Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğum zamanı bir-birlərinə kömək edən heyvan cinsləri
Doğum zamanı bir-birlərinə kömək edən heyvan cinsləri
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 340
Səs ver:
Xüsusilə məməli heyvanların doğumları olduqca təhlükəli olur. Həm doğan ana heyvan, həm də yeni doğulan balalar yırtıcı heyvanlar üçün asan ovdur. Ancaq, adətən, bu canlıların doğuş zamanı yanlarında sürülərindən bir köməkçi olur.

Məsələn, dişi maral doğacağı zaman sürüdən kənarda kolluqların arasında bir məkan seçir. Doğuş zamanında isə tək deyil. Yanında sürüdən olan başqa bir dişi ona kömək etmək üçün hazır gözləyir.

Doğuş zamanı bir-birlərinə kömək etmələri ilə məşhur olan digər canlılar isə delfinlərdir. Delfin balaları doğulandan dərhal sonra su səthinə çıxmalıdırlar. Buna görə də dişi delfin doğuş zamanı balaya kömək edərək onu burnu ilə su səthinə doğru itələyir. Doğuşdan əvvəl dişinin hərəkət etməyi çətinləşir. Bu səbəbdən, doğuş anında dişi delfinin yanında ona doğuşda kömək etmək üçün sürüdən iki dişi delfin də olur. Kömək edən delfinlər doğuşdan əvvəl onun zərər görməməsi üçün ana delfinin hər iki yanında üzürlər. Onların vəzifələri doğuşdan əvvəl hərəkət etməyi çətinləşən və buna görə də hər hansı bir təhlükə zamanı özünü qoruya bilməyən ana delfini qorumaqdır. Xüsusilə də doğum əsnasında axan qanın qoxusuna həmin yerə gələ biləcək balinalara qarşı çox diqqətlə ana delfinin ətrafında olurlar.

İlk iki həftə bala delfin anasının yanından heç ayrılmır. Kiçik delfin doğulduqdan qısa müddət sonra üzməyi bacarır və bu müddət ərzində də yavaş-yavaş anasından uzaqlaşmağa başlayır. Ancaq yeni doğmuş ana delfin balanın sürətli və cəld hərəkətlərinə uyğunlaşa bilməyəcəyi və onu kifayət qədər qoruya bilməyəcəyi üçün, bu halda, yenə kömək edən dişi delfin balanı qoruyur.

Ana filə də doğuşdan əvvəl kömək etmək üçün hər zaman sürüdəki digər dişi fillərdən biri hazır gözləyir. Sıx kolluq və ağacların arasında ustalıqla gizlənən ana fil və ona doğuşda kömək edəcək dişi fil bala fili illər boyu qorumağa davam edirlər. Dişi fil yanında balası olan zaman daha təcavüzkar və zirək olur.

Fillərin və digər canlıların doğuşdan əvvəl aralarında necə razılaşdıqları, kömək edəcək heyvanın doğuş vaxtının gəldiyini və köməyə ehtiyacı olacağını necə təsbit edə bildiyi, əlbəttə ki, mühüm suallardır. Heyvanların heç birində bunları öz ağıl və iradələri ilə bacaracaq qabiliyyətləri yoxdur. Həm də dünyanın hər yerində fillər bu şəkildə bir-birlərinə yardım edirlər. Eyni hal delfinlər və digər canlılara da aiddir. Bu, hər bir canlının tək bir yaradıcı tərəfindən yaradıldıqlarının və eyni yaradıcının hər an nəzarəti altında olduqlarının açıq göstəricisidir.


Şərhlər: 3
Baxılıb: 340
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allaha qurban olum her isi bir mocuzedir insan kimi onlarda bir-birlerine komek edirler kim bilir berkem onlardada hekimde var mellimde
28 may 2016 22:38
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Halaldi heyvanlar bele cetin anlarinda bir birinin yaninda ola bilirler
28 may 2016 11:13
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Heyvanlar necede vefali ve agillidir. Bir birine komeklik gosterirler. Bu da esl sevginin numunesidir
28 may 2016 08:56
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz