Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Jurnalist qizla limon satan qadinin sohbeti
Jurnalist qizla limon satan qadinin sohbeti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3363
Səs ver:
Jurnalist qizla limon satan qadinin sohbeti

Jurnalist qizla limon satan qadinin sohbeti

- Seltenet xanım, haralısınız?
- (Diksinir ve cenub lehcesinde
cavab verir) Bıy, xanım neydi
sen Allah? Astaralıyam, qıza.
- Size bir sual versem, xetrinize
deymez?
- Niye deyir ki?! Nece ildi
buradan kecenlerden ele seyler
esitmisem ki! İndi senin kimi
nermenazik qızın sozu xetrime
deyecek?
- Siz niye limon satırsınız?
- Qıza, be neyniyim?
- Ne bilim. Hec ne elemeyin. Niye
usaqlarınız sizi dolandırmır?
- Uc dene qızım var. Hamısı
Astarada erdedi. Qayınana,
qayınata yanındadı. Gedim,
hansının yerini soyuq eleyim?
Erinin-zadının yanında niye
gozukolgeli olsunlar? Ele
limonumu satıram da...
- Seltenet xanım, lap evvelden
her sheyi danısha bilersiniz?
- Ne teher yeni, lap evvelden?
- Deyirem yeni, lap cavanlıqdan
bu yana heyatınızı nagıl
eleyersiniz?
- Eleyerem, e, amma senin
neyine lazımdı menim heyatım?
(doluxsunur) Menim heyatım
kimin neyine lazımdı?
- Ne bilim. Mene maraqlıdı. Nece
oldu ki, bax elinize sebet alıb,
paytaxtda limon satmalı
oldunuz?
Elinden buraxmadıgı uc limonla
yanandakı sebetin yanına chokur.
Gozu hele de gelib-kecenlerdedi.
Her yoldan oten adama
potensial alıcı kimi baxır. Amma
sohbetden de qalmır:
- 17-18 yasım olanda ele
Astaradan Qasım adlı bir oglana
ere getdim. Zirek qız idim.
Basıma dord qatlanmıs eski
qoyub, elli kiloluq un, lobya
kiselerini ele rahat dasıyırdım,
deyerdin kisi xeylagıyam.
Amma nolsun? Erimin ailesinin
gozunde menim zirekliyim hec ne idi. Men hele hec vaxt ele
qeddar adamlar gormemisem.
Qaynanam lap mene zulm
eleyirdi. Qasıma qohumlarından
kimise almaq isteyirmish, o da
gelib, meni almısdı deye, zehlesi
gedirdi menden. Gormeye gozu
yox idi. Yediyim coreyi de cox
gorurdu. Evde ixtiyarım yox idi
ki, tekneden corek goturum,
hele qalan seyleri demirem.
Hamile qalmısdım. Ureyim
soraba isteyirdi. Evde balonlar
doluydu sorabaynan.
Qayınanama yalvarırdım ki,
birce tike soraba versin.
Dodagım yeddi yerden
catlamısdı tursudan otru.
Vermedi.. Men yemeyim deye,
 nece ay balonları acmadı. Ev
ehlini de tamarzı qoydu. Axırda
balonları acıb, zibil vedresine
bosaltdı. Mene dedi: Ureyin
soraba isteyir, get, zibil
vedresinden gotur ye.
Yeriyimin pis vaxtı idi.
İnanırsan, qızım, getdim,
sorabanı zibil vedresinden
goturdum, yedim
...(Sarıshın bir qadın yaxınlasıb,
mene eyri-eyri baxıb,
Seltenetden uc limon alıb, getdi).

- ...Ushaqların ucune de
yerikleyende bele eledi. Bir defe
ureyim alma istemisdi, inan, o
usagı dogana qeder mene bir
dene alma alıb veren olmadı.
- Bes eriniz? Size teref
durmurdu?
- Erim ele evvelden damarı bos
idi. Kim ne dese, ona baxırdı.
Hem de gozu sıyıq idi, ona-buna
baxmaqdan mene vaxtı qalırdı
ki? intimen altıncı ilde kocduk
Rusyete.O vaxt Rusyetde heyvan
saxlayanlara ehtiyac vardı.
Besillik muqavileynen
aparırdılar . Qızların ucun
goturub, getdik Rusyete.Sibire
yaxın bir yer idi. Catan kimi ev
verdiler, erzaq verdiler. Urus
qonsular vedre-vedre kelem,
cugundur, yumurta dasıyıb,
getirirdiler. Dillerini bilmesem
de, meni basa salırdılar ki, size
pay getirmisik. Qasım
malabaxan isleyirdi, men de sagıcı. İnan, o qeder soyugu-
zilleti neynirsen, qarnım
doyurdu, uzume her deqiqe tupuren, doyen yox idi deye, ele bilirdim, ora cennetdi. Yavas-
yavas rus dilini de oyrenirdim.
Rus sagıcılar sorusanda ki,
Azerbaycana qayıdacaqsan,
deyirdim, qıza, (bunun menasın
onnara oyretmisdim)
Azerbaycan nedi, hec yana
gedesi deyilem. Kishidi, olesidi,
ele burada da basdırasıyam.
Qızlar gul kimi mektebe gedirdiler. İndi-indi ozum adam
kimi hiss eleyirdim.
- Bes, ne oldu? Ele yaxsı seyler
danısırsız ki, adamın inanmagı
gelmir. Ele yaxsı heyatdan sonra
niye burada limon satırsınız?
- Qıza, yaxsı olmagına yaxsıydı,
amma bir derd var idi ki, bayaq
dedim axı, erim sıyıq adam idi.
Gozu hele Astarada onda-bunda
idi. O ki, qalmısdı, sarı-sarı urus
arvadları ola. Onlar da hamısı
deyib-gulen, dunya veclerine
deyil, hamısı icir, siqaret cekir.
 Qasıma da zarafatla "Kasemsot”
deyirdiler. Qasımın aglı basından
cıxırdı. İlisdi birine. Uc usaqnan
meni qoydu evin altında, getdi
girdi o urusun evine. Men isden
gelene qeder qızlarım oda
tokulurdu, o boyunu yere
soxdugum da urusun evinde
oturub, onun yad kisiden olan
usagının "kalyaska”sını
yırgalayırdı. Qonsuları
gormushdu, mene gelib, fermada
deyirdiler. Axırda qeyretim yol
vermedi. Bıcagı goturdum,
getdim girdim evine. Dedim,
seni bıcaqlayacam! Hec neden
qorxmuram. Buranın hokumeti
yaxsı hokumetdi, meni tutsalar
da, qızlarıma yaxsı baxarlar.
Oxudarlar, adam eleyerler. Senin
kimi biqeyret atadansa, ele yetim qalsalar yaxsıdı. Gordu ki,
ciddiyem. El-ayagıma dushdu,
yalvardı, tovbe eledi.

- Azerbaycana niye qayıtdınız?
- Doxsanıncı illerde ara qarısdı,
mezheb itdi. İyirmi yanvar
qırgınından sonra oralarda da
veziyyet pislesdi. Evde qorxa-
qorxa yatırdıq. Boyur-basımızda
ermeni cox idi. Her gece ele
bilirdik, gelib bizi oldurecekler.
Sonra da sohbet cıxdı ki,
Urusetnen ara baglanacaq.
Buradakılar bu tayda qalacaq,
Azerbaycandakılar da orda.
Bayaq ele dediyime baxma ki,
deyirdim, olerem, qayıtmaram.
Veten ayrı seydi, qıza! Adamı
yandırıb-yaxır. Rashotumuzu
aldıq, yıgısdıq, geldik Astaraya.
Xeyli pul getirmisdik. Dedim,
ayrı ev tikdirek, ta
qayınatamgilnen yasamayaq.
Qasım dedi, evi neynirsen, o
pula masın alacam. Pulu verdi
masına. Rusyetden qayıdanda
yanagımdan qan damırdı. Her
sey tezeden basladı. İndi
dusmenim lap coxalmıshdı.
Qaynım da evlenmisdi,
istemirdiler onlarla qalaq.
Qaynım arvadı ile qaynanam
birlesirdiler, yene meni
doyurduler.Qaynanam olene
qeder ele oldu.Qaynanam
olenden sonra erime Rusyetden
mektub geldi.O evinde yasadıgı
urus arvadı yazmısdı.Yazıbmıs
ki, arvad-usagını qoy orda, qayıt
gel.Burada qazanıb, onlara pul
gonderersen.Aglına batdı.Men
yalvardım,qızlar yalvardı.Fikir
vermedi. Bizi qoydu qaynımgille
bir evin altında, getdi. Evvel pul
gonderirdi.Qızlara babat cehiz
 duzeltdim. Ucu de yasları 17-18
olan kimi, heresi birine qosulub
qacdı. Kim idi, atası baslarının
ustunde olmayan qızlara elci
gelen? Ele gozelliklerine susayıb,
aldılar. Qasım da pul
gondermeyin arasın kesdi.
Qaynımgil de pul kesilenden
sonra meni yola vermediler.
Dediler, halal erin seni atıb,
gedib, biz seni niye saxlayırıq?
Get, qızlarının evinde otur.
Qaldım naelac.
.
- Seltenet xanım, limon
satmaqdan gunde, heftede,
ayda ne qeder pul qazanırsınız?
- Mayasını cıxsam, gunde 5-6
manat. Evveller lap cox
qazanırdım. O vaxt hevesli idim,
gelib-gedenin uzune gulurdum,
eyneleri acılırdı. İndi
qocalmısham, yorulmusam. Nece il limon alanlar indi uzumu
gorende qashqabaq sallayırlar.
Elesi olur, yanındakına deyir:
"Men yoruldum bu arvaddan
limon almaqdan, bunun limonu
qurtarmadı ! İlden-ile de lap
zehletoken olur!” Bax, qıza, bele
deyiller indi. Amma yene de
gorursen, aralarında yaxsı
adamlar da olur. Ele adam olub
ki, bir manatlıq limona bes
manat verib, qalanın istemeyib.
O qeder dua elemisem ki, elesine !
- Yene Elmiranın evinde
qalırsınız?
- He. Qıza, ev nedi? Ele ev olar?
Dordun dorde bir otaqdı,
kuceden birbasa qapını acıb,
otaga girirsen. Yemeyi de orda
bisirirem, paltarı da orda
yuyuram, orda yeyirik, orda
yatırıq . Cimenden-cimene
mehlede bir arvad var, pulnan
hamamında cimmeye icaze
verir, onun hamamında
cimirem. Bir manatdı cimmek
haqqı. Ozu de mushterisi o qeder
cox olur ki, cimmek ucun gerek
bir gun evvelceden deyesen,
pulunu da veresen. Evin hec tualeti de yoxdu, Elmiranın
qardasının tualetine gedirik. Her
defe de uzume acıqlı-acıqlı baxır
kisi. Elmira evi bolub, otaq alıb
deye, arası yoxdu ne onnan, ne
de mennen. O da, usaqları da,
arvadı da gozleyirler ki, Elmira
olsun, otagı tezeden eve
qatsınlar. Gece-gunduz Allaha
yalvarıram ki, Elmira olmesin! O
olse, menim axırım ne olar?
- Elmira ile nece yola gedirsiniz?
- Qocaldıqca aglı azalır. Bos-
bekar adamdı, deyinmeye
behane axtarır. Men yorgun eve
 gedirem, yemek bishirirem, cay
hazırlayıram, yeyirik, qabları
yuyuram. Sonra da olu kimi
yatmaq isteyirem. Neynim,
candı, dincelmek isteyir.
Dosheyimi yerden salıb, yatmaga
hazırlasıram. Elmira da butun
gunu televizora baxıb deye,
baxdıqlarını mene danısmaq
isteyir . Ele bilir, Faiq Agayev-zad
mene cox maraqlıdı. Men ona
qulaq asmayanda da hirslenir.
Hele nese xesteliyi var, geceler
yerinden atılıb, qısqırır.Ureyim
qopur, deyirem, olub-eleyer,
meni evden atmaq bir terefe,
deyerler sen oldurmusen.İcimi
yemekden bu gune qalmısam.
- Size dexli olmayan bir sual
verim.Ne bisirirsiniz en cox?
- Qıza, elimden bir levengi
bisirmek gelir,bir plov gelir ki,
gel goresen!Amma nece ildi, hec
birini bisirmirem.Levengiye
pulum hardandı?Cox vaxt
qessabdan eti yonulmus sumuk
alıram,ucuz qiymete.
Qaynadıram,suyuna duyuden,
noxuddan atıram,yeyirik.Ne
bilim, yazda-yayda, goyertinin
bol, ucuz vaxtlarında kuku bisirirem.Men o qeder
yoruluram ki,yemeye de heyim
qalmır,Elmira basıb yeyir.
Qurbanlıqda-zadda,qonsular
qurban kesir,bize de verirler,
onda dilimize et deyir.
- Bes, gunorta ne yeyirsiniz?
- Ne bilim, elime ne dushse.
Peraskiden, donerden-zaddan.
İndi doner de cox bahalasıb.
Sorqogal alıram, quru-quru
getmir,termosda cay satanlar
gezir buralarda,cay da alıram,
onnan yeyirem.Onsuz da az
yeyirem,istaham yoxdur.
Yanında dayandıgım magaza
var ha, oradakı usaqlar cox
yaxsı usaqlardı.Gunorta
yemeklerinden bir-iki tike mene
de verirler coreyin arasında...
- Erinizden ne xeber var?
- Hec xeber-zad yoxdur.
Cehennem olsun. Onu Allaha
tapsırmısam.Bilirem, olum
ayagı gelib it kimi mene,
qızlarına yalvaracaq Belke de
qızları bagısladı. Neyleye bilerem, atalarıdı.Amma men
hec vaxt bagıslamaram.On ildi
dilenci kimi yasayıram.Ele gec-
gec cimirem ki, eynimde altdan-
ustden geydiklerim bir-birine
yapısır. Yay-qıs canım cıxır.
Ayaqlarımı gucle suruyurem.
Gelib-kecene yalvarıram ki,
limon alsınlar.Bir gun limon
 sata bilmesem,sabah ac
qalacagıq.Yene sag olsunlar,
cox vaxt avtobusa minirem,
shoferler menden pul goturmur.
Amma elesi var, sebetimi gorub,
hec avtobusa minmeye qoymur.
Qıza bu olkenin peygember kimi
uzu nurlu adamı da var,
shumurden beteri de.Allah ondan
saxlasın ki,qabagına tez-tez
shumur cıxa.

Gozleri dolur, ovcundakı
limonları buraxmayaraq, elinin
dalı ile gozlerini silir. Hiss
eleyirem ki, ozum de alınıram.
Seltenete baxıram, anam
yadıma dusur: sacı xınalı, totuq-
motuq, arada qalxan qan
tezyiqine , sekerine gore her defe
bizi trekqopmasına salan anam.
Anam bu haqqı iyirmi ilden artıq
balaları ucun kipriyi ile od
goturerek qazanıb. Amma
Seltenet de bunu eleyib axı...
Seltenetin ellerine baxıram.
Anamın ellerine oxsayır. Daha
dogrusu, butun zehmetkes
qadınların, anaların eline. Elini
opmek isteyirem. Amma bilirem
ki, ne Seltenet, ne otub-kecenler
bu hereketimin sebebini hec
vaxt basha dusmezler. Basa
dusseler de,saxta,suni bilerler,
inanmazlar semimiyyetime.Bu
olkede utanmadan sedeqe
uzada bilmediyim dilencinin,
utanmadan limon ala
bilmediyim limonsatanın
qarsısında ozumu vetendas
kimi, insan kimi, qadın kimi
gunahkar bilmeyime
inanmazlar. İnsanlar bir yana, Seltenetin indi
hec kime inanmamagından daha
tebii ne ola biler ki?
On dene limon alıb, uzaqlasıram.
Limon bir az cox oldu, amma
eybi yox: anamın qan tezyiqi
 var.



Şərhlər:
Baxılıb: 3363
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz