Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sənin üçün çox darıxmışam Ana
Sənin üçün çox darıxmışam Ana
Göndərən: Ayşən Əliyeva
Şərhlər:
Baxılıb: 7054
Səs ver:

Sənin üçün çox darıxmışam Ana

Salam ANA

 Yenə mən gəldim. 
Narahat olma məktəbdən çıxdım gəldim. 
Analarda atalar kimi narahat olurmu bilmirəm amma 
Əli 'Məktəbə getməzsəm anam çox hirslənər, narahat olar' demişdi 
Onun üçün söyləyirəm. 
Keçən həftə müəllim, 
Sağ əlimdə sarımsaq, sol əlimdə soğan dedirdə dedirdə
Öyrətdi sağımı solumu. 
Mən bilirəm artıq Ana sağım haradır, solum haradır. 
Ağrıyan yanamın hara olduğunu indi yaxşı bilirəm ana. 
Keçən səfər gəldiyimdə "buram ağrıyır ana buram" demişdim
Heç cür söyləyə bilməmişdim ağrıyan yanımı ana 
Bax indi söyləyirəm
Sol yanım çox ağrıyır ana. 
Həm də hər gün ağrıyır ana hər gün. 
Dünən səhər anası Aişənin saçlarını hörmüşdü. 
Əlindən tutub məktəbə gətirdi. 
Yaxası da iplə hörülü idi. 
Zəng çalınca öpdü, "balam sinifə" dedi. 
Məndə ağladım, 

Ağladım amma heç də utanmadım. 
Müəllim nə oldu dedi. 
"Yıxıldım dizlərim çox ağrıyır" dedim. yalan danışdım ana. 
Dizim ağrımırdı, amma sol yanım çox ağrıyırdı ana. 
Bu gün məndə saçım hörülsün istədim. 
Atam hördü amma onunki kimi olmadı. 
Yaxamı iplə hörməsini də istədim. 
Atam 'Mən bilməm ki qızım' dedi. 
"Heç olmasa məktəbə sən apar" dedim. 
'Qızım, iş' dedi.
Məndə "mənə nə dedim, ağladım. 
'Qızım, çörək' dedi atam. 
Susdum amma məktəbə gedərkən yenə ağladım ana. 
Birdə sol yanım yenə çox ağrıdı ana. 
Hər kəsin corabları dümağ, mənimkilər boz kimidir. 
Zeynəb 'anam ağlara rəngli toz qatmadan 
yuyurmuş' dedi.
Atam isə hamısını birlikdə yuyur. 
Atam paltar yumağı bilmirmi ana? 
Off atam, hər gün pomidor pendir qoyur bəslənməmə. 
Kədərlənməsin deyə söyləmirəm amma 
Yoldaşlarım hər gün peçenye,tort gətirir. 
Bilirəm atam tort hazırlamasını bilməz ana. 
Hava qaralır, mən gedim ana. 
Atam bilmir qaçıb-qaçıb sənə gəldiyimi. 
Eşitsə hirslənməz amma çox kədərlənər bilirəm. 

Kim dağıdır torpağını, 
Çiçəklərini kim qoparır. 
İcazə vermə ana nə olar, torpağına əl vurmalarına icazə vermə. 
Evə gedincə yadıma düşür birdə bunun üçün ağlayıram ana. 

Qab gətirmişəm, torpağından bir ovuc da götürüm. 
Bilirsənmi ana hər gəldiyimdə götürdüyüm torpaqlarını bu qabda yığdım. 
Üzərinə də şəkilini yapışdırıb yanıma qoyuram. 
Hər səhər onu öpür iyləyirəm. 
Kimsəyə söyləmə amma ana. 
Bəzən də danışıram onunla. 
Nə edim sənin üçün çox darıxıram ana.
Unutmadan....
Müəllim sabah ana haqqında bir yazı yazacaqsınız dedi. 
Mən atama yazdıracağam. 
Müəllim bilsə çox hirslənər amma mənə nə, hirslənsin. 
Mən səni heç görmədim axı, nəyi necə yazacam ana. 
Sənin adın çəkiləndə sol yanım ağrıyır ana. 
Heç bir şey uda bilmirəm. 
Bəzən də dözə bilməyib ağlayıram. 
Kağıza da belə yazıb müəllimə verə bilmərəm axı ana. 
Mən gedirəm ana, 
Torpağını öpüm, səndə yuxuma gəl məni öp. 
Mütləq gəl ana, 
Sən yuxuma gəlməyəndə sol yanımın ağrısıyla oyanıram ana.
Sol yanım çox ağrıyır ana. 
Sənin üçün çox darıxmışam, Ana çoooooooooooox.

 

P.S.Qızlar bu şeri oxuyub cox duygulandım,gözlərim doldu sizlərlə paylaşmaq istədim.

Allah heç kimi anasız ,atasız qoymasın.Amin.Analarımız başımızın tacı,gözümüzün nurudur,bütün Analara can sagligi uzun omur arzulayiram.

dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 7054
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz