Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Prikol atalar sözləri - 1
Prikol atalar sözləri - 1
Göndərən: pozitiv
Şərhlər:
Baxılıb: 2868
Səs ver:
1. Dağ dağa rast gəlməsə, deməli bu normal haldı.

2. Keçinin ölümü gələndə başını çobanın mobil telefonuna sürtər.

3. Keçəl suya getməz. Çünki evinə su çəkdirib.

4. Yeyərsən qaz ətini, görərsən ləzzətini. Əsas odur ki, quş qripi olmasın.

5. Dost dosta zəng gərək zəng, etməsə sms gərək.

6. Qəssab kontur axtarır keçi abunə hayında.

7. Dövlətdə dəvə, övladda dəvənin balası.

8. Gözəllik ondu, doqquzu pantalondu.

9. Day-day igidin yaraşığıdı.

10. Suyun lal axanı, adamın manitora baxanı.

11. Halva-halva deməklə sevgili görüşə gəlməz!

12. Meşədə armudun ən yaxşısını ayı yığıb mürəbbə bişirər.

13. Atı atın yanına bağlasan həmrəng olmasa da, bir dənə balaca at da peyda olar.

14. Dünənki cücə bugünki xoruza müğənnilik öyrədir.

15. İki eşşəyin arpasını bölə bilmirsənsə, ver arpanı eşşəklərin özlərinə, özləri öz aralarında böləcəklər.

16. Qonşu qonşu olsa evə "levi" işıq çəkdirmək olar.

17. Ölünün dalınca danışmazlar!Ölü eşidə bilər.

18. Dişləməyən çeynəməz.

19. Gözlər qəlbin aynasıdır, burun qəlbın vintilyasiyası , qulaqlar isə qəlbin krosnu antennası.

20. Palaza bürün İran sərhəddini keç.

21. Hər oxuyan "Yeni Ulduz" olmaz.

22. Qız ağacı-palma ağacı hər gələn bir daş atar. Qızın başı-gözü partlayar.

23. Bağa baxarsan bağ olar, baxmazsan qaçqınlar dolar.

24. Ot kökü üstə bitər. Asfaltda mərkəzi yolun ortasında.

25. Atan sarımsaq anan aci soğan. Sən hardan oldun "Miss Sweet-2007"?

26. Qaş düzəltdiyin yerdə vurdun linzanı saldın.

27. Burada mənəm, Bağdadda kor Səddam.

28. Dostunu mənə göstər, mən sənə deyim dostun kimdir.

29. Köhnə sauna-köhnə cakkuzi.

30. Qızım, sənə deyirəm, sakit, gəlnimiz eşitməsin.

31. Faiq Ağayev Samir Bağırova Samir Bağırov deməsə bağrı çatlıyar.

32. Çata gir tayını tap.

33. Allah dəvəyə qanad versəydi, dəvəquşu adını dəyişib inəkquşu eliyərdi.

34. Keçəl dərman tapsaydı, səhiyyə naziri həbs olunmazdı.

35. Uşağı buyurma, özün yüyür.

36. İmpotentin bir oğlu oldu, vurdu arvadın gözün çıxardı.

37. Gecə bəzəyi-Avropa oteli bəzəyidi.

38. Xeyirsöyləməzə dedilər xeyir söylə, dedi: "Mənnən məzələnirsiniz?!"

39. Ağac bara getdikcə, başını polis idarələrinə salar.

40. Könlü balıq istəyənin quyruğu akvariumda gərək.

41. Arvadın sözünə qulaq as. Qulağında "nauşnik"lə.

42. Çörəyi ver çörəkçiyə, de ki, çəkisi azdı.

43. Aslanın erkəyi dişisi olmaz. Aslanlar mavidirlər?

44. Arxalı köpək qurdu salar KPZ-yə.

45. Qara kişmişı cibə tökərlər, ağ ayranı itə. Kişmişin ayrana nə dəxli var?

46. Qara qızın problemi var.

47. Müğənni ulduz görməsə ölməz.

48. İt hürər karvan keçər. Karvanın yuxarıda adamı var.

49. Bağda ərik var idi salam-əleyk var idi. Bağda ərik qurtardı, əncir yetişdi.

50. Sevgi sevən mərd olar, sevməyən namərd olar. Sevəsən ayrılasan, bax bu yaman mırt olar. . .


Şərhlər:
Baxılıb: 2868
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz