Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İKİ DOST (HEKAYƏ)
İKİ DOST (HEKAYƏ)
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1594
Səs ver:

İKİ DOST (HEKAYƏ)

 

Çox səmimi iki yoldaş vardı. Biri çox hiyləgər və atılgan; digəri isə çox saf, dürüst və səssiz idi. Bir gün hiyləgər olan, saf olanın yanına gedib işlərinin pozulduğunu söyləyərək ondan pul istədi. Saf qəhrəmanımızın ürəyi də saf və təmiz olduğundan qırmadı can dostunu, verdi əlində ovucunda nə varsa… Hiyləgər yoldaş bu pulla hislərini düzəltdi. Bir müddət keçmiş idi ki aradan hiyləgər olan, saf yoldaşından; yoldaşının evlənmək üzrə olduğu nişanlısını istədi. Qızı çox bəyəndiyini və onsuz yaşaya bilməyəcəyini söyləyərək… Saf olan, nişanlısıyla danışdıqdan sonra, onu da verdi çox sevdiyi dostuna.

Gün oldu saf olanın işləri pozuldu. "Yoldaşım məni ortada buraxmaz" deyə düşünüb özünə bir iş verməsini istədi hiyləgər yoldaşından… Hiyləgər olan; yoldaşına, yanında bir iş belə vermədi. Saf olan, özünü ortada buraxsa da qıza bilmədi can dostuna…

Bir gün parkda saf olanın yanına xəstə və yaşlı bir adam yaxınlaşıb kasıb olduğunu, dərmanlarını belə ala bilmədiyini söylədi. Bizimki yaşlı adamcığaza ağrıyıb, dərmanlarını aldı. Sonra tutub qarınını doyurdu… Evini öyrənib axtar-axtar yeməklər apardı. Bir zaman sonra yaşlı adamın öldüyünü duydu. Çox kədərləndi… Yaşlı adamın əslində çox zəngin olduğunu və bütün mirasını özünə buraxdığını öyrənincə də çox çaşdı. Saf qəhrəmanımız artıq zəngin idi… Bir az da sevdiyi dostuna olan incikliyiylə, bir ev aldı hiyləgər dostunun evinin qarşısında.

Bir gün saf olanın evinin qapısını dilənçi bir qadın çaldı. Yaşlı qadın; çox aç olduğunu söyləyərək yemək ala biləcək qədər pul yaxud bir neçə parça yemək istədi. Saf qəhrəmanımız o qədər yaxşı ürəkli idi ki; qadını içəri dəvət etdi... Qarınını gözəlcə doyurması üçün. Qadının kimi kimsəsi olmadığını öyrənincə də, qadına evində bir otaq verdi. Yaxşılığın altında qalmadı qadıncığaz da, özüncə evin işlərini görməyə qoyuldu.

Aradan bir müddət keçincə, qadın və saf qəhrəmanımız haradasa ana oğul kimi oldular. Qadın, artıq evlənib bir yuva qurmasını tənbehləməyə başladı bizimkinə… Bizimki ilk eşqindən aldığı yarayla ağılında belə bir düşüncə olmadığını söylədisə də çox müqavimət göstərə bilmədi. Gəl zaman get zaman yaşlı qadın bizimkinə; özünə uyğun bir qismət tapdığından bəhs edib tanış olmalarını çox arzuladığını söylədi. Bizimki çox sevdiyi yaşlı qadını qıra bilmədi və qəbul etdi qızla görüşməni. Bu tanış olma nəticəsində böyük bir eşq doğuldu… İşin sonu evliliyə qədər getdi. Düşdüyü çətinliklərdən sonra özü üçün hər şey yaxşı getməyə başlayan saf qəhrəmanımız, incik olduğu halda hiyləgər dostunu da toyuna çağırdı.

Toy davam edərkən saf qəhrəmanımız içindəkiləri daha çox tuta bilməyərək əlinə mikrofonu aldı. Və başladı illərdir içinə atdıqlarını bir-bir izah etməyə… Candan sevdiyi yoldaşına əlindəki bütün təcrübəsni verdiyini, sonra sevdiyi qadından yoldaşının xoşbəxtliyi üçün imtina etdiyini... İşləri pozulub dara düşdüyündə bu dostunun ona fabrikində bir iş belə vermədiyini... Bütün bunlara baxmayaraq yoldaşı üçün hələ sahib olduğu hər şeyi verə biləcəyini izah etdi.

Salondakı hər kəs bu danışma üzərinə duyğulandı. İçdən içə maraqlandılar; bu qədər vəfasız olan adamın kim olduğunu… Hiyləgər olan dözə bilmədi və aldı əlinə mikrofonu başladı izah etməyə:

- Bu hekayədəki vəfasız dost mənəm. Lakin hekayəni bir də məndən dinləyin… İşlərim pozulduğunda dostuma getdim və borc istədim. Sağ olsun əlində ovunçunda nə varsa çoxuyla verdi mən də bu pulla işlərimi düzəltdim. Evlənməyə hazırlanırdı ki ondan nişanlısını istədim. Çünki nişanlısı onu pulu üçün istəyirdi yoldaşıma layiq bir yoldaş deyildi. Yoldaşım mənə nişanlısını da verdi. Sonra yoldaşımın işləri pozuldu, fabrikimə gələrək məndən iş istədi... Can yoldaşım saydığım yoldaşımın əmrimdə işinə könülüm razı olmadı. Bu fabrikdə sənin də haqqın var desəm qürurundan qəbul etməyəcəyini bilirdim. Çətin zamanında yoldaşımı ortada buraxmağa da könülüm razı olmadı. Parkda yanına gələn yaşlı adam mənim atam idi. Atam çox xəstə idi. Atamı onun yanına göndərdim ki; atam vəfat edincə fabrikdən payını verməyə səbəbim olsun. Sonra gördüm ki; özünə baxmaz oldu. Qapısına gələn dilənçi mənim anam idi. Anamı yanına göndərdim ki; dostuma yaxşı baxsın. Və son olaraq söyləyə bilərəm ki; bu gün mənim ən xoşbəxt günüm. Çünki can dostumun evlənəcəyi bu qadın; mənim bacım. İşdə biz belə dostuq…

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 1594
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz