Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Anam, bacım, qız... Gəlin? [Müzakirə]
Anam, bacım, qız... Gəlin? [Müzakirə]
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2673
Səs ver:

 Anam, bacım, qız... Gəlin? [Müzakirə]

Azərbaycan xanımlarının əksəriyyəti xoşbəxtliyi ailə qurmaqda görür. Bu dünən də belə olub, bu gün də belədir. Çünki qadın hökmən ana, həyat yoldaşı, ailə ocağının qoruyucusu olmalıdır. Cəmiyyətimiz, mental təfəkkürümüz, hətta dinimiz belə tələb edir. Ailə qurmayan qadın cəmiyyətin qınaq obyektinə çevrilir və bu faaktın mövcudluğu danılmazdır. Görəsən, niyə belə rəy formalaşıb ki, qadın özünü yalnız ailə qurmaqla doğrulda bilər. Görəsən, ailə qurmaq elə qadın və kişi öhdəliklərini reallaşdırmaqdanmı ibarətdir? Çox vaxt zurna-balaban, toy-bayram harayında unuduruq ki, ailə mənəvi ehtiyacdan qadın və kişi başlanğıclarının qovuşması zəruriyyətindən yaranmalıdır. əksər hallarda qızlarını "vaxtında" ərə verməyə çalışan valideynlər, qohum-əqrəbanın, qonum-qonşunun "istəklərini" puça çıxarmaq istəməyən, "Gec-tez onsuzda ailə qurmalıyam" deyib nikaha atılan gənclərin mənəvi tələbatını əsas tuturlar. Çox vaxt mənəvi tələbat sevgi ilə deyil, cəmiyyətin stereotiplərinə uyğun gəlmək üçün başa düşülür. Zamanın inkişaf tempindən söhbət düşmüşkən qızlarını tezliklə ərə vermək arzusunda olan valideynlər yəqin unudurlar ki, əvvəllər erkən ailə qurmaq zamanın tələbindən irəli gəlirdi, yəni təhsildən, ictimai fəaliyyətdən kənar olan qızlar ailə həyatına asanlıqla daxil olur, özlərini könüllü olaraq, ailəyə həsr edirlər. Bu gün xanımlarımız həm təhsil alır, həm işləyir, həm cəmiyyətin problemlərinin həllində yaxından iştirak edirlər. Maraqlıdır ki, bütün bunları cəmiyyət özü qadınlardan tələb edir. Bu gün qızların gec ailə qurmaları həm də onların inkişaf edən dünya görüşü ilə bağlıdır. Bəzən elədə olur ki, gənc qızlar ailə qurmaqdan imtina edirlər. Əgər daxili tələbat yoxdursa və ya imtina şüurludursa, bu hala normal yanaşmaq lazımdır. Lakin, adətən, belə imtinalar hansısa komplekslərlə, gizli qorxularla bağlı olur. Məsələn, gənc qız ərə gedəcəyi insanın obrazını artıq beynində formalaşdırmalıdır və bu obraza uyğun gələcək insanı hələ tapmadığı üçün (və ya tapacağına inanmadığı üçün) ərə getmək istəmir və yaxud həyatında ərə getməklə bağlı baş verəcək dəyişikliklərdən uğursuz olaraq qorxur. Lakin bir faktı bilmək lazımdır ki, hər şey ağıl ilə ölçülüb-biçilərsə, hadisələrin gedişatına ağıl nəzarət edirsə, hisslərin ifadəsinə yer qalmır. Razılaşın ki, sevgi hissləri aşıb-daşanda insan heç nəyə məhəl qoymur, nə yaşa, nə sosial statusa, nə ətrafdakıların təzyiqinə, nə də gözəl çöhrəyə. Ağılla sevməyin nəticəsidir ki, çox vaxt ailə qurduqdan bir müddət sonra gənclərin bir-birinə olan marağı səngiməyə başlayır. Yəqin, siz də eşitmisiniz ki, "ailə qurduqdan sonra sevgi ölür". İnanmayın. Belə düşünən insanlar "sevdikləri" şəxsdən arzuladıqlarını görməyəndə sevgiləri azalır. Amma əsl məhəbbət azala bilməz. Çünki sevmək sevdiyin insanın olduğu kimi qəbul etmək deməkdir. Ailə isə qadın və kişi başlanğıclarının qovuşması deməkdir. Kişi - güc, qüvvət, ağıl, iradə deməkdir. Qadınsa hiss, emosiya, intuisiya, müdriklik deməkdir. Onların qovuşması bu təbii vəhdətin özü xoşbəxtlikdir. 
*Əgər ailəni hansısa səbəblərə görə qurmaq istəyir və bu səbəbləri asanlıqla sadalaya bilirsinizsə, onda düşünün, bu istəkdə hisslərinizin payı nə qədərdir? Ailənizin nəzarəti ələ almasına imkan verməyin. 
*Yox əgər ailə qurmaq istəmirsinizsə və ətrafınızdakıların tənələrindən bezmisinizsə, onda bu məsələyə öz münasibətinizi araşdırın. Bəlkə, siz ictimai rəyə zidd hərəkətləri qəbahət hesab edirsiniz? Öz istəklərinizi (istəmədiklərinizi də) özünüzü bu günkü halınızla qəbul edin. İnanın, siz özünüzə necə münasibət bəsləyirsinizsə, ətrafdakılarda sizə elə yanaşır. Çünki ətrafımız bizə özümüzü daxili dünyamızı göstərən bir güzgüdür. Tez-tez cəmiyyətdə fikir formalaşdıran şəxslərdən, televiziyadan eşidirik: "Qadın ilk növbədə anadır". İcazə verin, etiraz edək. Qadın ilk növbədə insandır. Və ailə qurub, ana olmaq onun funksiyası yox, həm də daxili tələbatı və qismətidir. 

P.S.: Bəs siz bu haqda nə fikirləşirsiz?

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 2673
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz