Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qısqanclıqla mübarizə üçün bəzi məsləhətlər
Qısqanclıqla mübarizə üçün bəzi məsləhətlər
Göndərən: QaDiNLaR BiZ
Şərhlər:
Baxılıb: 2917
Səs ver:

Qısqanclıqla mübarizə üçün bəzi məsləhətlər

Gənc-yaşlı, qadın-kişi fərq etməz, hər kəs həyatında ən az bir dəfə qısqanar. Birlikdə olduğunuz adamın başqasına maraq göstərməsi, şübhəli davranışlar, xəyanət… Qısqanclıq həm qısqananın, həm də qısqanılanın həyatını zəhərləyə bilər. Qısqanclıq həddini aşdıqda təsirləri ağırlaşar. Bu da özü və ya həyat yoldaşı qısqanc olanların etməsi lazım olanlar… Qısqanclıq hər kəsə tanış olan bir duyğudur. Arabir edilən qısqanclıq əlaqənin canlı qalmasını təmin edə bilər. Ancaq bu qısqanclıq narahat etdikdə bə həddini aşdıqda zərər verici ola bilər. Qısqanclığın təsirlərini yüngülləşdirmək üçün bəzi üsullar var. Qısqanclığın təsirlərini azaltmaq səbir və səy tələb edir. Hər kəsin qısqanclıq səbəbləri və hissləri fərqlidir. Qısqanclıq mövcud olan eşqə və əlaqəyə, onun keyfiyyətinə istiqamətlənmiş bir reaksiyadır. Qibtə və həsəddən fərqli olaraq qısqanclıqda həmişə itirmə qorxusu vardır. Qısqanan insan bir çox duyğunu eyni anda yaşar, ağlından min cür düşüncə keçər, bir çox fərqli davranış formaları nümayış etdirər. Duyğular: Əsəbilik, kin, kədər, həsəd, alçaldılma. Düşüncələr: İncimə, günahlandırma, özünü rəqiblə müqayisə etmə, imicin sarsılmasından qorxma, özünə yazığı gəlmək. Davranışlar: Özünü əldən düşmüş hiss etmək, titrəmək və tərləmək, davamlı sual vermək və qarşındakından davamlı zəmanət istəmək, təcavüzkar davranışlar, hətta şiddət. Öldürər də, dirildər də Qısqanclıq dozasında olduğu müddətcə, mövcud olan bir əlaqənin qorunmasını təmin edə bilər. Qarşısındakına əmək verməyə, onun özünü qiymətli hiss etməsi üçün səy göstərməyə yönəldər. Üstəlik, duyğuları gücləndirər, məhəbbətin daha da alovlanmasını təmin edər və sevişmələri daha ehtiraslı edər. Amma bir də həddini aşdığı vəziyyətlər var… Bəzən qısqanclıqda hədd aşılır. Məsələn, həyat yoldaşı köhnə bir tanışıyla rəqs etdiyi üçün bir kişi döyüşə bilər və ya qadın həyat yoldaşının yeni müdiri gözəl bir qadın olduğu üçün hövsələdən çıxar. Bu növ qısqanclıqlar gərginlik yaradar. Qarşıdakı insan isə qısqanclığa yer verməmək üçün davamlı təmkinli davranmaq məcburiyyətində qalar. Vəziyyətin fərqində olan qısqanc tərəf isə özünü haqlı çıxarmaq haqda düşünər. Çıxış yolu nədir? Cütlüklərə bəzən həyatı dar edən, ayrılmalarına belə gətirib çıxaran qısqanclıq duyğusuyla mübarizə aparmaq əslində heç də asan deyildir. Uzun vaxt və əmək istəyən bir mübarizə ola bilər. Əgər qısqanclığınızın uşaqlığınızda yaşadıqlarınızdan qaynaqlandığını düşünürsünüzsə, psixoloqa müraciət etmənizdə fayda var. Uşaqlığınızla əlaqədar olaraq münasibətlər qura bilmirsinizsə, o zaman bu məqamları nəzərdən keçirməniz faydalı ola bilər. Qısqanclığınızın həqiqi olub-olmadığını nəzərdən keçirin. Onu niyə qısqandığınızı düşünün. Sizin rəftarınız əlaqənizin pisləşməsinə səbəb olurmu? Qısqanclıq əlamətləri hiss etdiyiniz zaman tərəf-müqabilinizin sizi sevdiyini, sizə bağlı olduğunu və sizə hörmət etdiyini xatırlayın. Sevilməyə layiq, xoş bir insan olduğunuzu və tərs gedən bir şeylərin olmadığını öz-özünüzə söyləyin. Həyat yoldaşınız sizə göz açmağa imkan vermirsə... Hadisəyə fərqli tərəfdən yanaşın. Qısqanclığın eşqin əlaməti olduğunu xatırlayın. Dərhal özünümüdafiyəyə keçməkdənsə, onu anlamağa çalışın. Öz davranışlarınızı nəzərdən keçirin. Müəyyən davranışlarınızın tərəf-müqabilinizin sizi qısqanmasına səbəb olduğunu bilirsinizsə, bu davranışlarınızı dəyişdirməyə çalışın. Verdiyiniz sözlərə əməl edin, əməl edə bilməyəcəyiniz sözləri isə verməyin. Onun etibarını inkişaf etdirin. Onu nə qədər sevdiyinizi söyləmək üçün hər fürsəti qiymətləndirin. Onu niyə sevdiyinizi izah edin. Kompliment deyin, gələcək xəyallarınızı bölüşün.Əgər yenə nəticə ala bilmirsinizsə, birlikdə mütəxəssis psixoloqla məsləhətləşə bilərsiniz.

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 2917
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz