Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana və uşaq
Ana və uşaq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2231
Səs ver:

Ana və uşaq
 Ana, bilsən nə xoşbəxtəm, hər gün bir damcı boy atıram. Böyüməyimdən xəbərin olsa da, burada hansı hisslər keçirdiyimden xəbərsizsən. Fikirləşirsən ki, bir tikə canımla nə düşünə bilərəm. Düzdür, heç nə görməsəm də hər şeyi duyuram — məni əzizlədiyini, əllərinin istisini, hətta hirsləndiyini də… Göz açıb böyüyəndə nəyə hirsləndiyini mütləq senden soruşacam. Nədisə son günlər yaman ağlayırsan. Ağlama ana, onda mən də burada kövrəlirəm! Hə, hə, ağlayıram! O gün mene güclü zerbe deydi. Ele bildim ezilib buradaca ölecem. Meni qoru ana, sene gelecekde yaxşı bala olacam, incitməyəcəm, göz yaşı axıtmağa qoymayacam. Bax, ele bətnindəcə söz verirəm!.. Göresen, atam da məni sənin kimi sevir? Onun da əzizləməyinə elə ehtiyacım var ki. İstəyimi duya bilsəydin, arzumu ona çatdırardın. Əlinin istisinə, qüvvəsinə, bilsən, necə həsrətəm. Kaş ki, məni duya bileydin… Dünən az qala səni itirəm. Hə, hə, yalnız sən deyil, mən də səni itirə bilərəm. Allah qorusun! Nə idi o yük? Ağır yük qaldırıb məni, özünü çətinə salma! Olmaya, daha istəmirsən, hə? Yox, buna inanmağım gəlmir! Axı, sən anamsan!.. Atam kömək edə bilməzdi? Bir də belə şey eləmə! Bilsən, buradaca səni itirməkdən necə qorxuram? Uff!!! Neynirsən? Tullanıb-düşürsən, nədir? Özünə, mənə yazığın gəlsin! İncitmə nə olar! Bəsdi, qurtar!.. Ay Allah, heç olmasa sən onu fikrindən daşındır! Deyəsən, dayandı, axı? Sag ol, ay Allah, bu defə də ölümdən qurtardın! ...Ana, niyə məni daha əvvəlki kimi əzizləmirsən? Hardan biləsən ki? Axı duymursan. Son zamanlar məndən yaman soyumusan. Gəl, əllərini toxundur, ovcunun istisində bir az qızınım. Soyuqluğun məni yaman üşüdür. Olmaya? Yox, sən bunu etməzsən! Aha, deyəsən axı, get-gedə duymağa başlayırsan? Əlini mənə toxundurdun. Sag ol, anacan! Bəs, o biri əl kimindir? Atamın? Yox, qadın əlinə oxşayır. Kim olar, görəsən? Aman Allah, bu nədir, yaman incitdi? Uff!!! Bu dəmir parçası nədir, he? Ay Allah, qoyma məhv olum! Dəmir məni əzir, doğrayır… Ay Allah, məni öldürürlər, necə  buna dözürsən? Axı, yaradan sən idin? Günahım nədir? Anacan… ana, sən bunu etməzsən!.. Hayıf… səni görmədən ölürəm.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 2231
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz