Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süfrəni necə açmaq lazımdır?
Süfrəni necə açmaq lazımdır?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 8972
Səs ver:

 

  • Süfrəni necə açmaq lazımdır?
    Gözəl açılmış süfrə xüsusi əhvali-ruhiyyə oyadır. Buna nail olmaq üçün bəzi məsləhətləri sizinlə bölüşürük.
  • Hər qonağa böyük bir boşqab qoyun. Süfrə ləvazimatları boşqabın yanına qoyulur. (Ziyafət nə qədər rəsmi olarsa, o qədər çox ləvazimat lazım olur. Lakin onlar hamısı yeməklərin gəlmə sırasına görə düzəlməlidir). Çəngəlləri soldan, sağları isə iti tərəfləri boşqaba tərəf sağdan düzün. Qaşıqları bıçaqlardan sağa düzün.
  • Əgər yeriniz çoxdursa, desert (çərəz) ləvazimatları boşqabın yuxarı hissəsinə qoyulur (çəngəl, dəstəyi sol tərəfə boşqabın yanında, qaşıq, dəstəyi sağ tərəfə çəngəlin yuxarı hissəsində). Əgər yer yoxdursa, desertdən əvvəl artıq ləvazimatları süfrədən yığışdırın və desert ləvazimatlarını düzün.
  • Pirojki boşqabını böyük boşqabın soluna, çəngəllərin yuxarı hissəsinə qoyun. Kərə yağı üçün bıçağı dəstəyi sağ tərəfə, pirojki boşqabının üstün qoymaq olar. Əgər salat üçün boşqab lazımdırsa, onları çəngəldən sola düzün. Bakalları (qədəhləri) bıçaqlardan sağa düzmək lazımdır. Boşqaba ən yaxın su üçün stəkan qoyun, daha sonra isə içki üçün bakalları düzün.
  • Salfetləri çəngəllərdən sola və ya böyük boşqabın ortasına qoymaq olar.

MASANIN ÜSTÜNƏ NƏ SƏRMƏK OLAR?

Süfrələr. Süfrə almazdan əvvəl masanı ölçün. Rəsmi ziyafət üçün süfrə seçərkən, masanın uzunluğuna və eninə 40-60 sm artırın. Dairəvi masa üçün masanın diametrinə 90 sm artırın. Əgər qeyri-rəsmi ziyafət verirsinizsə, süfrəni öz zövqünüzə görə seçin – parlaq və ya pastel rəngli, birrəngli və ya şəkilli. Ağ və ya neytral rəngli kətan və ya krujevalı süfrələr daim zərif görünür və hər qab-qacağa uyğun gəlir.
Boşqab altlıqları. Onlar müxtəlif rəngli, ölçülü, formalı və müxtəlif materialda olur – plastmasdan tutmuş samana, kətandan tutmuş metala qədər. Bütün süfrə ləvazimatları boşqab altlığının üstünə sığmalıdır, amma o biri boşqab altlığı onun üstünə çıxmamalıdır.
Salfetlər. Ağ və ya neytral tonlarda nazik salfetlər daha çox rəsmi ziyafətlər üçün münasibdir. Digər hallarda süfrəyə və ya boşqab altlıqlarına uyğun gələn salfetlər seçin.

 

SÜFRƏNİN BAYRAM ÜÇÜN BƏZƏDİLMƏSİ

  • Hər bir yeri nazik, atlas lentlə bağlanmış miniatür buketlə bəzəyin.
  • Hər bir yerə kiçik bir balıqqulağı qoyun.
  • Mağazalarda eyni kətan salfetlər, bokallar, çini qablar və salfetlər üçün üzüklər axtarıb tapın.
  • Hər bir yeri kiçik bir şamla bəzəyin Şamı yandırmazdan əvvəl bir neçə saat soyudun ki, çox əriyib axmasın.
  • Eleqant bir nahar yeməyi üçün əlinizlə hər bir qonağın menyusu yazın. Kiçik kartlar üçün altlıqlar qoymağı da unutmayın.
  • Hər bir yerin yanına bir gül qoyun. Kiçik şüşələrdə (gül mağazalarında satılır) güllər bir neçə saat təzə qalacaq.

MASANIN MƏRKƏZİNİ BƏZƏYİN

Əgər masanın mərkəzini qeyri-adi bir xörəklə bəzəsəniz, o daha yaraşıqlı görünəcək. Məsləhətlərimizdən istifadə edərək buna asanlıqla nail ola bilərsiniz. Masanın mərkəzi hündür olmamalıdır ki, qonaqlar bir-birilərini görə bilsinlər. Masa boyunca fırlanıb bunu yoxlayın.

  • Böyük bir boşqabda gülləri, meyvələri, tərəvəzləri və otları (göyərtiləri) birləşdirin. Kiçik pomidorları al lalələrlə; kiçik ağ və bənövşəyi badımcanları çiçəkli otlarla; solğun şaftalıları limonlar və adaçayı yarpaqları ilə birləşdirməyə cəhd edin.
  • Səbətin içinə qədimi bir paça qoyun; onu sulu armudlarla doldurun.
  • Böyük büllur vazanı qabıqlı qoz-fındıqla doldurun.
  • Alçaq, çiçəkləyən güllərlə dolu dibçəkləri taxta qutuya qoyun.
  • Qış ziyafəti üçün böyük, gümüşü boşqaba şabalıdlar, şam qozaları və iynəyarpaqlı ağacların budaqlarını qoyun.
  • Kiçik, dekorativ boranıları toxunma səbətə qoyun.
  • Firuzəyi rəngli boşqaba narıncı və qırmızı şirən bibərlər qoymaq olar.
  • Yastı bir səbətə müxtəlif kiçik kaktuslar qoyun.
  • Redaktə etdi: PURE LOVE

 



Şərhlər:
Baxılıb: 8972
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz