Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Düşündürücü hekaye " Dayanın..." ( Axira kimi oxuyun )
Düşündürücü hekaye
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 18429
Səs ver:

 " Men narkoman ailesinde anadan olmuşam. Deyirler ki, insanlar yalnız 5-6 yaşlarından etibaren heyatında olan hadiseleri xatırlayarlar. Belke de heç kim mene inanmaz, amma menim uşaqlıq xatirelerim 2 yaşımdan başlayır. Mence buna sebeb heyatımda baş veren hadiseler idi.
 Menim 2 yaşım vardı, o zaman ki, atam meni çarpayımdan götürüb 2-ci mertebeden heyete atmışdı.İlk qorxunu men o zaman hiss etmişdim,anamın qışqıraraq pillelerden aşağı düşmesi… O zaman mene heç ne olmamışdı, hetta bu hadiseden sonra men atama nifret de etmedim, sadece olaraq men bele hislere hele hazır deyildim. 
 … Ne üçün bizim ailede bele hadiseler olurdu, men bunu başa düşe bilmirdim… Belke onların özleri de bu sualın cavabını bilmirdiler. Menim atam ali tehsilli, alicenab insan idi ve hemçinin narkotikler… Anam gözel, savadlı müellime ve bütün bunlara dözürdü… Niye? Çünki o onun övladının atası idi, onların ailesinde ayrılmaq düzgün qebul olunmurdu...
 Anam menim üçün, atam üçün, ailesini qorumaq üçün daim mübarize aparırdı. Amma görünür ki, narkotikler ondan da güclü idiler. Zamanla narkotikler atamın heyatının menasına çevrilmeye başladı. Ne qeder ki, atam narkotikden sonra “ çox-çox yükseklere qalxırdı”, anam bir o qeder de günden güne alçalırdı. Bele günlerde onlar ne bir-birlerinden, ne de menden utanırdılar. Qışqırır, bir-birlerini tehqir edirdiler, hetta ele yüksekden qışqırırdılar ki, men ne qeder de qulaqlarımı berk-berk bağlasam, başqa otağa keçsem de yene de onların sesini eşidirdim. Herden barışıq olurdu. Qohumlar yığılır, atamı tenbeh edirdiler. Atam ise başını aşağı salıb onlara qulaq asırdı, bele anlarda menim ona çox yazığım gelirdi… Men ona yaxınlaşar, elini tumarlayardım, o ise meni qucaqlayardı.
 Qohumların gelişinden sonra bir müddet her şey qaydasına düşerdi. Atam mene balaca maşınlar düzelderdi, anam qeşeng geyiner, saçını düzelder ve biz gezmeye gederdik. Lakin bu o qeder de uzun çekmezdi. Müeyyen zamandan sonra her şey yeniden başlanırdı. Evimizde yene dehşet dolu qara günler başlayırdı. Men çalışırdım ki, atamın gelişine qeder tez yatım, başımı yastığın altına salardım ki, heç ne eşitmeyim. Men çox tenha idim, heç kim meni anlamaq istemirdi. Men onlara qarşı olan hislerimi ifade ede bilmirdim ve bu da mene eziyyet verirdi. Sadece olaraq men çox balaca idim. Qaranlıq otaqda çarpayımda uzanaraq men hem atamın yolunu gözleyirdim, hem de onun gelmemesini isteyirdim. Onu dayandıracaq sehrli sözleri tapmağa çalışırdım. O yastığın altında men çox göz yaşları tökmüşdüm, menim yegane dostum o idi.
 Mene ele gelirdi ki, valideynlerim meni tamam unudublar, onların başları özlerine, öz problemlerine o qeder qarışmışdı ki, menim varlığımı unutmuşdular. Her halda men bele düşünürdüm. Ve men onlardan intiqam almaq qerarına geldim. Bes kiçik, kimsesiz bir insanın bele sehnelerle qarşılaşması, bele eziyyet çekmesi edaletdenmidir? Men tamamile getmek qerarına geldim, yeni ölmek. Menim artıq 7 yaşım var idi ve heyat, ölüm haqqında çox az da olsa anlayışım var idi.
 Men güclü olmaq qerarına geldim, artıq ağlamayacaqdım. Axşamlar atamın gelmesine yaxın men gözlerimi berk-berk bağlayır ve nefes almamağa çalışırdım. Bele hallarda menim üreyim çox zeif döyünürdü. Bir gün men yene de nefes almamağa çalışanda birden üreyimin döyüntüsü yavaş-yavaş azalmağa başladı. Men çox qorxdum ve bütün gücümü toplayıb: “Ana, ana” deye qışqırdım. Sonra ise heç ne xatırlamıram...
 Men ayılanda ilk olaraq valideynlerimi gördüm, onlar çox yorğun görünürdüler, günlerle menim yanımdan heç yere ayrılmayıblar. Menim veziyyetim onlara pis tesir edib, onlara eziyyet verib, incidib.
 O zamandan artıq 5 il keçib. Menim 12 yaşım var, 7-ci sinifde oxuyuram. Her axşam atam mene maşınlar düzeldir,bu bizim onunla hobbimizdir, biz şaxmat oynayır, resmler çekirik. Her istirahet günü ise anam, atam ve men gezmeye gedirik.Men sevilirem ve bundan da xoşbextem..."



Şərhlər:
Baxılıb: 18429
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz