsas alan qonşuları nümunə alır, gərəksiz şeyləri də ehtiyac halına gətirib pul yetişdirməz hala belə gələ bilirlər. Halbuki hər kəsin ehtiyac anlayışı imkanına görə olar. Hər kəs ayağını öz yorğanına görə uzadar. Buna məcburdur da.
İsraflı xərcləməyə alışanlar nümunə almaq, imkan baxımından özündən aşağıda olanlar nümunə alınmalı, onlara görə çox yaxşı vəziyyətdə olduğu düşünülərək həyatından dinclik eşidib məmnun olmalıdır. 

Bəs siz bu barədə nə düşünürsüz?



Şərhlər:
Baxılıb: 2600
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz