Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt cütlük olmaq istəyirsinizsə, 10 məsləhətə əməl edin
Xoşbəxt cütlük olmaq istəyirsinizsə, 10 məsləhətə əməl edin
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1138
Səs ver:

 


 

Müqayisə etmə
Öz həyatını başqalarının həyatı, sevgilini də başqalarının sevgililəriylə müqayisə etmə. Kənardan  gördüklərin sənə yalnız fikir verər, həqiqəti izah etməz. "Onlar çox xoşbəxtdir, biz niyə deyilik?" deyə soruşma. Sən öz münasibətinə  cavabdehsən. Hər insanın ayrı bir şəxsiyyət olduğunu unutma. Təbii ki, bir də keçmişdə başqaları ilə olan münasibətlərini də müqayisə 
etmə. Keçmiş  keçmişdə qaldı.
Xəyal qurmaqda ifrata varma
Nağıllardakı bir eşqə sahib olmaq istəyirsən, amma gerçək həyatda yaşayırsan. Qarşındakı insanı olduğu kimi qəbul etməsən və onu xəyallarındakı adama çevirməyə çalışsan bədbəxt olarsan. Çünki xəyal məhsulu bir ruhu bir bədənə köçürə bilməz.
Tələsmə!
"Bu münasibət hara gedir? Görəsən, evlənəcək mənimlə? Yoxsa, ayrılacaq?" kimi suallar münasibəti soyudur. Axışına burax, onsuz da bu münasibər özü-özünə bir yol açacaq. Evlilik bir son deyil, başlanğıcdır. Buna görə indiki münasibətin məqsədi evlilik yox, xoşbəxt bir birlik olmalıdır. Bunu təmin etdiyiniz zaman onsuz da evlilik də özbaşına gələcəkdir.
Açıq sözlü olun
Nə istədiyini, nə gözlədiyini açıq şəkildə izah elə. Sevgilinin sənin ağlını oxumasını, hərəkətlərindən məna çıxarmasını, eyhamlarını  anlamasını gözləmə. Düşüncələrini özündə saxlayıb toplasan, münasibət qapalı bir müstəviyə keçəcək. Və sevgilin sənin kefsiz olduğunu görüb, nədən incidiyini bilməyincə barəndə nə düşünücək?! Onu bezdirəcəksən. Necə deyərlər, dovşan dağa küsüb, dağın xəbəri yoxdur. Cütlüklər arasındakı ünsiyyətin ən sağlam yolu danışmaqdır. Danışmaq üçün fürsət yarat, istədiyin hər şeyi izah elə.
Özünü xoşbəxt et
Bir münasibət sevgilini xoşbəxt etmək üçün yaşanmaz. Əvvəl özünü xoşbəxt elə, bu münasibətdən həzz al. Yalnız onun üçün yaşamaq, yalnız onun istəklərini yerinə yetirmək səni dəyərdən salır. Özünü xoşbəxt etmədiyin zamanlarda darıxdırıcı hala gəlirsən. Başqa sözlə, öz daxili rahatlığını əldə etməyincə başqalarınada da dinclik verə bilməzsən.
Dəyər ver
Sevgilin həyatındakı ən əhəmiyyətli adam olmalıdır. Şəxsiyyəti, davranışları, ətrafındakılar, ailəsi, işi, təhsili, söylədikləri, qısacası onunla münasibətə dair hər şeyə əhəmiyyət verməlisən. Və təbii ki, bunu ona göstərməlisən. Səninlə danışarkən dinləməlisən, ona dəyər verdiyini göstərməlisən. Qətiyyən gözdən salmamalısan, ləyaqətinə toxunmamalısan. Başqalarının yanında nə olursa olsun, sevgilini müdafiə etməlisən.
Sorğu-suala tutma
Sevgilinin keçmişindəki münasibətlərini soruşma. Bunun sənə bir faydası yoxdur. Keçmişdə yaşadıqlarına ilişib qalsaydı, bu gün səninlə birlikdə olmazdı. Bu tərz sorğulamalar səni bədbəxtliyə, münasibətni də qaranlığa aparır. Sorğu-sual apardıqca narahat olur. Hər müzakirə səndə daha yeni suallar yaradacaq. "Mənə “sevgilim”deyir, görəsən ona nə deyirdi?" kimi axmaq   suallarla mübarizə etmək məcburiyyətində qalarsan.
Qorxma
Daha əvvəlki münasibətlərdə yaşadığın üzüntülər,  xəyanətlər indiki münasibətə də aid ola bilməz. "Birdən eynisini etsə?" deyə düşünsən, bu münasibətin axırı yoxdur. Hər kiçik problemi böyüdüb, "Görəsən məni buraxıb gedəcəkmi?" qorxusuna qapılmamalısın. Sevgidə itirmə qorxusu yaxşıdır amma bunu ifrata vardırsan, əmin ol qorxduğun başına gələcək!
İdeal insan axtarma
İnsan bir münasibətə öz iradəsi ilə başlayır. Yəni, sevgilini sən seçirsən. "Görəsən, daha yaxşısı varmı?" deyə düşünürsənsə, dərhal ayrılacaqsan. Mükəmməl adam yoxdur, mükəmməl münasibət var. Mükəmməl münasibət də yalnız bir tərəfin səyi ilə deyil, ancaq iki tərəfin zəhmətilə formalaşır. Mükəmməli axtarmaq yerinə, mükəmməl münasibəti yaratmağa cəhd elə.
Kin saxlama
Münasibət boyunca sevgilinlə mübahisələriniz, hətta küsülü qaldığınız hallar da olacaq. Bu cür problemlərdən sonra kin saxlamamalısan. Xüsusən də  sevgilin səndən üzr istədikdən sonra bu kinin çox bezdirici hərəkət kimi gələcək ona. Hər mübahisədə köhnə dəftərlər açılacaq və kiçik bir məsələ sizi ayrılığa qədər aparacaq qədər böyük davalara səbəb olacaq.

 

Redakte etdi: PRETTY GIRL



Şərhlər:
Baxılıb: 1138
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz