Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda qızlara çox sərt tələblər qoyulub [müzakirə]
Azərbaycanda qızlara çox sərt tələblər qoyulub [müzakirə]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2182
Səs ver:

Psixoloq Aida Nəbiyeva bununla bağlı bəzi məsləhətlər verib.
Psixoloq bildirib ki, qadınlarda xüsusən də Azərbaycanda kompleksə meyillənmə daha güclü olur. Bu da onunla bağlıdır ki, uşaq vaxtından daha tələbkar  münasibət göstərilir və qızlar ev mühitində böyüdülürdü. Qızlarda sosial mühitə adaptasiya oğlanlara nisbətən daha zəif olur. Qızlarda mühitə uyğunlaşmaq problemli və çətin olduğu üçün  bir müddətdən sonra kompleskli davranışlar göstərməyə başlayır. Həm də qızlarda özünəgüvən hissi aşağı olur. Bu da onunla əlaqədardır ki, qızlar çox tələbkar olur və diqqət tələb edirlər.
“Azərbaycan mühitində qızlara qarşı çox sərt tələblər qoyulur. Müəyyən yaş dövrünü keçdikdən sonra müxtəlif məhdudiyyətlər qoyulur. Bu da qızların bir şəxsiyyət olaraq formalaşmasında və cəmiyyətə uyğunlaşmasında çox böyük problemlər yaradır. ”
Psixoloq bildirib ki, bunun qarşısını almaq üçün qızlara qarşı göstərilən qoruma münasibəti bir qədər dəyişmək lazımdır. Hədsiz qoruma mexanizması heç də düzgün üsul deyil. Çünki qızları qoruyan zaman onları özümüzdən asılı vəziyyətə salırıq. Məsələn, çölə çıxmağa icazə vermirik. Başqa vaxt da həmin qızlar bir yerə gedərkən daha  ciddi problemlərlə qarşılaşır. Belə olan halda özünü müdafiə edə bilmir, hər zaman kimdənsə dəstək və  ya kömək gözləyir. Qızlara bir qədər sərbəstlik vermək lazımdır. Mühitə, cəmiyyətə uyğunlaşmağa şərait yaratamaq və kömək etmək lazımdır. Bunun digər bir həlli isə müxtəlif gənclər təşkiltına, pozitiv qruplara qoşulmaq, treninqlərdə iştirak etmək müsbət təsir göstərə bilər. Özünə qarşı olan inam hissi güclənər və untancaqlıq hissi azalar.   İnsanlarla nə qədər çox ünsiyytdə olsalar, bir o qədər kompleksi aradan qaldırarlar.
“Azərbaycanda zamanında qızlar ailə qurarkən həyat yoldaşının psixoloji  xüsusiyyətləri müəyyənləşdirə bilmirdi. Çünki qızlara o qədər məhdudiyyət qoyulurdu ki, bunu necə müəyyən etməyi belə bacarmırdı. İnsanları tanıma bacarığına malik olmadıqları üçün, bu da gələcəkdə qızların həyatı bahasına başa gəlirdi”.
Bu psixoloqun fikirləridi idi..Bəs siz necə düşünürsüz..
Həqiqətənmi qızları çox qoruyanda onları aslı vəziyyətə salırıq ?
Və həqiqətənmi qızlara bir qədər sərbəstlik vermək lazımdır ?

Redaktə etdi: PURE LOVE



Şərhlər:
Baxılıb: 2182
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz