Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bozqurd
Bozqurd
Göndərən: ___Jasmin___
Şərhlər: 4
Baxılıb: 251
Səs ver:
Bozqurd - türk, monqol və altay mifologiyasında müqəddəs heyvandır. Boqkaskır, Çaqkurd sözləri yenə eyni mənanı verər. Monqollar Börteçine (Börteşına, Börtöşono) deyərlər. Göyqurd və ya "Göybörü/Gökbörü/Kökbörü" təbiri də yenə istifadə edilər. Yol göstərici, müqəddəs qurd, bütün türk və monqol tayfalarının ortaq onqonudur. Bəzi türk ve monqol boyları, nəsillərinin bu müqəddəs varlıqdan törədiyini inanarlar. Çox vaxt soyun bir qolu Göyqurddan, digər qolu isə Göygeyikden gəlməkdədir. Bozqurd səmanı təmsil edir. Alageyik isə yer üzünün simvoludur. Respublikanın ilk illərində türk pulu üzərinə Bozqurd şəkilləri dərc edilmişdir. Göytürklərin göy bayraqlarında kurtbaşı rəsmi vardır. Döyüşçülüyü və döyüş ruhunu, azadlığı, sürəti, təbiəti təmsil edir. Türk xalqının başına bir iş gəldikdə, bir təhdid meydana çıxdığında ortaya çıxar və yol göstərir. Çadırların önünə təpəsində altından kurtbaşı olan dirəklər tikilir. Savaş ruhu (ilahı) qurd görünüşünə bürünər. Altıncı əsrə aid bir daş anıtta qurddan süd əmən bir uşaq betimlenmektedir. Övliyalar zaman zaman qurd cildinə girirlər. Bozqurda "Göy Oğlu" da deyilir. Xalq mədəniyyətində Bozqurd dişinin cibdə daşınmasının nəzərdən qoruyacağına inanılar. Yakut mətnlərində Bosko olaraq bəhs edilir. Qırğızlarda, gəzərkən qurd görmək uğurdur. Yuxuda qurd görmək də yenə xeyirə yozular. Hamilə qadının nəzərdən qorunması üçün yastığının altına qurd dişi və ya dərisi qoyular. Qurdun qoyun sürüsünə dalması və ya axıra girməsi bərəkət sayılardı. Başqırd rəvayətlərinə görə qurd onların atalarının önünə düşərək yol göstərmişdir. Bu səbəblə özlərinə Başqırd (Baş Qurd) deyilmişdir.
 
Bozqurdlar qurdların bir növüdür. Bozqurdlar, ümumiyyətlə, evcil heyvanlardan adətən qoyunlara, mallara və atlara tələ "qururlar" və onlar əsla quzulu qoyunlara hücum etməzlər. Maraqlıdır ki, onlar balası yanında olan heç bir heyvana yaxın durmurlar. Bozqurd sürüdən yalnız bir heyvanı tələf edər və bunun da yarısını özü yeyər. O biri yarısını isə varsa ailəsinə, yoxsa ova çıxa bilməyəcək qədər yaşlı olan bozqurdlara aparar.
Bozqurdlar qurdlar arasında gələnəyə ən çox bağlı varlıqlardır. Qış gecələrində Şimali Amerikanın ucsuz-bucaqsız düzənliklərində gecələyən insanlar qəribə bir hadisənin şahidi olublar. Onlar deyirlər ki, qurdlar onların yandırdıqları atəşin üç metr yaxınına qədər gəlmiş, dayanıb insanları seyr etmiş və heç bir hərəkət etmədən geri dönmüşlər. İnsanlar isə əsrlər boyunca bozqurda qarşı mənasız bir savaş elan etmiş və onların sayını get-gedə azaltmağa başlamışdır. Qurdlar da insanlardan gördüyü bu vəhşi davranış nəticəsində kimsəsiz bölgələrə çəkilmək məcburiyyətində qalmış və sayları xeyli azalmışdır.
Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Bu baxımdan, türklərin bozqurdları yüksək dəyərləndirmələri əbəs deyil. Belə ki, bozqurdlarda da qədim türk gələnəklərinə uyğun bir həyat tərzi var – ataya bağlıdırlar, bir təşkilat halında yaşayırlar və onlarda da hamının tabe olduğu lider var. Savaş zamanı bozqurdlar da türklər kimi yarım aypara şəklində sıralanaraq hücuma keçirlər. Bozqurdların daha bir maraqlı xüsusiyyətləri var – yeganə heyvandırlar ki, dişi taylarını dəhşətli dərəcədə qısqanırlar. Bütün bu kimi xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər. Məhz buna görə, Bozqurd türk hürriyyətinin, türk dəyanətinin simvoludur.


Şərhlər: 4
Baxılıb: 251
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu heyvanlardaki eyilmezliyi azadliqi doyuse gederken bele oz duzulus formalarini olduquna gore xosluyuram bu heyvani
2 iyun 2016 13:09
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 iyun 2016 11:25
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Cox sevdiyim heyvandir. Cox merd ve qorxusuzdur. Gozel gozleri var
2 iyun 2016 10:53
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
YalniZ-ArZu
Turklerin merdlik,cengaverlik simvolu olan bozqurdu gozden salmaqdan otru ruslar butun nagillarinin menfi personajin boz qurd,yani canavar edibler.Meselen "Qirmizi papaq"ve bir cox bele nagillar.Gelecek nesili turklerin hiylesine,qeddarligina inandiraraq boyutmekden otru bu addimi atiblar ruslaq.Bu qeder besit....
2 iyun 2016 10:31
# 1
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz