Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xanımböcəyi
Xanımböcəyi
Göndərən: guler19
Şərhlər: 6
Baxılıb: 344
Səs ver:
Biri vardı, biri yoxdu, rəngbərəng dünyamızda balaca boz bir böcək vardı. Rəngi diqqəti cəlb etmədiyinə görə heç kim onun varlığını hiss etmirdi və böcək tənhalıqdan çox sıxılırdı. Bu balaca böcək çox zəhmətkeş idi. Hamıya kömək edirdi, amma heç kim onun əməyini qiymətləndirmirdi. Bütün həşəratlar parlaq rəngləri ilə öyünür, boz böcəyi saya salmırdılar. 
Balaca böcək qüssələnirdi: 

"Bu necə ola bilər! Allah çox müdrik və səxavətlidir. Yəni o mənə bir az rəng verməyəcək ?” 

Səhər boz böcək mehriban bir təmasdan oyandı. Günəş şəfəqləri ilə ona sığal çəkərək nəvazişlə deyirdi: "Əziz balam, sən özünə, öz gücünə inan! Sən qeyri-adi böcəksən. Hər şey yaxşı olacaq!”. 

Balaca böcək kiminsə onu sevdiyinə, ona inandığına görə çox sevindi və böyük həvəslə işə girişdi. 

O düşünürdü: "Əgər bütün yarpaqları boz mənənədən təmizləsəm onlar yamyaşıl olacaq. Yaşıl yarpaqların arasında boz rəngim diqqəti cəlb edəcək”. 

O elə həvəslə çalışırdı ki!... Nəhayət, yarpaq-yarpaq, budaq-budaq bütün ağacları təmizləyib qurtardı. Sonra gördüyü işə tamaşa edib zövq almaq üçün ətrafına boylandı. Qarşısında gözəl bir bağ gördü. Agacdakı hər yarpaq ona baxıb pıçııldayırdı: "Sağ ol, sən bizi xilas etdin! Bizə yeni həyat verdin. Sən hamıdan yaxşısan!”. 

Balaca boz böcək xoş sözlərdən elə təsirləndi ki....dönüb qıpqırmızı oldu. 

İndi ətrafdakı bütün həşəratların gözü parlaq qırmızı rəngli böcəkdə idi. Özünü çox xoşbəxt hiss edən balaca böcək ətrafa xeyirxahlıq şəfəqləri yayır, nəşə saçırdı. Buna görə də onu "Xanımböcəyi” adlandırmağa başladılar. 

O, uşaqlarla bərk dostlaşmışdı. Uşaqlar böcəyi əllərinə götürüb onun səmaya uçmasını və onların istəyini yerinə yetirməsini arzulayırlar. O da uçub uşaqları sevindirir. Bilir ki, həyatda hər kəs arzuladığı hər şeyə çata bilər. Sadəcə, özünə inanmaq və çalışmaq lazımdır.


Şərhlər: 6
Baxılıb: 344
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ay biz buna Fatma deirik cox sevirem men u bogeyiii
15 aprel 2016 01:36
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur_Naz
1hefte bunnan qabag rastima cixib ucurtdum evveler nenemi isteyirdim bibimi isteyirrim emim qizlarini onlar uzgda qalir indi nenem yoxdu onlarda ailelidi by defe xowbextlik ugur istedim inanarq
15 aprel 2016 01:26
# 5
Fi-Ra
Ugurboceyi de deyirik biz buna. Sevirem bu boceleri. Balaca olanda mamam harasa gedende bunnan tapib deyirdim get anami getir. Onsuz da anam eve qayidirdi. Biz de inanirdiq. Usaqligimizin boceyi)))
15 aprel 2016 01:23
# 4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
aziz a
Uç uç deyirdik biz buna,uçuç get bibimi getir.en çox sevdıyım bıbımcun dıleyırdım bunu...
14 aprel 2016 22:56
# 3
Qelbim doludu !!!!
ummuselma
Sevirəm də parabuzenleri. Allahın yaratdığı hər şeydə bir hikmət var
14 aprel 2016 22:29
# 2
BARBI
Heyatda her seyi ede bileceyimize inanmaqdir. Inanmaq bacarmagin yarisidir
14 aprel 2016 22:25
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz