Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üzünüz gülsün! :)
Üzünüz gülsün! :)
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 916
Səs ver:
Günün birində Molla evə gəlib baxır ki, içəridə oğru var. Oğru Molladan qorxur, Molla oğrudan. Bir müddət ikisi də donub qalır. Handan hana oğru özünə gəlib qaçmaq istəyir. Molla çar-naçar atılır oğrunun üstünə. O bunu yıxır, bu onu yıxır, axırda Molla oğrunu üstələyir, ayaqlarını bağlayır, uzadır evin ortasına. Özü də gedir hakimin yanına ki, xəbər versin, gəlib onu tutsunlar.

Hakim Mollanı ətraflı danışdırıb əhvalatı öyrənəndən sonra soruşur:
-Bəs indi oğrunun yanında kim var?
Molla deyir:
-Heç kim.
Hakim soruşur:
-Yaxşı, sən deyirsən ki,onun ancaq ayaqlarını bağlamısan, yanında da heç kəs yoxdur, əlləri də açıqdır. Ayaqlarını açıb qaçar ki....

Molla fikrə gedir. Görür ki, hakim haqlıdır. Deyir:
-Hakim ağa, sən tamam haqlısan. Ancaq bu ki, mənim ağlıma gəlməyib, heç onun da ağlına gəlməyəcək. O da bizim yerlidir.

Doğrudan da gedib görürlər ki, ayaqlarını açıb qaçmaq oğrunun ağlına gəlməyib.

Sən içirsən???
- Əgər bu sualdırsa onda yox, əgər bu təklifdirsə hə. 122

Əgər sizə uzun müddət zəng etmirlərsə.
Deməli dostlarınızın heç bir problemi yoxdur. :/

Bir uşaq bərbərxanaya gəlir:
- Mənim saqqalımı qırx.
Bərbər uşağın üzünü sulayır və oturub qəzet oxumağa başlayır.
- Sənə dedim axı saqqalımı qırx
- Üzünü sulamışam, gözləyirəm saqqalın çıxsın. 23

İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm! 23

Nəynən dolanırsan?
- Yazıram...
- Jurnalistsən?
- Yox. Mən atama yazıram ki, mənə pul göndərsin 122

Mağazada:
-Pişik neçəyədir?
-200000 manat.
-Aaaa. Dünən axı 50000-ə idi.
-Düzdü, amma bu gün o, 150000 manatlıq tutuquşunu yeyib.23

Günlərin bir günü oğul atasından dondurma pulu istəyir və deyir:
-ata mənə 5 manat pul verdə dondurma alım.
Atası deyir:nə qədər 4 manat? 3manatı neynirsən 2manat verim 1 manatı qaytar23

Yerə baxıram səni görürəm, göyə baxıram səni görürəm, düz baxıram səni görürəm! Çəkil də qabağımdan. 23

Bir gün çox qorxdum ki, səni həmişəlik itirdim. Amma sonra tapdım, arxa cibimdəymişsən canım telefonum. 23


Şərhlər:
Baxılıb: 916
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz