Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lətifələr
Lətifələr
Göndərən: KRALİCEM
Şərhlər:
Baxılıb: 1501
Səs ver:
Bir gün kişi arvadına deyir:
-Arvad, gəl cavanlığımızıbir az xatırlayaq.
Arvad da deyir:
-Yaxşı, onda nişanlı vaxtımızdakı kimi, sən get bağın aşağısına məni gözlə, mən də gələcəm.
Kişi gedir gözləməyə və bu zaman güclü yağış başlayır. Bir saat keçir, iki saat keçir, 4 saat keçir arvad gəlib çıxmır. Kişi hirsindən partlayaraq gəlib arvadına deyir:
-Öldüm soyuqdan səni gözləməkdən, səni görüm...
Arvad:
-Neyləyim həyatım, anam qoymadı da gəlməyə.

Cəld qaçan qarışqa bir gün görür ki, yeməyə heç bir şeyi qalmayıb, gedir qonşusundan bir az borca yemək götürməyə. Qapını döyür, bir yerdə dura bilmir, tez başlayır qaçmağa. Qonşusu açır qapını, görür ki, heç kim yoxdur. Cəld qaçan qarışqa evi fırlanır, yenidən qapını döyür. Belə-belə qonşu hirslənir, qapının dalında dayanır və qapı döyülən kimi tez açır və deyir:
 -Tutdum səni, başımı xarab elədin, niyə qapını döyüb gizlənirsən?
 -Bağışla, qonşu, bir yerdə dayana bilmirəm və səndən borca yemək istəyirəm.
 -Ay qardaş, səni borc verməyə tuta bilmirəm, borcumu necə alacam səndən?
Dəlixanada bir gün bir dəli hovuza düşür, Akif adlı bir dəli də tez onu sudan çıxarır. Müdir də bunları görür, bir az keçdikdən sonra Akifi çağıraraq deyir:
-Akif, görürəm ağlın yerinə gəlib, qərar verirəm səni çıxarsınlar. Amma sonradan onu hamamda özünü asmış vəziyyətdə tapdım, maraqlıdır, görəsən niyə belə edib?
Akif:
-Müdir, əvvəl onu çıxardım sudan, sonra da asdım ki, qurusun.

Əli bir gün bazara gedir və qarşısına qapı gözcüyü satan çıxır. Satıçıdan soruşur ki:
-Ay qardaş, bu nədi, nəyə lazımdı?
Satıcı:
-Qardaş bu qapı gözcüyüdü, qapıya qoyursan, kim sənin qapını döysə, onu qapını açmamış görürsən.
-A, nə yaxşı, bu işləyirmi, işləməsə gətirib qaytaracam.
-Yaxşı, oldu.
Əli gözcüyü alıb gətirir, qapıya qoyur, ha əllləşir, amma heç nə görə bilmir. Səhəri əsəbiləşərək gətirir satıcıya:
-Qardaş, bu işləmir, al, geri ver pulumu.
-Qardaş, bunu qapıya qoyanda deşik açmışdın qapıdan?
-Day qapıdan deşik açsaydım bunu neyləyirdim, elə o deşikdən baxaram da...

Bir kənd yerində avtobus qapıları bağlayıb gedən zaman qapının arasında bir kişinin qolu qalır. Sürücü bunu görmür və arxadan qışqırıq səsi gəlir:
-Əli qaldı, əli qaldı.
Sürücü də qışqıraraq:
-Sonrakı avtobusla gələr.
Yenə qışqırırlar:
-Qulu qaldı, qulu qaldı.
Sürücü:
-Eybi yoxdur, o da Əli ilə gələr.


Şərhlər:
Baxılıb: 1501
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz