Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pişik saxlamaq istəyənlər üçün ( User Nisa nın istəyi ilə)
Pişik saxlamaq istəyənlər üçün ( User Nisa nın istəyi ilə)
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 20911
Səs ver:

Bu günlərdə xeyirxah niyyətlə pişik saxlamaq istəyən, amma pişiyi evə gətirəndən sonra bu işi necə görəcəyini bilməyən, bu haqda məlumatı olmadığından pişik saxlamaqdan məhrum olan bir insanlarastlaşdım. Ola bilər ki, onun kimilər çoxdur. Beləliklə, küçədən pişik gətirib saxlamaq istəyənlər üçün sadə bələdçi:

1. Ona aşağıdakı yeməklərdən verə bilərsiniz:

- ilıq südü məmnuniyyətlə içəcək

- çiy yumurtanı sındıraraq bir qaba töksəniz, içəcək

- ət suyu

 - xırda-xırda (!) doğranmış ət

- balığın bütün növləri

- sulu ev xörəyinizdən bir qaba töküb onun üçün ayıra bilərsiniz

- heç biri yoxdursa, təzə çörəyin içindən qoparıb verin.

Bəzi adamlar pişiyin qarşısına tikə ətlər qoyur və sonra deyirlər: “Mən verdim, o yemədi.” Pişik – it deyil. İri qidaları onlar üçün xırdalamaq lazımdır.

- yaxud da bütün böyük marketlərdə satılan pişik yeməklərindən alın. Birdəfəlik çox dadlı (pişiklər üçün kef) xörəklər dördkünc paket şəklində satılır. Üstündə tərkibi yazılır. Bu cür yeməklər sulu olur, onu qaba tökmək lazımdır. Bir də var iri bağlamada quru yeməklər. Bunlar iki cürdür. Dənələri xırda və dənələri iri olanlar – bala pişiklər üçün və böyük pişiklər üçün. Bu iri bağlamaların 1, 3, 5, 30, 50 kiloluq növləri olur. Bu, sahibinə rahat başa gəlir. Hər dəfə bir-iki ovuc götürüb quru yerə tökürsən, sonra da qab yumalı deyilsən, ətraf bulaşmır. Amma pişiyi yalnız belə quru, xırt-xırt peçenye yeməklərlə saxlamaq da olmaz. Ona mütləq gündə bir dəfə süd və ya nə isə sulu bir xörək verilməlidir.

2. İkinci gün – o, böyük təhlükədədir. Əksər pişiklər küçədən evə gətiriləndən 3-5 gün sonra əvvəlcə qusmağa başlayır, sonra ölürlər. Buna səbəb pişiklərin qarnındakı qurdlardır. Bütün küçə pişiklərinin qarnında qurd olur. Siz onu evə gətirəndən sonra pişik yaxşı qidalanmağa başladığına görə, qurdlar da sürətlə çoxalmağa və böyüməyə başlayır. Əgər pulunuz və vaxtınız varsa, “Google.az”-da rus və Azərbaycan dilində “Bakıda veterinar” yazın, sizə ən yaxın veterinara aparın, ona qurd əleyhinə dərman verilməsini və ya iynə vurulmasını istəyin. Bu xidmətin qiyməti Bakının əksər veterinarlarında 10 manatdır. Əgər pulunuz və ya vaxtınız yoxdursa, istənilən zoo-mağazadan qurd əleyhinə maye alın. Cürbərcür firmaların qutularında qurd əleyhinə şirin mayelər olur. Maye ilə yanaşı, qutuda şpris də görəcəksiniz. Pişik neçə kilodursa, – 1 kilodursa, 1 qram, 2 kilodursa 2 qram, yarım kilodursa, yarım qram mayeni şprisə çəkin, hissə-hissə pişiyin ağzına verin. Bu, səhər yeməkdən sonra olmalıdır. Qurd əleyhinə tabletlər də satılır. Ancaq təcrübəsiz adama bu həbləri pişiyə uddurmaq çətin olur.

3. Üçüncü gün ailə üzvlərinizin və sizin şikayətləriniz başlanacaq. Pişiyin tükləri tökülür.  Pişiyin tüklərinin tökülməməsi üçün, əksinə, parlaq, yaraşıqlı tüklərinin olması üçün ona mütləq Qamavit vurulmalıdır. Qiyməti bir neçə qəpikdir. Qamavit pişiyin tüklərini yaxşılaşdırmaqla yanaşı, onun immunitetini də qaldırır. Dünən veterinarda olanda onu vurdurmamısınızsa, özünüz aptekdən alıb kağız-təlimata uyğun olaraq, hər hansı tibb bacısına vurdurun. Əzələ deyil, dərialtı!

4. Yeməyi evin pişik olan sahəsində daimi qoymaq olmaz. Gündə bir neçə dəfə, özünüz yemək yeməzdən əvvəl onun üçün də yemək qoymalısınız, özünüz yeyəndə sonra onun da yeməyini qabağından götürməlisiniz. Su isə orada daimi olmalıdır!

5. Zoo-mağazalarda 5 manatdan başlayan qiymətlərlə çox maraqlı məşğuliyyət predmetləri satılır. Özünüz də belə oyuncaqlar (yuxarıdan sallanan ipə bağlanmış yumaq) düzəldə bilərsiniz. O, televizora baxa, İnternetdə otura bilmir. Həyat isə heyvanlar üçün də yalnız yeməkdən və yatmaqdan ibarət deyil. Onlar da eynilə bizim kimi, nə isə bir çatışmazlıq hiss edirlər. Onlara oynamaq üçün şərait yaradın.

6. Pişik daim evdə qala bliməz. Bəzi otlar var ki, onları tanıyır; bədənindəki ağrıları götürmək üçün özü onları tapıb yeyir. Küçədə gördüyümüz adi çəmənlik otunu yemək başının ağrısını aparır. Hərdən onu həyətə çıxarın. Və ya iri dibçəklərdə belə ot-çayır-alaq əkib evdə onun yanına qoyun, hərdən qoparıb yesin.

7. Evinizə uşaq və ya uşaq ağlında böyük gəlsə, diqqət edin ki, pişiyi öz yanına gətirmək üçün “kis-kis, piş-piş” işə yaramayanda onu quyruğundan tutub çəkməsin. Quyruq – onurğa sütununun davamıdır. Onu dartmaq pişiyin bədəninə ciddi ziyan vurur, onu son dərəcə incidir.

8. Qamavit on gün vurulur, əgər sonralar yenə pişiyin tükləri tökülsə, deməli, yaxşı qidalanmır. Evdə yaşayan pişiklərin ən çox tutulduğu xəstəlik Avitaminozdur. Bu, eyni yeməklə uzun müddət qidalanmaqdan yaranır. Öz yeməyinizdə müxtəliflik olduğu kimi, ona da müxtəlif vitaminlərin olduğu yeməklər lazımdır. Zəif, birtərəfli qidalanmadan pişiyin gözləri də xəstələnir. Gözlərin ətrafı zibilllənir, bulanır. Buna qarşı da zoo-mağazalarda cürbəcür firmaların göz üçün damcıları satılır. 1-3 manata. Gündə iki dəfə hər gözə 2 damcı tökməklə belə xəstəliklərdən xilas etmək olar. Gözü bulanan pişiyi yenidən küçəyə atmaq olmaz! Getdikcə gözləri tutular, yemək tapa bilməz, ölər.

9. Bəzən həyətə, küçəyə çıxan ev pişiyi küçədəki pişiklərdən virus tutur. Aparırsınız həkimə və həkim deyir: “Artıq heç nə etmək olmaz. Bir-iki günə öləcək”. Ona görə də pişik yeməkdən imtina edən kimi (!) bunu ciddi siqnal kimi qəbul edib birbaşa veterinara aparmaq lazımdır. Pişiklərin bütün (!) xəstəliklərinin ilk və ciddi əlaməti – iki dəfə yeməkdən imtina etmələridir. Su içməsi də sizi aldatmasın. Yemək yemirsə, sabahı gözlətmədən onu bu gün veterinara aparın ki, sonra peşman olmayasınız.

10. Küçə pişiklərinin tüklərinin arasında birələr yaşayır. Onlardan birdəfəlik qurtulmaq mümkündür. Üzərinə BARS yazılmış, dezodorant formasında, pulverizatorlu dərman satılır. Balacası və böyüyü olur (qiyməti təxminən 2-4 manat). Həmin spreyi pişiyin başı ilə bədəninin birləşdiyi yerə – boynunun arxasına gün ərzində bir neçə dəfə fısıldatmaq lazımdır. Başqa hissələrinə fısıldatmaq olmaz! Çünki pişik başqa orqanlarını yalaya bilir, boynunun arxasına isə dili çatmır. Bundan əlavə, yəqin ki, rast gəlmisiniz, ev pişiklərinin boynunda qolbağa bənzər boyunluq olur. Həmin boyunluq birə əleyhinə profilaktika aparır. Amma onu birələri spreylə  təmizləyəndən, 10 gün birə olmadığına əmin olandan sonra taxmaq lazımdır. 1 yaşdan kiçik pişiyə taxmaq olmaz! BARS aerozolundan evdəki heyvan mənşəli xalılara, döşəklərə də vurmaq olar. Pişik bədənində yaşayan birə evə daraşıb qalmağa meylli olmur. Ona görə də bu, sizi pişiklərdən iyrəndirməməli və qorxutmamalıdır.



Şərhlər:
Baxılıb: 20911
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz