Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İquanalar
İquanalar
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 185
Səs ver:
Son zamanlarda dünyada maraqlı tendensiya yaranıb: heyvansevərlər vəhşi və daha ekzotik heyvanlar saxlamağa üstünlük verirlər. Evlərdə saxlanılan ən dəbli heyvanlar sırasında ekzotik iquanalar da var. Dünyanın müxtəlif yerlərində il ərzində yüzlərlə cavan iquana alınır. Bəlkə düşünürsünüz ki, iquanalar evlərdə belə asanlıqla saxlanırsa, deməli, onların pişiklər və ya itlərdən heç bir fərqi yoxdur. Əgər belə düşünürsünüzsə, səhv edirsiniz. Kənardan çox rəngli, sevimli və maraqlı görünən iquanalar əslində o qədər də asan xarakterə malik deyillər. Bu maraqlı, ekzotik heyvanların rəngli dünyasına kiçik bir səyahət etməyə nə deyirsiniz?

İquanalar tarixdə
İquana adı ədəbiyyatda ilk dəfə 1553-cü ildə Pedro Sesa de Leonun “Perunun xronikası” adlı əsərində çəkilir: “Antioça şəhərindən Kartaxenaya doğru yol alıb, getdiyimiz yerə çatdıqdan sonra kapitan Xorxe Robledo burada bol balıq ehtiyatı kəşf etdi, biz balıqları əlimizdəki odun parçaları ilə vurub kənara yığırdıq. Burada çayın kənarındakı ağaclarda iquana adlanan və ilana bənzəyən qəribə görünüşlü heyvanlar yaşayır. Əgər müqayisə etsək, heyvan İspaniyada rast gəldiyimiz kərtənkələlərə də bənzəyir. Tək fərqi odur ki, iquananın başı daha böyük, quyruğu uzun, özü də daha vəhşidir. Amma rənginə və quruluşuna görə kərtənkələdən heç nə ilə fərqlənmir. Biz onu tutub, dərisini çıxarıb bişirdikdə anladıq ki, iquananın əti dovşan əti qədər yumşaq və dadlıdır. Məncə, dişi iquanalar daha ləzzətlidir, çünki onların həm yumurtaları olur, həm də ətləri yumşaqdır. İquananın əti balığa da bənzəyir. Bəlkə bu onunla əlaqədardır ki, quruda gəzən iquana bəzən rahatlıqla suya girir və üzür”.

Heyvanın ilk elmi təsnifatı isə 1758-ci ildə isveçli həkim, təbiətşünas Karl Linneyin “Təbiətin sistemləri” kitabında verilir. Son dövrlərdə iquananın müxtəlif növləri və ya iquanaya bənzəyən 17 növ heyvan tapılıb. Amma yaşıl iquanadan başqa, onların heç biri həqiqi sayılmayıb. 2000-ci illərin ilk yarısında Amerikanın Utah Valley Universitetinin əməkdaşları iquanalar üzərində araşdırma aparırlar. Araşdırmalar göstərir ki, heyvanın ana vətəni Cənubi Amerikadır, yalnız sonralar heyvan Mərkəzi Amerika və Karib adalarına yayılıb və Cənubi Amerika növləri ilə yeni yaranan növlər arasında ciddi təkamül fərqləri nəzərə çarpır. Heyvanın adının mənşəyi Karib adalarında yaşayan Taino tayfasının dilindəki “ivana” sözündən götürülüb. İspanlar heyvanın adını öz tələffüzlərinə uyğun olaraq, “iquana” adlandırırlar. Sonralar ad həm elmi ədəbiyyata, həm də avropalıların dilinə məhz ispanların səsləndirdikləri kimi keçir.


Şərhlər: 8
Baxılıb: 185
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Nə qədər heyvan sevər olsamda vəhşi və daha ekzotik heyvanlara qarşı bunu demək çətindi qorxuducu olduqlarına görə..
21 iyul 2016 17:23
# 8
Antikvar
Aman Allahım oxuduqca ürəyim bulandı, dərisini soyub yeyirlər? Hələ dovşan ətinə oxşarınıda deyirlər.. iyyy... Fotosuna belə baxdıqda ətim ürpəşir bizlərdən fərqli olaraq onun ətini yeyənlərdə var... Əslində mən heç bir heyvanı sevmirəm, iyrənirəm, əlimi bir dəfə pişiyə vurmuşdum uzun günü pişiyin mənimlə olduğunu sandım, el dili ilə desək fobiyam var heyvanlara qarşı.. Oxuyub məlumat toplamaq ürəyim bulandırsada, biliklənməyim üçün faydalı oldu, təşəkkürlər.ş))
21 iyul 2016 15:23
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
YalniZ-ArZu
Eurovision temsilcimiz Elnur da evinde iquana besleyir.Etim urpewdi laap........
21 iyul 2016 11:10
# 6
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Totu
Maraqlı heyvandı.təşəkkürlərr)
21 iyul 2016 10:46
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
hec bu cur heyvanlarida yeyerler etlerii cox iyreng
21 iyul 2016 10:45
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Məlumatım yox idi tşk
21 iyul 2016 10:22
# 3
Gülüş.
xosum gelmir bu heyvandan .hele bunu yeyirlerde
21 iyul 2016 09:51
# 2
BARBI
Maraqli ve qeyri adi heyvandir. Yasadigi muhite tez adaptasiya olur. Ferqli heyat terzleri var
21 iyul 2016 05:35
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz