Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu bizik
Bu bizik
Göndərən: pozitiv
Şərhlər:
Baxılıb: 1254
Səs ver:
Hər yerdə "Sadə olmaq gözəldir” deyib, stol arxasında oturarkən stolun üstünə BMW-nin açarı, iPhone, Blackberry-ni qoyan da — BİZİK.

Neftçilər metro stansiyasında olarkən telefonda dostunuza "Nərimanova çatıram” deyib, yolu qısaltmağı və dostumuzu sakitləşdirməyi bacaran da — BİZİK.

İxtisasımız "Müəllim”lik olub, elektrik işini, maşın düzəltməyi, mala çəkməyi bacaran da — BİZİK.

Avtobusda gedərkən sürücüdən "Biraz ortaya keçin, orta boşdu” sözünü eşidib, israrla "Mən düşəcəm" deyən də — BİZİK.(sanki, səndən başqa hamı burda qalacaq)

Bir qızın eyni cinsin nümayəndəsinə "Aşkım” kəlməsini deməsinə heyran qalan da — BİZİK.

Toyda "Gülən yerdə mənim şəklimi belə çəkərsən” deyən adama çəkilmiş şəklini uzadıb "Çox gözəl düşmüsən” deyən zaman, "İnan, xəbərim olmayıb nə vaxt çəkiblər” deyən də — BİZİK.

İki sevgilini qucaqlaşaraq gəzən görüb, gülərək "Bərk yapış, birdən qaçar” kəlməsini deyib, öz sevgilimizlə qucaqlaşaraq gəzən də — BİZİK.

Yaxın dostlarımız qala-qala şəhərdə itnən gəzən də — BİZİK.

Facebook-da dostuna "Şəklimi like elə dəəəə... please...” deyəndən sonra şəkilə like gəlməsə, həmən dostdan inciyən də — BİZİK.

Exclusive mahnı işıq üzü görən də, onu yükləməyi səbrsizliklə gözləyən də — BİZİK =)

əkim qəbulunda növbədə gözləyən camaata növbənin nə olduğunu başa salıb, növbədən kənar içəri kəçən də BİZİK

Tıxac vaxtı arxadan bizə siqnal verən sürücüyə "əə nolub görmürsən probkadı hara sürüm" deyib, qarşıda dayanan avtomobilə siqnal verib "ə noldu sür dəəəə" deyən də — BİZİK

Metro kartındakı cəmi bircə gedişlə bütün qrup yoldaşlarını, məhlə uşaqlarını, əgər olsa padxod məqsədi ilə yanındaki gözəl xanımı da metrodan keçirdən də — BİZİK

Avtobusda əlindəki qəpiylə şüşəyə daqqıldadıb, yoğun səslə "burda saxlıyarsan” deyən də — BİZİK

Metroda maşinistlə əlaqə düyməsinə basıb, "Gənclikdə saxlıyarsan” deyən də — BİZİK

Facebook-da hamı ilə sağollaşar "Gecəniz xeyrə qalsın” deyib səhərə kimi "offline" oturan da — BİZİK

Dostlar arasında "Sevgidə gözəllik önəmli deyil, əsas odu ürəkdən sevəsən” deyib, gözəl qız axtaran da — BİZİK

Əl telefonuna gələn qısa vızıvlardan bezib, 1 saat olsa belə "YES” düyməsi üstündə gözləyən də — BİZİK

Universitetdə müəlliməyə "məəlim, olar ruçka alım gelim” deyib, dərsdən qaçmağı bacaran da — BİZİK

Taksi sürücüsü 10 AZN-ə apararam deyəndə "heç olmasa 9 AZN elə də onu” deyib, 1 AZN qiyməti aşağı salmağı bacaran da — BİZİK

Bu, BİZ idik.. əyrili düzlü, yalanlı gerçəkli, biraz pozitiv biraz da acınacaqlı görsənən — BİZ!


Şərhlər:
Baxılıb: 1254
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz